Radioizotop müayinə üsulları Radioizotop nefroqrafiya böyrəyin funksiyasını öyrənmək üçün
tətbiq edilir. Xəstənin venasına I
131
ilə nişanlanmış hippuran, yaxud
diobrast yeridilir, sonra çoxkanallı radioqrafik cihazın köməyi ilə hər
böyrəyin funksiyasını ayrıca və qanın nişanlanmış maddədən təmiz-
lənməsini (böyrəyin summar sekretor funksiyası) öyrənir. Bu müayi-
nə xroniki qlomerulonefritdə, pielonefritdə, böyrək vərəmi və ami-
loidozunda, böyrəkdən sidiyin xaric olmasının pozulmasında diaq-
nozu dəqiqləşdirilməyə kömək edir.
Bəzi hallarda böyrək skanlanır. Bu zaman bədənə Hg
203
ilə
nişanlanmış neohidrin yeridilir. Preparat böyrəklər tərəfindən xaric
olunur. Xüsusi qamma-skaner cihazının köməyi ilə preparatın böy-
rəkdə toplanması qeyd olunur. Bu zaman böyrəyin ölçüləri, böyrək
şişləri, kistası və başqa xəstəlikləri aşkar edilir.