Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə26/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   284
Ekoloji problemlər  təbiətdən istifadənin yeni tipinə, 
bəşəriyyətin təbiətlə harmoniyası  və özlüyündə inkişaf 
mexanizmlərinə keçidində başlıca problem olaraq qalır. 
Ekoloji problemlərin mahiyyəti bəşəriyyətin mövcud olması 
üçün biosfer proseslərin tarazlığının pozulmasından 
ibarətdir. Məlumdur ki, Yer üzərindəki həyat sintez və 
destruksiya proseslərinin qarşılıqlı  təsirinə  əsaslanan 
orqanik maddələrin biotik dövriliyi formasında baş verir. 
Hər bir orqanizm növü biotik dövriliyin, orqanik 
maddələrin yenidən istehsalı prosesinin bir hissəsidir. Bu 
prosesdə sintez funksiyasını yaşıl bitkilər, destruksiya 
funksiyasını isə mikroorqanizmlər yerinə yetirir.  
İnsan öz tarixinin ilkin mərhələlərində biosferin və 
biotik dövriliyin təbii bir bəndi olmuşdur və onun təbiətdə 
etdiyi dəyişikliklər biosferə elə  də güclü təsir göstərə 
bilməmişdir. Bu gün isə insan ən böyük planetar qüvvəyə 
çevrilmişdir. Onu demək kifayətdir ki, hər il Yerin təkindən 
10 milyard ton faydalı qazıntı çıxarılır, 3-4 milyard ton bitki 
kütləsi istifadə olunur, atmosferə 10 milyard ton sənaye 
karbon qazı buraxılır. Okeanlara və çaylara 5 milyon ton 
neft və neft məhsulları axıdılır.  İçməli su problemi günü-
gündən kəskinləşir. Müasir sənaye  şəhərlərinin hava 
atmosferi tüstü, zəhərli buxarlanma və tozların qarışığından 
ibarətdir. Bir çox heyvan və bitki növlərinin kökü 
kəsilmişdir və bu proses bu gün də davam edir.  
Təbiətin tarazılığı o dərəcədə pozulmuşdur ki
“bəşəriyyətin ekoloji intiharı” barədə xoşagəlməz 
proqnozlar da meydana çıxmışdır. Hətta təbii tarazılığa hər 
cür sənaye müdaxilələrindən imtina etməyin vacibliyi, 
texniki tərəqqini dayandırılması barədə  şüarlar da 
səslənməyə başlanmışdır. Lakin ekoloji problemlərin 
bəşəriyyətin orta əsrlərə geri atılması yolu həlli də 
utopiyadır. Yalnız ona görə yox ki, insanlar texniki 
tərəqqinin nailiyyətlərindən imtina etməzlər. İş burasındadır 
36 
 
ki, biosferdəki dəyişikliklər, o cümlədən təhlükəli dəyişik-
liklər insanlardan asılı olmayaraq baş vermişdir və baş 
verəcəkdir. Ona görə  də söhbət təbiətə tam tabe olmaqdan 
deyil, təbii və sosial proseslərin elmi-texniki tərəqqinin 
humanistləşdirilməsi və bütün ictimai münasibətlər siste-
minin köklü şəkildə yenidən təşkilinə  əsaslanaraq 
harmonizasiyalaşmasından gedə bilər. Bunlarsız üçüncü 
qrupa daxil olan problemlərin həlli mümkün deyil.  

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin