Böyrəklərin funksiyalarının müayinəsi Böyrəklərin funksional vəziyyətinin təyini xəstəliyin nozoloji
formasının təyin olunmasından az əhəmiyyətli deyildir. Nefroloji
təcrübədə böyrəklərin summar (məsələn, azotifrazedici) və həmçinin
parsial (yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası, sekresiyası)
funksiyaları təyin olunur.
Sidiyin nisbi sıxlığına görə böyrəklərin funksional vəziyyətinin təyini. Saglam bədəndə suyun miqdarı azaldıqda sidiyin də miqdarı
azalır, onun nisbi sıxlığı artır və əksinə bədənə artıq maye daxil ol-
duqda sidiyin miqdarı artır, nisbi sıxlığı azalır. Beləliklə, böyrəklər
bədənin daxili mühitinin sabitliyini təmin edir və bədəndə izovole-
miya, izohidriya, izoioniya, izoosmiya halını təmin edir. Bunlar anti-
diuretik və antinatriuretik reflekslərin köməyi ilə baş verir. Dehidra-
tasiya zamanı hüceyrəxarici mayenin osmotik konsentrasiyası və
antidiuretik hormonun (ADH) ifrazı artır, bu da suyun kanalcıq
rezorbsiyasına kömək edir. Bədənə artıq miqdarda maye daxil olduq-
da hüceyrəxarici mayenin osmotik təzyiqi azalır, bunun nəticəsində
ADH ifrazı azalır, bu da suyun rezorbsiyasını azaldır, diurez artır.
Patoloji halda böyrəklərin beyin maddəsində osmotik qradiyent yara-
na bilmədiyi üçün onların qatılaşdırma və durulaşdırma fəaliyyətləri
pozulur (durulaşdırma fəaliyyəti, yəni böyrəyin osmotik aktiv
maddələrin susuz rezorbsiya etməsidir).