Böyrək anomaliyası. Böyrək anomaliyalarına-aplaziya (anadan-
gəlmə tək böyrək), hipoplaziya, distopiyalar, böyrəklərin bir-birinə
münasibət anomaliyaları, kistoz dəyişikliklər, yuxarı sidik yollarının
ikiləşməsi aiddir.
Böyrək aplaziyası USM köməyi ilə təyin olunur. Bu zaman bir
tərəfdə böyrək aşkarlanır, digər tərəfdə isə böyrək yerində olmur və
onun distopiyası da (bel, qalça, çanaq) inkar edilir.
Böyrək hipoplaziyasını iltihab nəticəsində büzüşmüş böyrəkdən
fərqləndirmək çətin olur. Hipoplaziya zamanı orqanın ölçüləri kiçilir,
amma parenximanın sahəsinin sinusun sahəsinə nisbəti normada ol-
duğu kimi qalır, həm də böyrəyin konturları və strukturu dəyişilmir.
Bu sualın düzgün cavabını vermək üçün USM nəticələri başqa kli-
niki məlumatlarla müştərək qiymətləndirilməlidir.
Böyrək polikistozu zamanı orqanın ölçüləri böyüyür, parenxima-
da çoxlu müxtəlif formalı və ölçülü exoneqativ zonalar vizualizasiya
edilir. Müasir cihazların köməyi ilə diametri 1 sm-dən çox olan
bütün kistalar aşkarlana bilir.
Böyrək kistaları rahat təyin olunur, hamar konturlu olub dairəvi
və ya oval formada, daxili strukturu olmayan exogen törəmə kimi
aşkar edilir. Mərkəzdə yerləşən kistalar böyrək sinusunu deforma-
siyaya uğradır, böyük kistalar zamanı böyrəklərin ölçüləri böyüyür,
konturları dəyişir. Solitar kistaların aşkarlanmasında USM-in etibar-
lılığı 98 % -dir.
Parapelvikal kistalar sinusda və böyrək qapısı nahiyəsində yerlə-
şir. Onlar mərkəzdə yerləşən mayeli törəmə kimi oval, dairəvi for-
malarda olub bəzən hətta ləyən ilə çətin differensasiya olurlar.
Multikistoz böyrəkdə müxtəlif ölçülü mayeli törəmələr praktiki
olaraq bütün parenximada aşkarlanır və bəzən çoxsaylı kirəcləşmələr
75
qeyd olunur. Polikistozdan fərqli olaraq bu xəstəlik birtərəfli olur,
çünki böyrəyin ikitərəfli multikistozu həyat ilə uyuşmayan anomali-
yadır.
Böyrək parenximasının şişləri dairəvi və ya oval, kələ-kötür kon-
turlu törəmə kimi aşkar olunur, hətta bəzən böyrəyin ölçüləri də böyü-
yür. Yeni törəmə sinusda olduqda onun deformasiyası, kasacıq ləyən
sistemini sıxdıqda onun genişlənməsi təyin edilir. Strukturuna görə şiş
bərkimiş toxuma ilə yanaşı müxtəlif formada və ölçüdə mayeli törəmə
ilə xarakterizə olunur. Diametri 2 sm.-dən çox olan şişlər USM ilə
aşkar oluna bilirlər və üsulun etibarlılığı 97,3 %-ə bərabərdir.
Kəskin pielonefrit zamanı paranefral toxumanın ödemi aşkar
edilir. Böyrək karbunkulu kiçik ölçüdə olduqda (diametri 1-1,5 sm)
parenximada seyrəkləşmiş törəmə kimi görünür, həmin nahiyədə
böyrəyin konturu qabarır. Karbunkuldan fərqli olaraq vərəm kaver-
nası adətən daha böyük ölçülüdür, exopozitiv kapsulu aşkarlanır,
bəzən kirəclər vizualizasiya olunur.
Xroniki pielonefritin hər hansı səhih ultrasəs əlaməti yoxdur.
Aşkar edilən - böyrək ölçülərinin azalması, konturun qeyri-düzgün-
lüyü, parenximanın, sinusun dəyişilməsi kliniki-laborator müayinə
nəticələri ilə müştərək pielonefrit diaqnozunu qoymağa kömək edə
bilər. Xəstəliyin çox inkişaf etmiş hallarında, böyrək büzüşməsi ilə
nəticələnən təsadüflərdə diaqnoza, demək olar ki, şübhə qalmır.
Bütün bunlara baxmayaraq xroniki pielonefritin diaqnozunu ancaq
USM-ə əsasən qoymaq olmaz.
Paranefral absesin diaqnozunu USM zamanı alınan nəticələrə əsasən
qoymaq olur, bu zaman şiş ilə differensasiya etmək lazım gəlir.
Böyrək vərəmi. Məhdud destruktiv proseslər (papillit) zamanı an-
caq kirəcləşmə olduqda müayinə patoloji prosesi aşkar edə bilir.
Fibroz-kavernoz vərəmdə kaverna aydın konturlu, dairəvi və ya oval,
exoneqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki ola-
raq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopozitiv
törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olun-
malıdır.
76
Nefrolitiaz. Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik
yaratmadan aşkar edilirlər. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv
törəmə kimi, kasacıq-ləyən sistemində aşkarlanır. Onun arxasında
akustik kölgəliyin olması diaqnozun doğruluğuna şübhə yeri qoy-
mur. Daşın kimyəvi tərkibi USM nəticələrinə təsir etmir, bu üsul onu
aydınlaşdıra da bilmir. Bəzən yastı daşlar pis vizualizasiya olunduğu
üçün belə xəstələr polipozision vəziyyətlərdə müayinə olunurlar.
Bəzən hətta USM apardıqdan sonra poliuriya yaratmaq məqsədi ilə
xəstəyə maye və hətta saluretik verilir, sonra yenidən müayinə tək-
rarlanır. Bununla belə bəzi hallarda böyrəkdaşının hiperdiaqnostikası
da müşahidə olunur, böyrəkdə olan kristallar, damar divarının bərki-
məsi və s. daş kimi qəbul olunur, halbuki akustik dalğanın olmaması
belə nəzərə alınmır. Mərcanvari daşların USM vasitəsi ilə aşkar-
lanması bəzən kəskin emfizematoz pielonefritlə səhv salına bilər.
Sidik axarı daşları USM-nin köməyi ilə asan aşkar edilirlər, amma
sidik axarının yuxarı, xüsusən orta 1/3-də olan daşlar bağırsaq ilgək-
lərindəki havanın maneə törətdiyinə görə pis vizualizasiya olunurlar.
Sidik axarının intramural hissəsində olan daşlar sidik kisəsini maye
ilə doldurduqda yaxşı görünürlər və akustik «cığır» aşkarlanır. Kasa-
ləyən sistemi ilə sidik axarının genişlənməsi böyrəkdaşının dolayı
əlamətlərindən sayılmalıdır.
Hidronefroz. USM zamanı alınan nəticələr prosesin ağırlıq dərəcə-
sindən və kasacıq-ləyən sistemində sidiyin passajının pozulmasının
davamiyyətindən, böyrək parenximasının atrofiya dərəcəsindən asılı
olur. İlk mərhələlərdə pieloektaziyadan başlayaraq müxtəlif dərəcəli
dilatasiyalar və hətta ureterohidronefroz aşkar edilir. Bu zaman böyrək
parenximasının qalınlığı proqressiv azalır, kasacıq-ləyən sisteminin
retension dəyişikliklərini parapelvikal kista və ya böyrək sinusu kistası
ilə differensasiya etmək lazım gəlir. «Lal böyrək» zamanı USM
diaqnozu dəqiqləşdirməyə çox kömək edir, çünki başqa üsullarla
informasiyaların alınması çox təsadüflərdə nəticəsiz qalır.
Bəzi hallarda medikamentoz poliuriyadan (vena daxilinə 10 mq
furosemid) funksional yüklənmədən istifadə olunaraq yuxarı sidik
77
yollarının ehtiyat imkanları funksional qiymətləndirilir. Bunun üçün
böyrəklərin ilkin müayinəsi, kasacıq-ləyən sisteminin ölçülərinin təyin
olunmasından sonra furosemid bədənə yeridilir. Sonrakı dövrdə hər 5
dəqiqədənbir müayinə təkrar olunur. Bu zaman poliuriyaya cavab
olaraq kasacıq-ləyən sisteminin dilatasiyası müşahidə oluna bilər və
onun dərəcəsi təkrar ölçmələrlə təyin edilir. Normal halda dilatasiya
olmur, ya da 10 dəqiqədən artıq davam etmir. Farmakosonoqrafiya
zamanı kasacıqların, ləyənin uzunmüddətli dilatasiyası sidik yollarının
proksimal hissəsində maneənin olmasını göstərir. Hidronefroz zamanı
farmakosonoqrafiya apardıqda kasacıq-ləyən sisteminin dilatasiyası və
ağrının əmələ gəlməsi böyrəklərdə yığılma qabiliyyətinin tam itmə-
məsini göstərir.
Beləliklə, texniki cəhətdən sadə görünən USM bəzən interpretasi-
yası çətin olan çox mürəkkəb dəyişiklikləri aşkar edir. Odur ki, bu
diaqnostika üsulunun nəticələrini xəstələrin kliniki-laborator və baş-
qa instrumental üsullarla müayinə parametrləri ilə bir yerdə qiymət-
ləndirmək lazımdır.
Dostları ilə paylaş: |