İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı olan uşaqlar:
Adətən məsləhət görülən doza gündə iki dəfə, səhər və axşam olmaqla 100 mq (2 kapsul K-Alma
™
)
tramadol təşkil edir. Ehtiyac olarsa doza artırıla bilər, lakin sutkada 400 mq tramadoldan (8 kapsul K-Alma
™
)
artıq olmamalıdır.
Kapsulları qəbul olunan qidadan asılı olmayaraq kifayət qədər maye ilə udmaq lazımdır. Tramadolun
dozalanması ağrının ağırlığından və terapevtik təsirdən asılı olaraq fərdiləşdirilmiş olmalıdır. Ən aşağı faydalı
dozalar təyin olunmalıdır.
Dostları ilə paylaş: |