98
landırılmış hesab olunmalıdır. Diuretiklərin (natriuretiklərin) hipo-
tenziv təsiri ürək atımının azalmasına
səbəb olan mübadilə qabiliy-
yətli natriumun, artıq suyun bədəndən xaric olması və ümumi pe-
riferik müqavimətin azalması hesabına baş verir. Böyrəklərin funk-
siyaları lazımi səviyyədə olduqda tiazid diuretiklərdən (hidroxlor-
tiazid) və tiazidəbənzər diuretiklərdən (indapamid) istifadə
olun-
malıdır. XBÇ olan xəstələrə və şəkərli diabetdə ilgək diuretikləri
(furosemid,
etakrin turşusu, bumetanid) istifadə olunmalıdır.
Diuretiklərin mənfi təsirlərindən hipokaliemiyanı (tiazidlərin tət-
biqi zamanı daha çox), hiperqlikemiyanı (tiazidlər, furosemid),
hiperurikemiyanı (tiazidlər), mədə-bağırsaq pozğunluqlarını, impo-
tensiyanı göstərmək lazımdır.
Dostları ilə paylaş: