Sidik turşusunun nəqli. Böyrək kanalcıqlarında sidik turşusu
nəinki reabsorbsiya olunur, həmçinin sekresiya olunur. Hesab olunur
ki, kanalcıqlarda yumaqcıq filtrasiyası ilə ora daxil olmuş sidik
turşusunun 90%-i reabsorbsiya olunur və ancaq 10% sidik ilə ifraz
olunur. Amma O. Şyuka (1975) və Y. B. Natoçinə (1972, 1983) görə
yumaqcıqlardan filtrasiya olunmuş sidik turşusu kanalcıqlardan tam
reabsorbsiya olunur. Sidik ilə isə xaric olan 10%-ə qədər sidik
turşusu distal kanalcıqlarda sekresiya olur. XBÇ zamanı böyrəklər
tərəfindən sidik turşusunun ifrazının pozulması onun qan
plazmasında səviyyəsinin artmasına səbəb olur.