82
antiseptik dərmanlarla yumaq üçün) tətbiq edilir. Sidik kisəsi yum-
şaq
rezin kateterlə, yaxud metal kateterlə kateterizasiya edilir. Bu
zaman aseptika-antiseptika qaydalarına əməl edilməlidir.
Sistoskopiya
Sistoskop vasitəsilə sidik kisəsinə baxılmasına sistoskopiya deyilir.
Bu üsul sidik kisəsinin selikli qişasının, sidik axarlarının mənsəbinin
vəziyyətini
öyrənməyə, daşı, şişi görməyə və eyni zamanda sidik
axarlarına kateter salmağa imkan verir.
Bundan əlavə bu üsul böyrək-
lərin fəaliyyətini öyrənmək, xromosistoskopiya aparmaq
üçün tətbiq
olunur. Xromosistoskopiya aparmaq üçün vena daxilinə 5 ml 0,4%-li
indiqokarmin məhlulu yeridilir, sidik axarının mənfəzindən indiqokar-
minlə boyanmış sidiyin xaric olmasına əsasən böyrəklərin funksiyası
qiymətləndirilir. Sağlam böyrəklər indiqokarmini 3-5
dəqiqəyə xaric
edir. Böyrəyin fəaliyyəti aşağı düşdükdə xəstə böyrək tərəfdə sidiyin
indiqokarminlə rənglənməsi intensivliyi azalır,
yaxud da gecikir,
bəzən də heç xaric edilmir.
Dostları ilə paylaş: