Qatılaşdırma sınağı. 36 saat ərzində xəstə maye içmir və duru
yeməklər yeyir, beləliklə, bədənin dehidratasiyası yaradılır. Sidik 3
saatlıq intervalla gün ərzində 8 porsiyada yığılır (Zimnitski sınağı
kimi). Hər porsiyanın miqdarı və sidiyin nisbi sıxlığı təyin edilir.
Sağlam şəxslərdə sidiyin xüsusi çəkisi 1,028-dən yüksək olur, böy-
rək çatışmazlığı olduqda xüsusi çəki 1,022-dən yuxarı qalxmır. Sına-
ğın nəticəsi gündəlik diurez 400 ml-dən az olduqda hesab olunur.
Kəskin böyrək xəstəliklərində, ürək-damar və böyrək çatışmazlı-
ğında, arterial hipertenziyada sınaq əks göstərişdir.