Əlavə təsirləri
Tramadolla müalicə zamanı ən çox rast gələn (10%-dən yuxarı hallarda) qusma və başgicəllənmə olub.
Bəzən (1%-dən 10%-ə qədər): qusma, qəbizlik, tərləmə, ağızda quruluq, huşun qaralması.
Nadir hallarda
(1%-dən aşağı): ürəkdöyünmə, taxikardiya, ortostatik arterial hipotenziya kimi ürək-damar reaksiyaları olur.
Həmçinin gəyirmə, meteorizm, dəri reaksiyaları (qaşınma, səpgi, övrə) da qeyd olunur.
Çox nadir hallarda (0.1%-dən aşağı) əzələ zəifliyi, iştahanın dəyişməsi, sidik ifrazının pozulması olur.
Müxtəlif intensivlikli və tipli arzu olunmayan psixoloji reaksiyalar (pasientin həssaslığı və müalicə
müddətindən asılı olaraq); əhvalın dəyişməsi (eyforiya, bəzən disforiya), koqnitiv və sensor funksiyaların
dəyişməsi (məs: qərar qəbul etmək qabiliyyəti, qavrayış pozulmaları)
baş verə bilər. Nadir hallarda
təngənəfəslik, bronxospazm, xırıltılar, angionevrotik ödem, anafilaktik şok kimi allergik reaksiyalar qeydə
alınmışdır.
Çox nadir hallarda xüsusən tramadolun yüksək dozalarda qəbul edilməsi və ya qıcolma həddini aşağı salan
və ya qıcolma yaradan (məs: antidepressentlar və ya antipsixotik preparatlar) dərmanlarla eyni vaxtda
istifadə edilməsi zamanı qıcolmalar müşahidə oluna bilər.
Çox nadir hallarda arterial təzyiqin enməsi və taxikardiya müşahidə oluna bilər.
Bronxial astmanın kəskinləşməsi kimi hallar da qeydə alınmışdır, lakin tramadolun qəbulu və bu hadisə
arasında əlaqəli səbəb aşkar olunmamışdır.
Həmçinin yuxarı dozalarda və eyni vaxtda MMS-nin digər depressantları ilə qəbulu zamanı tənəffüsün
zəifləməsi də müşahidə olunmuşdur.
Həmçinin asılılıq və abstinent sindrom (narahatlıq, həyəcan, əsəbilik, yuxusuzluq, hiperkinezlər, tremor,
mədə-bağırsaq pozulmaları) da baş verə bilər.
Dostları ilə paylaş: |