Angiotenzini çevirən fermentin inhibitorları. Bu qrupa daxil
olan dərman preparatları AÇF (kininaza II) təsirini tormozlamaqla,
bir təfərdən angiotenzin I-in angiotenzin II-yə çevrilməsinin qarşısı-
nı alır, digər tərəfdən toxuma kininlərinin parçalanmasını dayandırır.
Hətta son illər AÇFİ preparatlarının böyrəkqoruyucu təsiri aşkar
edilmişdir (Opil L.H.,1992). Yumaqcıqdaxili qan təzyiqini endir-
məklə AÇFİ qrupu preparatları böyrək qan dövranını yaxşılaşdırır,
bununla da nefroprotektiv təsir göstərir, böyrəyin işemik xəstəliyinin
proqressinin dayanmasına səbəb olur, qlomerulosklerozun inkişaf et-
məsinin qarşısını alır və yaxud onun inkişaf tempini ləngidir. Həmçi-
nin böyrək xəstəlikləri zamanı müşahidə olunan ürəyin sol mədəci-
yinin hipertofiyasının dərəcəsinin də AÇFİ qrupu preparatları tərə-
findən enməsinin müşahidə olunması haqda elmi araşdırmaların
nəticələri əldə edilmişdir.
2 saylı cədvəldə ən çox tətbiq olunan AÇFİ və onların dozaları
verilmişdir.