94
Hamiləlik eklampsiyasının baş verməsi
adətən preeklampsiyadan
sonra olur. Preeklampsiya üçün yüksək hipertoniya fonunda ensefa-
lopatiya (baş ağrısı, yuxusuzluq, apatiya, görmənin pisləşməsi), öyü-
mə, qusma, epiqastral nahiyədə ağrı, nefrotik
sindromun əlamətləri-
nin artması, oliquriya xarakterikdir.
Tutmadan əvvəl üz əzələlərinin fibrilyar yığılmaları baş verir.
Tutma 1-2 dəqiqə davam edir, bütün bədən əzələlərinin tonik və klo-
nik qıcolmaları ilə gedir və komatoz vəziyyətlə qurtarır. Az
təsadüf-
lərdə hamiləlik eklampsiyasında komatoz vəziyyət qıcolma tutmaları
olmadan da baş verə bilər.
Eklampsiya beyinə qansızma, sol mədəciyin kəskin çatışmazlığı
və ağciyər ödemi, görmənin, nitqin pozulması, amneziya kimi ağır-
laşmalar verə bilər və 5-9% halda ananın, 13-19% halda isə uşağın
ölümünə səbəb olur.
Müalicə. Profilaktika məqsədilə xörək duzunun qəbulu gündə 5.0
q-a qədər azaldılır. Xəstələrə kompleks hipotenziv terapiya edilir.
Əsasən periferik vazodilatatorlar (hidralazin, veropamil, diazoksid,
natrium nitroprussid) və ya simpatolitiklər,
çox ehtiyatla saluretiklər
(furosemid, etakrin turşusu) və trankvilizatorlar (diazepam və s.) təyin
edilir. Sakitləşdiricilərlə yanaşı qıcolmada narkoz, oksigenoterapiya
və doğuşu sürətləndirmək lazım gəlir.
Dostları ilə paylaş: