Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə41/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   37   38   39   40   41   42   43   44   ...   186
Klirens sınaqlarıBöyrəklərdə gedən ayrı-ayrı prosesləri yumaq-
cıq filtrasiyası, böyrək plazma dövranı, bəzi maddələrin kanalcıqla 
nəql olunması (məsələn, qlyukozanın reabsorbsiyası), yad maddələ-
rin sekresiyası, sidik cövhəri və elektrolitlərin sidikdə xaric olma 
intensivliyi öyrənilir. Böyrək çatışmazlığını  aşkar edib, dərəcəsini 
təyin etmək üçün qanda sidik cövhəri, indikan, qalıq azotu, kreatinin, 
kalium, natrium, kalsium, maqnezium və fosfatların səviyyəsinin 
yoxlanmasına əsaslanmaq olar.  
Fəaliyyət göstərən böyrək parenximasının 75%-i məhv olduqda 
böyrək çatışmazlığı meydana çıxır. Ona görə fəaliyyətli nefron kütlə-
si məfhumu meydana çıxır və onun təyin edilməsi xüsusi əhəmiyyət 
kəsb edir. Fəaliyyətli  nefron kütləsinin yumaqcıq filtrasiyası göstəri-
cisi (normada 65-120 ml/dəq.), qlyukozanın maksimal reabsorbsi-
yasının səviyyəsi (norma 300-500 ml/dəq.) və s. təyin olunur. 
Böyrək funksiyasını öyrənmək üçün ən çox istifadə olunan klirens 
(clear – təmizləmə) sınaqlarıdır. Bu sınaq Van-Slaykın təklif etdiyi 
kimi bir çox maddələrin böyrəklərlə ifraz olunması prinsipinə 
əsaslanır. Bu üsulla yumaqcıq filtrasiyası  və suyun kanalcıqlarda 
reabsorbsiyası  təyin edilir. Bunun üçün elə maddələrdən istifadə 
olunur ki, onlar ancaq yumaqcıqda filtrasiya olunur, kanalcıqlarda 
isə nə reabsorbsiya, nə də sekresiya olunurlar. 
Hər hansı maddənin plazmadan yumaqcıq vasitəsilə 1 dəqiqə 
ərzində sidiyə keçən miqdarı həmin maddənin 1 dəqiqə ərzində xaric 
olunan sidikdəki miqdarına bərabər olmalıdır. Deməli, yumaqcıq 


 
70
filtrasiyasının səviyyəsini (F) hər hansı maddənin plazmadakı 
qatılığına (P) vurduqda təyin edirik. Bu miqdar həmin maddənin 
sidiklə xaric olan miqdarına bərabərdir, yəni bir dəqiqədə ifraz olu-
nan sidiyin miqdarını (V) həmin maddənin sidikdəki qatılığına (U) 
vurmaqla bu kəmiyyəti alırıq. Bunu aşağıdakı düstur vasitəsilə ifadə 
etmək olar.  
 
 
                                          F
  
x
  
P = U
 x
 V 
Buradan: 
                                          F = U x V / P 
         
 
 
 
 
 
 
 
 
                     
alırıq. 
Bu düsturda U, V, P qiymətlərini yerinə qoyduqda yumaqcıq filt-
rasiyasını alırıq, yəni bir dəqiqə ərzində qanın plazmasının nə qədəri 
həmin maddədən tam azad olub, bu klirens adlanır. Adətən yumaq-
cıq filtrasiyası endogen kreatinin təmizlənməsinə görə  təyin edilir. 
Çünki kreatinin yumaqcıqdan filtrasiya olduqdan sonra kanalcıqda 
reabsorbsiya və sekresiya olunmur. Bu Reberq sınağı adlanır. 
Bu sınağı apardıqdan sonra suyun kanalcıqda reabsorbsiyasını da 
hesablamaq olar. Belə qəbul olunur ki, kreatinin qatılığı qan plazma-
sında və yumaqcıq filtratında eynidir, onda kanalcıqdan keçən filtra-
tın neçə  dəfə qatılaşmasını  təyin etmək olar. Onda reabsorbsiyanın 
həddini, reabsorbsiya olunan suyun faizini təyin edirik: 
 
                                       R =  (F - V) 
x
 
100 / F 
 
    
   
Sağlam  şəxslərdə yumaqcıq filtrasiyasının kəmiyyəti 65-120 
ml/dəq, suyun kanalcıq reabsorbsiyası  98,5-99% -dir. 
  1926-cı ildə Reberq yumaqcıq filtrasiya sürətini ekzogen 
kreatininin köməyi ilə  təmin etməyi təklif etdi. 1936-cı ildə 


 
71
E.M.Taryev yumaqcıq filtrasiyasını endogen kreatininin köməyi ilə 
təyin etməyi təklif etdi. Ona görə yumaqcıq filtrasiyasının endogen 
kreatininin klirensinə  əsasən təyin olunması  bəzən Reberq-Taryev 
sınağı da adlandırılır.  
Kreatinin klirensini və yaxud yumaqcıq filtrasiyası  aşağıdakı 
qaydada təyin edilir. Səhər saat 8.00-da xəstə sidiyini xaric edir və 
0,5 l su və ya açıq rəngli çay qəbul edir. Sonra 2 saat ərzində saat 
10.00-dək sidik yığılır. Sidiyin miqdarı  təyin olunduqdan sonra 
dəqiqəlik diurez (V) və sidikdə kreatinin qatılığı  təyin edilir (U). 
Saat 9.00-da venadan götürülən qan plazmasında kreatinin səviyyəsi 
təyin edilir (P). 
F = U 
x
 V / P  düsturu ilə yumaqcıq filtrasiyası təyin edilir,  
 
      
məsələn: V=1,2 ml/dəq, U=100000 mkmol/l 
 
     P=100 mkmol/l 
Rəqəmləri yerinə qoyduqda: 
F = 100000 mkmol/l 

1,2 ml/dəq / 100 mk/mol/l  = 120 ml/dəq  
alırıq. 
Böyrək çatışmazlığı inkişaf etdikdə yumaqcıq filtrasiyası tədricən 
aşağı düşməyə başlayır və  hətta 5-2-1 ml/dəq-ə  qədər enə bilər. 
Kanalcıq  reabsorbsiyası isə 80-60% -ə qədər düşə bilir. 
Bir qrup maddələr həm yumaqcıqlarda filtrasiya olunur,  həm də 
kanalcıqlarda sekresiya olduqları üçün qarışıq klirens verir: filtrasiya-
reabsorbsiya, yaxud filtrasiya-sekresiya klirensi. Belə klirens böyrəyin 
tam funksiyasını qiymətləndirməyə imkan verir. Bəzi maddələrin 
(dioqrast, fenolrot, paraaminhippur turşusu – PAH  və s.) klirensi 
həddən yüksək olub böyrək qan cərəyanına (1 dəq. böyrəkdən keçən 
qan) yaxınlaşır və beləliklə, bu maddələrin köməyi ilə böyrək qan 
cərəyanı təyin edilir. 
Klinikada  ən çox istifadə olunan sınaq kreatinin klirensidir. Bu 
sınağın nəticəsinə görə böyrəklərin funksional vəziyyəti haqda 
obyektiv mühakimə yürütmək olar. Dinamikada təyin olunduqda 
sınağın praktik qiyməti daha da artmış olur. Belə ki, yumaqcıq 


 
72
filtrasiyasının 1,5-2 il ərzində 50 – 40 ml/dəq. düşməsi xroniki 
böyrək xəstəliyinin (qlomerulonefrit, pielonefrit) nefroskleroz mər-
hələsinə keçməsini göstərir və xroniki böyrək çatışmazlığı haqda 
fikirləşməyə əsas verir. 
                                              

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin