Milli Kitabxana
167
İKİNCİ ŞƏKİL
Səhnə dəmirçi dükanını göstərir. Əli körük basır, Teymur ilə Aslan dəmir döyürlər.
T e y m u r. Oğlum, körüyü bas, yoxsa yorulmusan?
Ə l i. Xeyr, babacığım yorulmamışam.
A s l a n. Yorulma, oğlum, sən zəhmətkeş balasısan, sən işdən qorxma, qoy iş
səndən qorxsun.
Şeytan səyyah libasında daxil olur.
Ş e y t a n. Atəş... cahanda varsa tərifə layiq bir şey, o da sənsən, Ey yandırıcı
od, səni gördükdə qəlbim şad olur, ruhum rahat. Ey qırmızı işıq, səni mən çox
sevirəm!
A s l a n. Yoldaş, sən kimsən?
T e y m u r. Nə soruşursan? Dediyindən görmürsənmi bu adam atəşpərəstdir.
Ş e y t a n. Doğru, mən atəşpərəstəm, çünki xamırım oddan yoğrulmuş, odu
mən çox sevirəm.
A s l a n. Yoldaş, bizim torpaq azadə bir yerdir. Hər kəs nəyə sitayiş edirsə
etsin. Burada din, məzhəb üstə qovğa yoxdur, müsəlman, xristiyan, büdpərəst,
atəşpərəst, hamısı insandır, bizə qardaşdır.
Ş e y t a n. Pəh, pəh, nə gözəl məslək! Ey azərbaycanlılar mən səyyaham,
dünyanı seyr edərək, buraya gəldim, belə səadətlə yaşayan insanlar görmədim. Siz
çox bəxtiyarsınız... Əfsus ki... qonşu düşmənləriniz bunu puç edəcəklər...
Rizvan daxil olur, Şeytan onu görmür.
T e y m u r. Kimlər?
Ş e y t a n. Gürcülər ilə ermənilər.
A s l a n. Səhv edirsən, yoldaş, onlar bizim dostlarımızdır. Köhnə ədavət, köhnə
hökumətlə getdi.
Ş e y t a n. Ha-ha-ha. Ey sadədil azərbaycanlılar! Siz qəflətdəsiniz, ermənilər,
gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün silah hazırlayırlar. İntiqam, intiqam
deyərək, müharibə üçün plan çəkirlər. İndi burada siz nə qayırırsınız?
A s l a n. Kəndli qardaşlarımız üçün əkin aləti qayırırıq.
Milli Kitabxana
168
Ş e y t a n. Bu işləri buraxınız, gecə-gündüz siz də onlar kimi qılınclar,
xəncərlər qayırınız, fürsəti fövtə verən aqil deyil, divanədir. Keçmişinizi yada
salın. Siz eyş-işrətə məşğul olduqda, onlar top, tüfəng yığıb hazırlaşırdılar.
T e y m u r. Sən kimsən? Bunu haradan düzəltmisən?
Ş e y t a n. O zaman mən burada idim.
Rizvan pusqudan çıxıb irəli gəlir.
R i z v a n. Doğrudur, o zaman sən burada imişsən. Buna şəkkim yoxdur.
Yoldaşlar, bayaqdan bəri mən bu hərifi diniəyirəm. Bunun kim olduğunu
anlayırsınızmı?
A s l a n. Kim olduğunu bilmirəm, lakin sözlərindən, gözlərindən şərarət odu
yağır. Mən bunu görürəm.
R i z v a n. Doğrudur, yoldaşlar, insanı bir-birilə vuruşduranlar belə həriflərdir.
Bunlara provakator deyərlər. Bunların əsil adları Şeytandır. Yoldaşlar, bunlara
aldanmayınız, gürcü, erməni zəhmətkeşləri bizə düşmən deyillər. (Şeytan yox
olur.) Onları bizlərlə toqquşduranlar belə şeytanlar idi. Harada belə araqarışdıran
adam gördünüz, tutub bizə veriniz. (Dönüb baxır.) Bax, hərif giriz vermiş. Hərgah
düz adam idi, nə üçün qaçdı?
T e y m u r. Yoldaş Rizvan, qorxmayın. Belə fitnələrə aldanmarıq.
Qonşularımız ilə qardaşlığı pozmarıq.
R i z v a n. Elə də lazımdır, indi iş dalınca. (Çıxır.)
A s l a n. Oğlum, Əli, körüyü bas!
Pərdə
ÜÇÜNCÜ ŞƏKİL
Səhnə Sadıq kişinin komasını göstərir, həyətdə Nazpəri corab hörür, Gülpəri
paltar və Şahpəri də köynək tikirlər. Şeytan səyyah libasında, qoltuğun da bir qutu
həyətə daxil olur.
Ş e y t a n (qızları başıaşağı işləyən halda gördükdə öz-özünə). Nə gözəl fürsət!
Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra, qızlarınızı düşmənlər
aparmış, deyə fitnə salmalı... (Qızlara.) Ya rəb,
|