İstifadəsinə göstərişlər
Tramadol yüngül və güclü, kəskin və xroniki ağrıların müalicəsi üçün məsləhətlidir.
Əks göstərişlər
Məsləhət görülmür:
- tramadola və ya preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq;
- mərkəzi sinir sisteminin digər depressantlarla kəskin intoksikasiyası (etanol, yuxugətiricilər, analgetiklər və
digər psixotrop maddələr);
- opioid abstinent sindrom;
- huşun məlum olmayan mənşəli pozulmaları;
- ağır tənəffüs çatışmazlığı və ya tənəffüs mərkəzinin zəifləməsi;
- monoaminoksidaza (MAO) ingibitorları ilə paralel və ya yaxın zamanda (14 gündən az) aparılmış müalicə;
- ağır qaraciyər çatışmazlığı;
- 12 yaşa qədər uşaqlarda.
Dostları ilə paylaş: |