Tramadolu ağır qaraciyər və böyrək çatışmazlığı olan pasientlərə təyin etmək lazım deyil. Orta ağırlıqlı
qaraciyər və böyrək çatışmazlığı olan pasientlərdə dozalar arasındakı intervalı artırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Tramadol plasentadan keçir. Bu günə kimi hamilə qadınlarda tramadolla müalicənin təhlükəsizliyi barədə
tədqiqatlar aparılmayıb, ona görə hamiləlik zamanı istifadəsindən boyun qaçırmaq lazımdır.
Tramadol az miqdarda südə ifraz olunur. Körpələrə təsiri kifayət qədər öyrənilmədiyi üçün döşlə
qidalandırma zamanı məsləhət deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Reflektor reaksiyalar azaldığına görə preparat nəqliyyat vasitələri və maşın idarə edən şəxslərdə istifadə
olunmamalıdır.
Dostları ilə paylaş: