Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə42/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   38   39   40   41   42   43   44   45   ...   186
Ultrasəs müayinəsi 
 
Böyrəklərin və sidik yolları orqanlarının xəstəliklərinin diaqnozu-
nun qoyulmasında ultrasəs müayinə (USM) üsullarının  əhəmiyyəti 
çox mühümdür. Bu müayinə üsulu qeyri-invaziv olmaqla tez-tez tək-
rarlana bilir. Müayinə zamanı böyrəyin olmasını, lokalizasiyası, yer-
ləşməsi, forması, strukturu, konkrementlərin olması, sidik yolları 
boşluqlarının vəziyyəti və sairə qiymətləndirilir. Böyrəklərdə cüzi 
halda olan morfoloji dəyişiklikləri aşkar etməklə onların funksional 
vəziyyətini qiymətləndirməyə imkan verən ultrasəs müayinə üsulu 
xəstəliklərin erkən diaqnozunun qoyulmasına imkan yaradır.  Əldə 
edilmiş müayinə göstəricilərinin kliniki, laborator, endoskopik və 
morfoloji müayinə nəticələri ilə bir yerdə analiz edib interpritasiyası, 
bir tərəfdən xəstəliyin dəqiq diaqnozunu təyin etməyə, onun dinami-
kasını qiymətləndirməyə, digər tərəfdən  düzgün qərar qəbul etməyə 
kömək edir. Ultrasəs müayinəsinin köməyi ilə punksion biopsiya 
aparılır, böyrəyin kasacıq-ləyən sistemini punksiya edərək perkutan 
manipulyasiyalar yerinə yetirilir, nefrostomiya edilir və s. 
Üsulun mahiyyəti ultrasəs siqnalının müayinə olunan orqandan 
əks olunaraq qeyd olunmasıdır. 
Müayinə metodikası. Ultrasəs müayinəsi bel tərəfdən, qarının ön 
və yan tərəflərindən aparılır. Ötürücünün dəri ilə yaxşı təması üçün 
xüsusi səskeçirən geldən istifadə olunur. Qabırğalar böyrəklərin yu-
xarı qütbünü örtdükləri üçün müayinə dərindən nəfəs alıb saxladıqda 
aparılır. Hamiləliyin ikinci yarısından sonra böyrəklər ayaq üstə 
vizualizasiya olunur. 
Müayinə adətən bel tərəfdən, xəstə qarın üstə uzandıqda aparılır. 
Böyrəklərin yerləşməsini təyin etmək üçün əvvəlcə böyrəklər 


 
73
boylama, sonra eninə skanlanır. Qarnın ön və yan tərəflərindən apa-
rılmış müayinələr böyrəklərin parenximası, kasacıq-ləyən sistemi və 
damarları haqda tam məlumat almağa imkan verir. Sağ böyrək ön 
tərəfdən qaraciyərdən keçməklə müayinə olunur, odur ki, o sola 
nisbətən daha yaxşı görünür, çünki qaraciyər ultrasəs siqnalını yaxşı 
ötürür. Sol böyrəyin öndən müayinəsi zamanı bağırsaq ilgəklərində 
olan qaz ultrasəs siqnallarına mane ola bilir. Bunun qarşısını almaq 
üçün ötürücü sol orta körpücük xəttində boylama yerləşdirilir. Böy-
rəyin həcmi və böyrək ləyənində, sinusunda aşkar edilmiş bəzi törə-
mələrin hərəkətliliyi haqda məlumat almaq üçün xəstəni böyrü üstə 
müayinə edirlər. Böyrəyin hərəkətliliyi nəfəsalma zamanı, dərin 
nəfəs alıb gücəndikdə (Valsalva sınağı) və şaquli vəziyyətdə vizual 
qiymətləndirilir və ya ölçülür. 
Normal böyrəklər.  Sağlam  şəxslərdə USM zamanı normal böy-
rəklərin uzunluğu 7,5 – 12 sm, eni 4,5 – 6,5 sm, qalınlığı 3,5 – 5,0 
sm-dir. Böyrəklər arasındakı  fərq 1,5 – 2 sm-dən çox olmamalıdır. 
Boylama istiqamətdə böyrək ovoid exoneqativ törəmə kimi vizuali-
zasiya olunur, ətraf toxumadan yaxşı fərqlənir. Böyrək sinusu böyrə-
yin mərkəzində yerləşərək, uzanmış sahə şəklində olub, atrmış exo-
genliyə malikdir. Köndələn müayinə zamanı onun forması oval və ya 
dairəvi forma alır. Böyrəyin xarici səthində qalınlığı 1,5 mm olan 
exopozitiv fibroz kapsula təyin olunur. Ondan kənara ətraf piy toxu-
ması aşağı exogen zona kimi vizualizasiya olunur. 
Böyrək parenximası çox incə, demək olar ki, anexogen daxili 
struktura malikdir. Bunu nəzərə almaq vacibdir, çünki normal 
struktura yanlış olaraq çoxlu kista kimi qiymətləndirilə bilər. Bəzi 
halda kapsula ilə sinus arasında çoxlu dairəvi exoneqativ törəmələr – 
böyrək piramidləri aşkar edilir. Onların diametri 0,5-dən 0,9 sm-ə 
qədər olur. Normal hallarda böyrək parenximasının sahəsinin 
sinusun sahəsinə nisbəti 2:1-ə bərabər olur və bu göstərici uşaqlarda 
çox, yaşlı şəxslərdə az olur. 
Kasacıqlarda az miqdarda sidik olduqda onlar kiçik dairəvi exo-
neqativ (mayeli), diametri normada 0,5 sm-dən çox olmayan  törəmə 


 
74
kimi aşkarlanır. Əksər hallarda böyrəyin qapısında ləyən də, xüsusən 
köndələn kəsikdə, qarının ön-yan tərəfindən müayinə apardıqda, 
təyin olunur, diametri 0,5 sm-dən çox olmamalıdır.  
Böyrək damarları qarnın ön divarından köndələn, yaxud çəp 
istiqamətlərdə müayinə apardıqda təyin oluna bilər. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin