Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə20/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   16   17   18   19   20   21   22   23   ...   186
Hidrogen, bikarbonat ionlarının və ammonyakın böyrəklərlə 
ekskresiyası.   Bu maddələrin kanalcıq nəqli hesabına böyrəklər 
bədənin qələvi-turşu müvazinətinin (QTM) tənzim olunmasının aktiv 
iştirakını  təmin edir. Bədəndən turş  və ya qələvi məhsulların artıq 
hissəsini xaric etməklə böyrəklər qanın pH göstəricisini fizioloji 
hüdudlar daxilində (7,35 – 7,45) saxlayır. 
Hidrogen ionları  əsasən proksimal kanalcıqlarda aktiv sekresiya 
olunaraq natriuma «dəyişir»lər. 80-90% bikarbonatlar proksimal ka-
nalcıqlarda passiv, natriumun dalınca reabsorbsiya olunurlar. Distal 
kanalcıqlarda proksimal kanalcıqlara nisbətən çox az miqdarda hid-
rogen ionları sekresiya olunur və bikarbonat ionları reabsorbsiya 
olunurlar. 
Bikarbonatların reabsorbsiyası sxematik olaraq aşağıdakı kimi 
təsəvvür olunur. Hidrogen ionu, kanalcıq epitelisi tərəfindən 
sekresiya olunaraq kanalcıq mayesi tərkibində bikarbonat ionu ilə 
qarşılıqlı  əlaqəyə girir. Nəticədə  karbonat turşusu  əmələ  gəlir. 


 
28
Kanalcıq epitelisində  əmələ  gələn və hüceyrə membranın  şotkalı 
haşiyəsi nahiyəsində karboanhidraza fermenti təsirindən karbonat 
turşusu hidrolizə məruz qalır, suya və karbon qazına çevrilir. Karbon 
qazı hüceyrəyə diffuziya edir və yenə karboanhidraza fermenti tərə-
findən hidratasiya olunur, hidrogen və bikarbonat ionlarına parça-
lanır.  Əmələ  gəlmiş hidrogen ionları kanalcıq daxilinə sekresiya 
olunur, bikarbonat ionu isə natrium ionu ilə birgə hüceyrəarası, ka-
nalcıqyanı sahəyə keçir. 
Böyrəklər tərəfindən uçmayan turşuların ekskresiyası, kanalcıq 
epitelisi tərəfindən sekresiya olunmuş hidrogen ionları reabsorbsiya 
olunmayan anionlarla, o cümlədən, HPO
4
¯
 və NH
3
+
 ilə birləşir. Böy-
rək kanalcıqlarında qlutationdan qlutaminaza təsirindən ammonyak 
əmələ  gəlir və kanalcıq sidiyinə diffuziya olur, orada da hidrogen 
ionları ilə birləşir. Kanalcıq hüceyrələri ammonyakı  reabsorbsiya 
etmir, ona görə o sidiklə
-
 xaric olunur. Kanalcıq daxilində sidiyə 
sekresiya olunmuş hidrogen kationu  bikarbonat anionu ilə qarşılıqlı 
əlaqəyə girir: (Na

+  NCO
3
¯
) + H

→ (H 
2
CO

+ Na
+
). Əmələ gəlmiş 
karbonat turşusu karbon qazı  və suya parçalanır. Karbon qazı 
kanalcıq epitelisinə diffuziya edərək karbonat turşusunun resintezi 
üçün istifadə olunur. Beləliklə, bikarbonat anionu reabsorbsiya 
olunmur, reabsorbsiya olunan karbon qazıdır, ondan da hüceyrədə 
yenidən bikarbonat radikalı əmələ gəlir. 
Hidrogen ionundan və ammonyakdan başqa üzvi maddələr 
(fenolrot paraaminbenzoy turşusu, diodrast, penisillin, salisilatlar və 
b.) kanalcıq sekresiyası yolu ilə böyrəklərdən ekskresiya olunur. 
Bəzi maddələrin kanalcıq sekresiyası aktiv baş verir, yəni daşıyıcıla-
rın köməyi ilə müvəqqəti əlaqə vasitəsilə hüceyrədən kanalcıq mən-
fəzinə daşınır. Amma bəzi maddələrin sekresiyası (məsələn, ammon-
yak, salisilatlar və b.) passiv olaraq fiziki hadisələr  əsasında sek-
resiya olunurlar. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin