68
Sınaq bir gün ərzində aparılır, xəstə hər 3 saatdan bir sidiyi ayrı-
ayrı qablara yığır (8 porsiya). Hər porsiyada sidiyin miqdarı və nisbi
sıxlığı təyin olunur. Sonra gecə və gündüz ifraz olunan sidiyin miqdarı
hesablanır və müqayisə edilir. Sidiyin nisbi sıxlığının
gün ərzində
dəyişməsini öyrənməklə onun maksimal həddi müəyyən edilir. Nor-
mada porsiyalarda sidiyin miqdarı 50-250 ml arasında,
onun nisbi
sıxlığı 1,005-1,028 arasında
meyl edir, gündüz sidiyin miqdarı gecə
sidiyin miqdarından iki dəfə çox olur. Gecə sidiyin miqdarının artması
(nikturiya) böyrəklərin funksiyasının pozulmasını göstərir. Sidiyin
xüsusi cəkisi 1,008-dən aşağı olduqda hipostenuriya adlanır və
böyrəyin fəaliyyətinin ağır pozulmasını göstərir. Əgər
sidiyin xüsusi
çəkisi 1,008-1,012 arasında (yəni zülalsız qan plazmasının xüsusi
çəkisinə bərabər) olduqda izostenuriya adlanır. Poliuriya, hipos-
tenuriya və nikturiya həmişə ağır böyrək çatışmazlığından xəbər verir.
Zimnitski sınağı zamanı hətta bir porsiyada belə sidiyin nisbi sıxlığı
1,018-1,020-dən yüksəkdirsə, onda böyrək
fəaliyyətinin qənaətbəxş
olması haqda nəticə çıxarılır.
Zimnitski sınağına modifikasiya olaraq 1952-ci ildə C.D.Reyzel-
man hər ifraz olunan porsiya sidiyi ayrı yığmağı tövsiyə etmişdir.
Testin qalan komponentləri Zimnitski sınağı kimi aparılır.
Dostları ilə paylaş: