Rentgen kompyuter tomoqrafiyası (KT) Son illər nefroloji xəstələrin müayinəsində geniş istifadə olunur.
Üsul ardıcıl olaraq bədənin köndələn laylarının alınmasına və məlu-
matların ağ-qara və rəngli şəkildə ekrana verilməsinə əsaslanır. Sonra
nəticələrin rentgen şəkli çəkilir, ya da printerdə çap olunur.
Nefrologiyada KT böyrək şişlərinin, polikistozunun və daşlarının,
böyrəküstü vəzilərinin şişlərinin diaqnozunu qoymağa, böyrək trav-
malarında onların zədələnmələrini təyin etmək üçün istifadə edilir.
Qeyri-invaziv üsullar arasında KT ən dəqiqlərdən sayıla bilər, çünki
bəzi hallarda kontrast maddə ilə də aparıla bilər. KT, USM və
maqnit-rezonans üsullarının istifadəsi böyrək xəstəliklərinin dəqiq
diaqnozunu qoymağa imkan verməklə pnevmoren və presakral
retropnevmoperitonium kimi invaziv üsullardan imtina etmək imka-
nını vermişdir.