Kalsium antaqonistləri (KA). Bu qrup dərman preparatlarının
təsir mexanizmi arteriolaların genişlənməsi və ümumi periferik
müqavimətin azalması ilə əlaqədardır. Həmçinin bu qrup preparatla-
rın endotel hormonu olan endotelinin vazo-konstruktiv təsirini bloka-
daya alması da sübuta yetmişdir. Kliniki təcrübədə ən çox tətbiq
olunan KA preparatları 3 saylı cədvəldə verilmişdir.
Cədvəl 3
BH müalicəsində istifadə olunan KA Preparat Doza, mq Gündəlik qəbulu, dəfə Nifedipin 30-40
3-4
Riodipin 30-40
3-4
Nifedipin-retard 30-60
1
İsradipin 5-10
1
Felodipin 5-10
1
Amlodipin 5-10
1-2
Nifebradil 240-480
1
Verapamil 180
2
Diltiazem 60-90-180
2-3
KA hipotenziv təsirlə yanaşı antisklerotik və antiaqreqant xassə-
lərinə malik olduqları üçün yaşlı xəstələrdə daha çox tətbiq olun-
malıdır (E. İ.Çazov, 2001). KA eyni zamanda böyrək qan dövranını
artırır, ona görə natriurez də artır, həmçinin yumaqcıqdaxili hiper-
tenziyanı azaltmaqla yumaqcıq filtrasiyası sürətini (YFS) artırır. Böy-
rəklərin qorunması onların hipertrofiyasının qarşısının alınmasına
əsaslanır ki, bu da XBÇ-nin inkişafını ləngidir (P.Mene, 1997). KA-
nın istifadəsi zamanı taxikardiya, aritmiya, sifətin qızarması (nife-
dipin), bradikardiya, atriovenrtrikulyar blokada, qəbizlik (verapamil)
müşahidə oluna bilər.