Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə21/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   17   18   19   20   21   22   23   24   ...   186
Qlükozanın nəqli. Böyrək filtrindən keçən qlükozanın tam 
miqdarı kanalcıqların proksimal seqmentində reabsorbsiya olunur və 
sağlam  şəxsin gündəlik sidiyində ancaq 130 mq-a qədər qlükoza 


 
29
tapıla bilər. Qlükozanın reabsorbsiyası aktiv – fermentlərin iştirakı, 
enerjinin sərfi, oksigenin istifadə olunması ilə baş verir, çünki bu 
proses yüksək konsentrasion qradiyentin əksinə gedir. Bu prosesi 
sxematik belə təsəvvür etmək olar. 
Kanalcıq epitelisinin şotkalı haşiyəsinin zirvəsinin membranında 
qlükoza molekulu onu hüceyrə daxilinə daşıyan hipotetik daşıyıcı ilə 
birləşir və hüceyrə daxilində ondan ayrılır. Hüceyrə daxilində qlüko-
zanın yığılması  nəticəsində onun konsentrasiyası hüceyrəxarici, 
kanalcıqarası mayedəki konsentrasiyadan yüksək olduğu üçün  qlü-
koza hüceyrənin  əsas zarından kanalcıqarası sahəyə passiv nəql 
olunur. Kanalcıq epitelisində qlükoza əvvəlcədən fosforlaşır, qlü-
koza – 6 fosfat əmələ gəlir. 
Qlükozanın tam reabsorbsiyası daşıyıcıların miqdarından və onla-
rın hüceyrə membranından hərəkət sürətindən asılıdır. Yumaqcıqdan 
keçən bütün qlükoza molekulları proksimal kanalcıqdan reabsorb-
siya olunur. Qan plazmasında qlükozanın səviyyəsinin yüksəlməsi 
zamanı yumaqcıq filtratında da onun konsentrasiyası artır və kanal-
cıqlarda bütün qlükoza molekulları reabsorbsiya oluna bilmir, qlü-
kozuriya baş verir. Qlükozanın kanalcıqlardan maksimal reabsorb-
siya miqdarı normada kişilər üçün 375±79,7 mq/dəq, qadınlarda - 
303 ±55,3 mq/dəq təşkil edir (Y.V. Natoçin, 1983). Qlükozanın 
sidikdə peyda olması onun qandakı  səviyyəsinin yüksəlib müəyyən 
həddə çatdığı zaman baş verir, bu da qlükozanın minimal qapısı 
adlanır və normada 9,4-10 mmol/l-ə bərabərdir. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin