Milli Kitabxana
165
ŞEYTAN
Bir pərdəli, üç şəkilli pyes
İŞTİRAK EDƏNLƏR
Ş e y t a n -iblis libasında.
M a r z a v a n
C u r c a n
cinlər
T e y m u r - dəmirçi.
Ə l i - onun oğlu, 12 yasında.
A s l a n - Teymurun yoldası.
D ə m i r ç i.
R i z v a n -kommunist.
S a d ı q k i ş i - qoca kəndli,
H ü s e y n q u l u - kəndli.
Q a r a H ü s e y n - kəndli.
G ü l p ə r i
Ş a h p ə r i
- kəndli qızları
N a z p ə r i
BİRİNCİ ŞƏKİL
Səhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş, hüzurunda Marzavan durmuş.
Ş e y t a n. Marzavan, Avropadan nə xəbər var? Söylə.
M a r z a v a n. Baba can, səpdiyin toxumların barını tez görəcəksən. Firənglər
tərəfindən qovulmuş Əmir Feyzəli ingilislər İraqi-ərəbə sultan təyin etmişlər.
İngilislərin bu siyasətindən firənglər rəncidə olaraq türklərlə gizli müahidənamə
bağlamışlar.
Ş e y t a n. Ha-ha-ha, Marzavan, bu işin aqibətini öz gözünlə görəcəksən.
Şeytan babana əhsən deyəcəksən.
M a r z a v a n. Yaxın Şərq məsələsi əski Antantanı pozdu. Yeni Antanta Uzaq
Şərqə əl atır.
Ş e y t a n. Bu da iblis babanın insan qanı tökmək üçün bir tələsidir.
M a r z a v a n. Almanların ölmüş cəsədindən müzəffər firənglər qorxurlar.
Bilirsənmi, onlar nə tədbir etmişlər?
Ş e y t a n . Söylə görək.
Milli Kitabxana
166
M a r z a v a n. Almaniyada hərbə lazım nə şey varsa, toplayıb Firəngistana
göndərirlər.
Ş e y t a n. Türk-yunan müharibəsi nə haldadır?
M a r z a v a n. Kral Konstantin əhd etmiş ki, ta İstambulu alıb yenidən başına
tac qoymayınca, qılıncını qınına satmasın.
Curcan daxil olur.
Ş e y t a n. Söylə görüm, ulu Qafqazda nə xəbər var, Curcan?
C u r c a n. Səni şad edəcək bir xəbər yox, baba can.
Ş e y t a n. Söylə görək.
C u r c a n. Ulu Qafqaz unutmuş tanrısını...
Ş e y t a n. Bu xəbər şad edir iblisini.
C u r c a n. Səni də yad edən yoxdur, baba can.
Ş e y t a n. Buna mən heç inanmaram, Curcan. Bəşəriyyət arasında olmaz elə
zaman ki, şeytanı unutsun insan.
C u r c a n. Gördüyümü söyləyirəm, baba can.
Ş e y t a n. Demək ki, ulu Qafqazda tökülmür daha qan?
C u r c a n. Xeyr, baba can.
Ş e y t a n. İnanmaram, Curcan, erməni, gürcü, azərbaycanlı qan tökməsinlər?
Bu nə halət? Bəs bəylər, xanlar, knyazlar necə olmuşlar? Qoçular, burjuylar,
qolçomaqlar nə edirlər?
C u r c a n. Cümləsini hökmdarlıqdan endirmişlər.
Ş e y t a n. Kimlər?
C u r c a n. Kommunistlər. Ulu Qafqazda başqa bir halət: büxl, həsəd, kin,
kədurət, ədavət büsbütün yox olmuş. Orada can deyib can eşidirlər.
Ş e y t a n. Nə pis xəbər gətirmişsən, Curcan! Yerüzündə sevgili bir məskənim
vardisə o da Qafqazdı. Kommunistlər onu məndən ala bilməzlər. Mənə iblis, mənə
şeytan deyərlər. Erməni, gürcü, müsəlman qardaş olmuşlar? Ha, ha, ha. Rahat
yaşayıb can deyib, can eşidirlər? Ha, ha, ha. (Ayağa qalxıb.) Curcan, Marzavan,
mən onların içərilərinə elə bir fitnə salım ki, yenidən bir-birini atəşə yaxsın, çapsın,
talasın, qırsın, oda atsınlar. Analar bətnindən balaları çıxarıb nizəyə taxsınlar.
Nəhrlər su yerinə qanlar axıtsın, Bəhri-siyah ilə Xəzərin içləri qızıl qan ilo dolsun.
Kəndlər, şəhərlər, meşələr, çöllər od alıb məşəl kimi yansın, cəhənnəmə dönsün!
Ulu Qafqaz hazır ol! Şeytan gəlir!
Pərdə