Sidikdə qlyukozanın təyini. Sağlam adamın sidiyində qlükozanın
miqdarı çox azdır - 0,03-0,15 q/l-dir. Sidikdəki bu miqdarda olan qlü-
koza adi keyfiyyət sınaqları ilə təyin olunmur. Sidikdə qlükozanın
olması qlükozuriya adlanır, bu da fizioloji və patoloji olmaqla iki yerə
ayrılır. Böyrəklərin normal fəaliyyəti zamanı qanda qlükozanın qa-
tılığı yüksəldikdə, yəni hiperqlikemiya olduqda qlükozuriya baş verir.
Qanda qlükozanın böyrəkqapısı 9,9 mmol/l-ə bərabərdir, bundan
yüksək səviyyə müşahidə olunduqda qlükozuriya müşahidə olunur.
Fizioloji qlyukozuriya qida ilə çoxlu miqdarda karbohidratlar qəbul
etdikdə (alimentar), emosional gərginlikdən sonra (emosional), bəzi
dərmanların qədulu (kofein, kortikosteroid hormonları) zamanı baş
verir. Az hallarda böyrək qlyukozuriyası (renal) müşahidə olunur ki,
bunun da səbəbi böyrək kanalcıqlarında qlyukozanın rezorbsiyasının
pozulmasıdır. Bu hal hətta qanda qlyukozanın normal konsentra-
siyasında baş verir. Böyrək qlyukozuriyası birincili xəstəlik kimi renal
diabetdə rast gəlir. Xroniki nefritlərdə, nefrotik sindromda, ikincili
renal qlyukozuriya əmələ gələ bilər.
Patoloji qlyukozuriya çox vaxt şəkərli diabetdə (diabetik), tiro-
toksikozda (tirogen), İtsenko-Kuşinq sindromunda (hipofizar), qara-
ciyər sirrozunda meydana çıxır.
55
Qlyukozuriyanın düzgün təyin edilməsi üçün (xüsusən şəkərli
diabetdə) gün ərzində yığılan sidikdə şəkər təyin olunmalı və sidikdə
gün ərzində itirilən şəkər hesablanmalıdır.
Sidikdə qlyukozanın təyini Qaynes və Nelander sınağı, qlyuko-
zooksidaza sınağı və Altqauzenin kolorimetrik üsulu ilə aparılır.
Keton (aseton) cisimlərinin təyini. Sidikdə keton cisimlərinin
(aseton, asetosirkə turşusu, β-oksiyağ turşusu) tapılması ketonuriya
adlanır. Ketonuriya əsasən şəkərli diabetdə rast gəlir, həmçinin o,
karbohidrat aclığında, cərrahi əməliyyatdan sonrakı dövrdə müşahidə
olunur.
Bilirubinin təyini. Normal halda sidikdə demək olar ki, bilirubin
olmur. Bilirubinin sidikdə artıq miqdarda ifrazı (bilirubinuriya)
qaraciyər və qaraciyəraltı sarılıqlarda meydana çıxır ki, bunun da
səbəbi qanda birləşmiş bilirubinin (bilirubinoqlyukoronid) artması
ilə izah olunur.
Bilirubinuriya Rozin və Fuşe sınaqları ilə təyin olunur. Bu üsullar
oksidləşdiricilərin təsirindən bilirubinin yaşıl biliverdinə çevrilməsi-
nə əsaslanır.
Urobilinoidlərin təyini. Urobilinoidlərə urobilin, urobilinogen, uro-
bilinlər, sterkobilin, sterkobilinogen, sterkobilinlərin cisimləri aiddir,
bunların sidiklə artıq miqdarda ifrazı urobilinuriya adlanır. Urobilinu-
riya çox zaman qaraciyər xəstəliklərində (hepatit, sirroz), hemolitik
anemiyalarda, bağırsaq xəstəliklərində (enteritdə) müşahidə olunur.
Urobilinoidlər Neybauer, Florans, Boqomolov keyfiyyət sınaqları ilə
təyin olunur.
Urobilinoidlərin miqdarının təyini onların R-dimetilaminobenzalde-
hid ilə çəhrayı rəngə boyanması əsasında aparılır. Onlar hidrogen-xlorid
turşusu ilə qarşılıqlı təsirindən bu rəngə boyanırlar. Sonra alınmış məh-
lul kolorimetriya edilir. İndikator kağızlarının köməyi ilə ekspress-diaq-
nostik üsulla ketonuriya, bilirubinuriya və urobilinuriyanın təyini yuxa-
rıda qeyd olunmuş kimyəvi reaksiyaya əsaslanır.
Sidik çöküntüsünün mikroskopik müayinəsi. Müayinə üçün götü-
rülən sidik, yaxşıca qarışdırıldıqdan sonra 10 ml sentrifuqa sınaq
56
şüşəsinə tökülür. Sentrifuqa edildikdən sonra çöküntü üzərindəki
məhlul atılır, çöküntü əşya şüşəsi üzərində keçirilir, əvvəl kiçik bö-
yüdücü (ümumi tanışlıq üçün), sonra isə böyük böyüdücünün altında
mikroskopda baxılır. Bu zaman sidikdə qanın formalı elementləri,
silindrlər, duzlar öyrənilir.
Eritrositlər dəyişilməmiş, yəni hemoqlobini itirməmiş (yaşıl-sarı
rəngli disk şəklində) və dəyişmiş hemoqlobini itirmiş (rəngsiz, bir və
ya ikikonturlu həlqə şəklində) olur. Dəyişilmiş eritrositlər sidiyin
xüsusi çəkisi aşağı düşdükdə müşahidə olunur, xüsusi çəki çox
olduqda eritrositlər büzüşürlər. Sağlam adamların sidiyində
mikroskopun görmə sahəsində 0-1, 1-2 eritrosit tapıla bilər.
Eritrositlər sidiyə böyrəklərdən, yaxud sidik yollarından keçə
bilirlər və bu hematuriya adlanır. Ancaq mikroskop altında aşkar
edilən hematuriya mikrohematuriya, sidiyin adi gözlə müayinəsi
zamanı qanlı olması makrohematuriya adlanır. Adi gözlə baxdıqda
sidiyə 1 ml qan qarışdıqda belə onun qanlı olmasını aydın etmək
mümkün olur. Hematuriyanın yumaqcıq, yaxud qeyri-yumaqcıq
mənşəli olmasının xüsusi praktik əhəmiyyəti vardır. Yumaqcıq
hematuriyası qlomerulonefritdə, qan laxtalanmasının pozulmasında
və s. olur, daimi olması isə sidikdə zülalın da tapılması ilə xarak-
terizə olunur.
Qeyri-yumaqcıq hematuriyası böyrəklərin və sidik yollarının
daşları, şişləri zamanı təzahür edir, bu vəziyyətin arabir baş verməsi
(sidiyin rəngi arabir tündləşir) və sidikdə zülalın olmaması ilə
yumaqcıq hematuriyasından fərqlənir.
Qanaxmaların yerini təyin etmək üçün üç qab sınağının da
əhəmiyyəti vardır. Qanaxma sidik kanalında olduqda birinci porsiya-
da sidiyin rəngi daha çox intensiv, qanaxma sidik kisəsindən olduqda
axırıncı porsiyada, başqa yerlərdə olduqda isə sidiyin boyanma
intensivliyi bütün porsiyalarda eyni cür olur.
Leykositlər sidikdə kiçik, yumru hüceyrələr formasında qeyd
olunur. Sidiyin xüsusi çəkisi az olduqda onlar şişkinləşir. Normal
sidikdə leykositlər əsasən neytrofil leykosit formasında, mikrosko-
pun görmə sahəsində 1-2 ədəd (qadınlarda hətta 4-6 ədəd) olur.
Bundan çox olduqda leykosituriya adlanır və sidik yollarının
iltihabının (uretrit, prostatit, sistit, pielonefrit) olduğunu göstərir.
İltihabın yerini təyin etmək üçün Tompsonun üç qab sınağı aparılır.
Səhər sidik ifrazı zamanı birinci qaba sidiyin başlanğıc porsiyası,
ikinci qaba orta, üçüncü qaba sidiyin axırıncı porsiyası ifraz olunur
(şəkil 9). Leykositlərin bütün porsiyalarda olması böyrəklərin iltiha-
bını göstərir. Sidikdə qələvi reaksiya olduqda hüceyrə elementləri
parçalanır, ona görə leykosituriyanın səviyyəsi haqda fikir yürütmək
çətin olur. Bəzən sidikdə eozinofillər aşkar edilir (onlar başqa leyko-
sitlərdən dənəvərliliyi ilə seçilir) ki, bu da xəstəliyin allergik təbiətli
olmasını göstərir.
Şəkil 9. Sidik çöküntüsünün
mikroskopik şəkli.
1 – leykositlər;
2 – dəyişilməmiş eritrositlər;
3 – az dəyişilmiş eritrositlər;
4 – dəyişilmiş (qələviləşmiş)
eritrositlər;
5 – epitel hüceyrələri.
Xroniki pielonefritdə leykosituriyanın dərəcəsi həmişə xəstəliyin
ağırlıq dərəcəsini göstərir. Aktiv iltihabi proseslər olmadıqda sidikdə
leykositlərin miqdarı norma daxilində qala bilər. Hazırda 1940-cı
ildə Şternhaymer və Malbinin təklif etdiyi leykositlərin supravital
rənglənməsi üsulu tətbiq edilir. Bu zaman xüsusi rəngləyici maddələ-
rin (su-spirt qarışığında 3 hissə-bənövşəyi gensian və 97 hissə safra-
nil) təsirindən leykositlər qırmızı, yaxud avazımış göy rəngə boyanır.
57
Onların ölcüləri böyümüş, sitoplazma vakuollaşmış, dənəli olur və
bu dənələr braun hərəkətində olurlar. Belə fərz edilir ki, pielonefritdə
belə leykositlər tapılır və onlar Şternhaymer-Malbin hüceyrələri
(«aktiv leykositlər») adlanır. Sonralar məlum oldu ki, belə hücey-
rələr sidik yollarının digər yerlərində də iltihabi proses olduqda da
aşkar edilə bilər. Aktiv leykositlərin meydana çıxmasının əsas səbəbi
isə hipo-və izostenuriyadır. Ona görə sidiyin nisbi sıxlığını azaltmaq
üçün müayinə zamanı sidiyə bir neçə damcı distillə olunmuş su əlavə
edilir.
Leykosituriya zamanı «aktiv leykositlərin» miqdarının artması
sidik yollarının iltihabi xəstəliklərinin və ya pielonefritin aktivləş-
məsini göstərir (şəkil 10).
Şəkil 10. Sidik çöküntüsündə
aktiv leykositlər;
58
rən
safran
ı və sidik kanalından düşür, xüsusi diaqnostik əhəmiyyəti
olmur.
а – metilen abısi ilə
glənmiş;
б – bənövşəyi gensian və
ın ilə rənglənmiş.
Sidik çöküntüsünün mikroskopiyası zamanı yastı, keçid və
böyrək epitelisi hüceyrələrinə də rast gəlmək olar (şəkil 11). Yastı
epitel hüceyrələri yumru, yaxud poliqonal formada olub, böyük
ölçülü, rəngsiz, nüvəsi çox da böyük olmur. Sidiyə onlar cinsiyyət
orqanlar
Şəkil 11. Sidik çöküntüsündə
epitel hüceyrələri.
1 – yastı epitel hüceyrələri;
2 – keçid epitel hüceyrələri;
3 – böyrək epitel hüceyrələri.
Keçid epiteli (ölçüləri müxtəlif olur) nüvəsi dəyirmi, yastı epite-
lidən kiçik olurlar, böyrək ləyəni və sidik kisəsinin iltihabı zamanı
sidikdə peyda olur. Böyrək epitelisi böyrək xəstəlikləri, hərarət,
intoksikasiya və infeksion xəstəliklər zamanı sidikdə tapılır.
Silindrlər – zülal və hüceyrədən əmələ gəlir, kanalcıq mənşəlidir,
silindrik formada müxtəlif ölçüdə olur. Bir neçə növü vardır
(şəkil 12).
Şəkil 12. Sidik
şöküntüsü
59
ndə silindrlər.
1 – hialin;
2 – dənəvər;
3 – mumvarı;
4 – epitel.
60
Hialin silindrlər – zülaldan əmələ gəlir, kənarları incə, səthi azca
dənəlidir, kəskin və xroniki qlomerulonefritdə, nefrotik sindromda
və fizioloji keçici proteinuriyada meydana çıxır. Hialin silindrlər
sağlam adamlarda sidiyin pH-i aşağı olduqda və xüsusi çəkisi yük-
səldikdə müşahidə edilir (dehidratasiya zamanı). Güman edilir ki,
hialin silindrlər qlyukoproteinlərdən əmələ gəlir, bunlar da kanalcıq-
larda sekresiya olunurlar, amma bu firki hələlik sübuta yetirmək
mümkün olmamışdır.
Dənəvər silindrlər – möhkəm dənəli kütlədən ibarətdir, dağılmış
böyrək epitelisindən əmələ gəlir. Bunların olması kanalcıqların
distrofik prosesləri zamanı baş verir.
Mumvari silindrlər – homogen strukturlu, nəzərə çarpan kontur-
ları vardır, sarı rənglidir. Onlar böyrəyin ağır, xroniki xəstəlikləri
üçün xarakterikdir. Sidikdə epitelial, eritrositar, hemoqlobin, leyko-
sitar silindrlər də ola bilər. Bəzi silindr formalı törəmələr də aşkar
edilə bilər (silindroid), bunlar da əsasən amorf duzlardan ibarətdir.
«Təşkil olunmamış çöküntü» sidikdə əsasən duzlar və amorf
kütlədən əmələ gəlir. Sidikdə duzların xarakteri sidiyin kolloid halın-
dan, pH və s. asılıdır (şəkil 13, 14). Turş sidikdə urat, qələvi sidikdə
oksalat, fosfat duzlarının kristalları aşkar edilir. Bəzən sidikdə sistin,
tirozin, leysin kristallarına rast gəlinir və bunlar qaraciyərin yarımkəs-
kin distrofiyasında, fosforla zəhərlənmədə müşahidə edilir. Lipoidlərin
sidikdə tapılması nefrotik sindrom üçün xarakterikdir.
Sidikdə formalı elementlərin miqdarını təyin etmək üçün xüsusi
sınaqlardan istifadə olunur.
Kakovski-Addis sınağı – sidikdə formalı elementlərin miqdarca
təyini tətbiq edilir. 10 saat ərzində sidik yığılır, qarışdırılır, miqdarı
ölçülür və sonra 12 dəqiqə ərzində ifraz olunan sidik götürülür (yəni
sidiyin 1/50 hissəsi), sentrofuqada sınaq şüşəsində 5 dəqiqə 2000
dairə/dəq fırladıb üstündəki maye götürülür, 0,5 ml çöküntü götürü-
lür və qanı saymaq üçün kameraya yerləşdirilir.
Şəkil 13. Türş reaksiyalı sidik
çöküntüsündə duz
Şəkil 14. Qələvi reaksiyalı
sidik çöküntüsündə duz
kristalları.
kristalları.
1 – tripelfosfat; 2 – ammonium urat; 3 – kalsium karbonat.
Leykositlər, eritrositlər və silindrlər ayrıca sayılır. Normada erit-
rositlər 1. 000 000 qədər, leykositlər 2. 000 000 qədər və silindrlər
20 000 qədər olur.
Son zamanlar Neçiporenko üsulu ilə eritrositlər və leykositlər 1
ml sidikdə sayılır. Bu üsulun üstünlüyü ondadır ki, sidiyin orta por-
siyası götürülür (sidiyə sidik yollarından irinin, qanın düşməsi im-
kanı aradan qalxır), üsulun çatışmazlığı ondadır ki, sidiyin miqdarı
nəzərə alınmır. Normada 1 ml sidikdə 1 000 eritrosit, 4 000 leykosit
və 220 hialin sidindrlər olmalıdır.
Dostları ilə paylaş: |