Fosfat və sulfatların nəqli. Sağlam şəxslər gün ərzində böyrəklər
vasitəsi ilə 400-800 mq qeyri-üzvi fosfor ifraz edir. Fosfatlar yumaq-
cıqda filtrasiya olunurlar və əsasən proksimal kanalcıqlarda reab-
sorbsiya edilirlər. İnsanlarda fosfat ionlarının sekresiya yolu ilə
bədəndən çıxarılması haqda hələlik inandırıcı məlumat əldə edil-
məmişdir. Fosfatların kanalcıq nəqlinin tənzim olunmasında əsas
rolu, proksimal kanalcıqlarda fosfatların reabsorbsiyasını azaltmaqla,
qalxanabənzərətrafı vəzin hormonu və reabsorbsiyanı artırmaqla boy
hormonu oynayırlar. Sulfat ionları proksimal kanalcıqlarda demək
olar ki, tam reabsorbsiya olunurlar.