Milli Kitabxana
157
İKİ YOL
Faciə bir pərdədə
İŞTİRAK EDƏNLƏR
M i r K a z ı m a ğ a - şəhərin axundu, 65 yaşında.
T ü k ə z b a n - onun arvadı, 40 yaşında.
M ə m m ə d - onun oğlu, 22 yaşında,
G ü l s ü m - onun qızı, 17 yaşında.
M o l l a F ə t t a h - məhəllə mollası, Tükəzbanın qardaşı, 60 yaşında.
Q o n ç a - onun qızı, Məmmədin nişanlısı, 18 yaşında.
Səhnə Mir Kazım ağanın otağını göstərir. Otaq Şərq səliqəsilə bəzənmiş, pəncərələr
qalın pərdələr ilə örtülmüş, Divan üstə şal mütəkkələr. İki böyük divar aynası. Gülsüm
aynanın önündə durub özüna bəzək verir. Tezə paltarına baxır. Oru-burasını düzəldir. Bu
vaxt anası daxil olur.
G ü l s ü m. Ana, donum gen tikilmiş, daraltmaq lazımdır.
T ü k ə z b a n. Qızım, gen olmağın zərəri yoxdur, təki dar olmasın. Həmişə
belə zəif olmayacaqsan ki, ətə-qana gəlib dolacaqsan.
G ü l s ü m. Ay ana, nə deyirsən? Libas mənə tikilmiş, ya mən libasa? Mən
haçana kimi gözləyim ki, ətə-qana gəlim, libas bədənimə görə olsun? Bəlkə, heç
kökəlməyəcəyəm.
T ü k ə z b a n. Nə üçün kökəlməyəcəksən? Allaha şükür yemək-içməyimiz
boldur. Ağanın müridləri evimizi heç bir zaddan kəm-kəsir qoymur. Hər bir
yeyəcəyimizi yığıb verirlər. Burada heç bir ehtiyacımız yoxdur. Qəssab Səfər də
hər gün ət payımızı göndərir. Atanın da nəziri yüz-yüz gəlir.
G ü l s ü m. Ana can, dediklərin hamısı doğrudur, amma mən yenə də hala
gəlmirəm. Bilirsənmi buna səbəb kimdir?
T ü k ə z b a n. Kim olacaq? Sən özün, sənin tərsliyin. Nə qədər yalvarıram ki,
qızım ye, iç, hala gəl. Həkim də buyurmuşdur ki, çoxlu süd və bal, yumurta yesin.
Amma sən bunların heç birinə əməl etmirsən.
G ü l s ü m. Xeyr, ana, mənim belə zəif düşməyimə səbəb bunlar deyil, siz
atam-anamsınız! Quşu qəfəsə salan kimi, məni də bu otağa
Milli Kitabxana
158
salıb dustaq etmişsiniz. Sən axund Mir Kazım ağanın qızı Seyyidə xanımsan deyə,
mənə hər bir şeyi nəhy etmisiniz. Bu dörd divarın içi mənim dünyamdır! (Ağlayır.)
T ü k ə z b a n. Gülsüm, yenə sənə nə olmuş? Yoxsa bu gecə pis yuxu
görmüsən?
G ü l s ü m. Bəli, görmüşəm,
T ü k ə z b a n. Xeyir ola, qızim, söylə görüm.
G ü l s ü m. Ana, yuxumda gördüm ki, qardaşım Məmmədin toyudur.
T ü k ə z b a n. Doğru görmüsən, qızım, ağan sabahkən mənə dedi ki, Tükəzban
bu həftə Məmmədin gəlinini gətirməli, çünki məhərrəm ayı yaxınlaşır. Mənim
özüm də tələsirəm ki, Qonçanı tez gətirək, həm mənə kömək etsin, həm də sənə
yoldaş olsun. Daha, nə gördün, qızım?
G ü l s ü m. Gördüm ki, evimizdə böyük şadlıqdır. Həmin bu otağımız qonaq
ilə doludur. Bir yanda mənim, bir yanda Məmmədin cavan yoldaşları oturmuşlar.
Bir dəstə oxuyan, çalan da hazırdır. Çalğıçılar çalırlar. Bir oğlan o cərgədən, bir qız
bu cərgədən qalxıb oynayırlar. Onlar otururlar, başaqaları rəqs edir. Sonra oxuyan
başladı. Ah, heç olmasa yuxumda isə də evimizdə bir şadlıq, bir toy gördüm.
T ü k ə z b a n. Kəs səsini, bihəya! Mir Kazım ağanın evində toy, balaban?
Qızlar oğlanlar ilə oynamaq?
G ü l s ü m. Ay ana, mən nə edim? Yuxudur, görürəm. Mənim əlimdə deyil ki,
görməyim. Bəs sən heç belə yuxu görmürsən?
T ü k ə z b a n. Mən qələt edərəm, başımı daşdan-daşa döyərəm, elə yuxu
görmərəm. Görünür ki, sən elə şeylərdən fikir edirsən, yuxuna da girir. Ağan sənə
dua öyrətmiş. Nə üçün yatanda oxumursan ki, şeytan da yuxuna girib sənə elə şey
göstərməsin?
G ü l s ü m. Ana, yatanda dua da oxuyuram, bismillah da deyirəm, amma yenə
də belə yuxular görürəm. Mən nə edim? İxtiyar məndə deyil ki.
T ü k ə z b a n. Yaxşı, bəs dayın qızı Qonça nə üçün görmür? Çünki beş vaxt
namazın heç birini keçirmir, amma sən tənbəli, mən hər səhər güclə durquzuram
ki, sübh namazını qılasan.
G ü l s ü m. Ana can, elə bilirsən ki, Qonça belə yuxular görmür? Vallah mənə
elələrini nağıl edir ki, desəm, qulaqlarını tutub qaçarsan?
T ü k ə z b a n. Kəs səsini, bihəya! Onu da sən xarab etmisən. Bu işlərin
hamısına səbəb bu qonşumuzun külfətidir. Özlərinə taytuş tapıblar! Suruş!