52
yüksək qatılığı zamanı (qlyukozuriya) xüsusi çəki çox artır və 1,030-
1,040-a çatır (şəkərli diabetdə). Müəyyən edilmişdir ki, 1 mq%
qlyukoza sidiyin xüsusi çəkisini təxminən 0,004, 1%-ə, zülal sidiyin
xüsusi çəkisini 0,0003-ə qədər artırır.
Beləliklə, böyrək xəstəlikləri, yaxud başqa orqan və sistemlərin
xəstəlikləri zamanı sidiyin xüsusi çəkisi artıb və ya azala bilir. Belə
ki, şəkərsiz diabetdə, çoxlu maye qəbul etdikdə, xronik böyrək
çatışmazlığı, kəskin böyrək çatışmazlığının poliuriya mərhələsində,
ürək-ödemlərinin çəkilməsi mərhələsində sidiyin xüsusi çəkisi azalır
və əksinə şəkərli diabetdə, az maye qəbul etdikdə, ishal, qusma
zamanı, ürək çatışmazlığında sidiyin xüsusi çəkisi artır.
Sidiyin ümumi müayinəsində xüsusi çəki göstəricisinin
əhəmiyyəti azdır, lakin bu analizdə belə xüsusi çəki 1.018-dən yuxarı
olduqda böyrəklərin fəaliyyəti normal hesab edilir. Sidiyin xüsusi
çəkisinin dəyişilməsinə Zimnitski sınağı ilə qiymət verilir.
Dostları ilə paylaş: