Qanın müayinəsi
Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların
kəskinləşməsi zamanı periferik qan göstəricilərinin, qanın biokimyəvi
müayinəsinin nəticələrinin dəyişiklikləri aşkar edilir. Bu göstəricilərin
dinamikada təhlil edilməsi nəinki düzgün diaqnozun qoyulmasını
təmin edir, həmçinin xəstəliyin ağırlıq dərəcəsini, proqnozunu və
aparılan müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.
Mötədil və ya aşkar təzahür edən leykositoz kəskin və ya
kəskinləşmiş xroniki pielonefrit, kəskin və ya kəskinləşmiş xroniki
qlomerulonefrit, böyrəklərin sistem, yaxud revmatik xəstəliklər
zamanı zədələnməsini göstərir. Amma qırmızı qurd eşənəyi üçün isə
leykopeniya və ya leykositlərin normal sayı səciyyəvidir. XBÇ üçün
63
leykositozun olması xarakterik olmaqla, həmçinin leykosit
formulasının sola təmayülü, bəzən eozinofiliya müşahidə edilir.
Böyrəklərdə iltihabi prosesin olmasının və onun aktivlik
dərəcəsinin göstəricisi EÇS-dir. O, böyrəklərin birincili və həm də
ikincili xəstəliklərində sürətlənir. Belə ki, böyrəklərin ikincili
xəstəliklərində EÇS-nin əhəmiyyətli dərəcədə artması əsas xəstəlik
ilə əlaqədar olur. Nefrotik sindrom zamanı, səbəbindən asılı
olmayaraq, EÇS-in çox yüksək göstəriciləri müşahidə edilir.
Böyrək xəstəliklərinin başlanğıcı üçün eritrositlərin və hemoq-
lobinin qanda miqdarının aşağı düşməsi xarakterik deyil. Tədricən
artan və yüksək həddlərə çatan anemiya KBÇ, XBÇ, yarımkəskin
(ekstrakapillyar) nefrit üçün xarakterikdir. Xroniki pielonefrit və
nefrotik sindromda yüngül anemiya müşahidə olunur.
Böyrəklərdə iltihabi prosesi göstərən qeyri-spesifik laborator
testlərdən C – reaktiv zülalın, sial turşularının, fibrinogenin, xoleste-
rinin, ümumi zülal və onun fraksiyalarının təyini xəstəliyin kəskin
fazası, yaxud onun kəskinləşməsi, nefrotik sindromun təyin olunma-
sında və onun ağırlıq dərəcəsinin təyin olunmasında xüsusi əhəmiy-
yət kəsb edir.
Kəskin və xroniki böyrək çatışmazlığı, uzun müddət sidikqovucu-
ların tətbiqi zamanı qandakı elektrolitlərin tərkibinin, xüsusən nat-
riumun, kaliumun, kalsiumun, maqneziumun və xlorun konsentrasi-
yasının nəzarət olunması tələb olunur. Normada qan zərdabında
kaliumun qatılığı - 3,6-5,5 mmol/l, natriumun – 130-150 mmol/l,
kalsiumun – 2,3-2,8 mmol/l, maqneziumun – 0,7-1,1 mmol/l, xlorun
– 90-110 mmol/l arasında tərəddüd edir. Böyrək xəstəlikləri zamanı
onların tərkibi əhəmiyyətli dərəcədə dəyişilir: oliquriya ilə müşayiət
olunan KBÇ, kəskin qlomerulonefritdə, xroniki qlomerulonefritin
kəskinləşməsində, nefrotik sindromda, yarımkəskin (ekstrakapillyar)
qlomerulonefritdə göstərilən maddələrin konsentrasiyası qanda artır,
əksinə poliuriya ilə müşayiət olunan xəstəliklərdə - xroniki pielo-
nefrit, KBÇ-nin poliuriya mərhələsi, XBÇ, ödemlərin getməsi döv-
ründə də, sidikqovucuların tətbiqi zamanı hiponatriemiya, hipokalie-
64
miya, hipoxloremiya müşahidə olunur. Bu zaman itirilmiş kimyəvi
maddələrin yerini doldurmaq üçün bəzi göstəricilər haqda məlumat-
ları bilməyin əhəmiyyəti vardır. Elementlərin kütləsi dalton (D) ilə
ölçülür və 1 dalton 1/12 karbon atomunun kütləsinə bərabərdir. Mə-
sələn, 1 molekula NaCl kütləsi 58,5 daltondur. Millimol hər hansı
maddənin nisbi atom və ya molekula kütləsinə bərabər milliqram ilə
ifadə olunmasıdır. Deməli, 1 molekula NaCl 58,5 D kütləsi olmaqla
həmçinin 1 mmol NaCl 58,5 mq kütləsi vardır.
Böyrəklərin əhəmiyyətli summar funksiyalarından azotifrazedici
funksiyasıdır və bunun köməyi ilə azot mübadiləsinin son məhsulları
– qalıq azot, sidik cövhəri, kreatinin, sidik turşusu, indikan bədəndən
çıxarılır. Böyrəklərin azotifrazedici funksiyası pozulduğu zaman bu
maddələrin səviyyəsi qanda artır və sidik ilə onların ekskresiyası
azalır.
Qalıq azot termini qanda olan zülalların üçxlorsirkə turşusu və ya
başqa maddələrlə çökdürəndən sonra qanda olan bütün zülalsız mad-
dələrin summar miqdarına deyilir. Qalıq azotun 50 %-ini sidik cövhəri
təşkil edir, amma XBÇ-nin yaranması və proqress etməsi prosesində
onun payı 70-90 %-ə qədər arta bilər. Azotifrazetmə funksiyasının
göstəricisi kimi qandakı qalıq azotun təyini az halda istifadə olunur,
çünki onun səviyyəsi çoxlu böyrəkdənxaric faktorlardan asılıdır və
həmçinin onun təyin olunma metodikası mürəkkəbdir. Normada qan-
da qalıq azotun səviyyəsi 14,3-28,6 mmol/l həddində olur.
Böyrəklərin azotifrazedici funksiyasının vəziyyətini qandakı sidik
cövhəri (karbamid) və kreatinin konsentrasiyası müəyyən qədər tam
əhatə edir, çünki karbamidin 90 % və kreatininin hamısı böyrəklər
ilə xaric olunur, qalan 10 % sidik cövhəri bağırsaq ilə xaric olur.
Karbamid qaraciyərdə ammonyakdan sintez olunur. Qaraciyərin
karbamid əmələ gətirmə funksiyasının pozulduğu zaman xəstədə ağır
böyrək çatışmazlığının olmasına baxmayaraq qanda onun səviyyəsi
ya qalxmır, ya da az yüksəlir, odur ki, bunu diqqətdə saxlamaq lazım
gəlir. Digər tərəfdən qaraciyərin normal funksiyası zamanı sidik cöv-
hərinin qandakı qatılığı ekstrarenal faktorlardan asılı olaraq arta
65
bilər: çoxlu ət məhsullarının qəbulu, bədən toxumasının zülallarının
parçalanması (qızdırmalı vəziyyət, kəskin və xroniki irinli proseslər,
şişlər, geniş yanıqlar, travma və s.), orqanizmin su-duz mübadiləsi-
nin pozulması (çoxlu qusma, davamedici ishal, qəbul olunan maye-
nin məhdudlaşdırılması, oliquriya), zülalların katabolizmi ilə gedən
müxtəlif patoloji hallar. Böyrəklərin azotifrazedici funksiyasının sax-
landığı halda ekstrarenal faktorları aradan qaldıran kimi qandakı
yüksəlmiş sidik cövhərinin qatılığı normaya qayıdır. Əgər bundan
sonra karbamidin səviyyəsi normaya qayıtmırsa bu, böyrəyin azotif-
razedici funksiyasının pozulması kimi qiymətləndirilir. Normada
qanda sidik cövhərinin səviyyəsi 2,5-8,33 mmol/l həddində olur.
Böyrək çatışmazlığı zamanı bu göstərici 10-30 mmol/l və daha çox
arta bilər.
Karbamidin qandakı səviyyəsi renal və ekstrarenal səbəblərdən ası-
lı olduğu üçün onun qandakı səviyyəsindən əlavə onun gün ərzində
sidik ilə ekskresiyası da təyin olunmalıdır. Normada gün ərzində sidik
ilə 25-35 q (500 mmol/gün qədər) sidik cövhəri ifraz olunur. XBÇ
zamanı qanda karbamidin yüksək səviyyədə olmasına baxmayaraq
sidikdə onun gün ərzindəki ekskresiya miqdarı azalır, amma ekstrare-
nal səbəblər zamanı karbamidin sidik ilə ekskresiyası azalmır.
Bəzən karbamidin sidikdəki konsentrasiyasının plazmadakı
səviyyəsinə nisbətinin (U/P indeksi) təyin olunmasını tövsiyə edirlər.
Bu göstərici artıq başlanğıc XBÇ zamanı belə azalmağa başlayır.
Böyrəklərin azotifrazedici funksiyasını aşkar etmək üçün qan
plazmasında kreatininin səviyyəsinin təyini xüsusi əhəmiyyət kəsb
edir. Qalıq azotun tərkibinə daxil olan bütün inqridientlərdən kreati-
ninin özünün stabilliyi ilə fərqlənir. Kreatininin qanda səviyyəsi
ekstrarenal səbəblərdən asılı deyil, gün ərzində və uzun müddət də-
yişməz qalır. Normada qan zərdabında kreatininin səviyyəsi 0,088
mmol/l (0,044-0,088 mmol/l), gündəlik sidik ilə 1-2 q ekskresiya
olunur.
Kreatinin əzələlərdə əmələ gəlir, ona görə də onun keçici, yüngül
artması agır fiziki işdən sonra, əzələlərin geniş zədələnməsi baş
66
verməsi, nəticəsində, amma onun yüksək artması ancaq böyrək çatış-
mazlığı zamanı müşahidə olunur. Müxtəlif etiologiyalı kəskin və xro-
niki böyrək çatışmazlığı olan xəstələrdə qan zərdabında kreatininin
konsentrasiyası 2-5 dəfə, hətta daha çox arta bilir. Kreatininin səviyyə-
sinin yüksəlməsi karbamidin səviyyəsinin yüksəlməsindən gec baş
verir və başlanğıc XBÇ zamanı da ləng yüksəlir, amma xəstəliyin ter-
minal mərhələsində sürətlə artır. Bunun əsas səbəblərindən böyrəklər-
dən kreatininin ekskresiyasının azalması ilə yanaşı distrofiyaya uğra-
mış əzələlərdə çox əmələ gəlib qana daxil olmasıdır. Həmçinin bu
zaman kreatinin üçün U/P indeksinin azalması böyrək çatışmazlığının
səviyyəsini qiymətləndirməyə imkan verir. Kreatininin qan zərdabın-
dakı səviyyəsi böyrəyin azotifrazedici funksiyasını daha dəqiq ifadə
etdiyi üçün karbamidin qanda səviyyəsinin təyinindən daha qiymətli
müayinə testi sayılır.
Kreatinin orqanizmdən böyrəklərlə, yumaqcıq filtrasiyası yolu ilə
xaric edilir. Yumaqcıqda filtrasiya olunmuş kreatinin kanalcıqlarda
reabsorbsiya və sekresiya olunmur. Amma bəzi patoloji proseslər
zamanı proksimal kanalcıqların epitelisi kreatinini sekresiya etməyə
başlayır. Məsələn, güclü nefrotik sindrom zamanı sidik ilə
ekskresiya olunan kreatininin 30 % -ə qədəri kanalcıq sekresiyası
yolu ilə baş verir. Kreatininin bu yolla bədəndən çıxarılması XBÇ
zamanı da baş verə bilir.
Sidik turşusu – qalıq azotun komponentlərindən olub, nukleopro-
teidlərin tərkib hissəsi olan purin mübadiləsi nəticəsində əmələ gəlir.
Sağlam insanın qan zərdabında sidik turşusunun səviyyəsi 0,147-
0,472 mmol/l olub, gündəlik sidik ilə ekskresiyası 0,5-1,5 q.-dır.
Kəskin və xroniki böyrək çatışmazlığı zamanı həmişə qanda sidik
turşusunun qatılığı yüksəlir (hiperurikemiya). Sidik turşusunun qan-
da səviyyəsi ancaq böyrək çatışmazlığı zamanı yox, həmçinin ekstra-
renal səbəblərdən də (podaqra, sidik turşusu diatezi, leykozlar, sepsis
və s.) arta bilər.
İndikan qaraciyərdə indolun zərərsizləşdirilməsi nəticəsində sintez
olur. İndol bağırsaqlarda çürümə prosesləri nəticəsində əmələ gəlir.
67
İndikan orqanizmdən ancaq böyrəklərlə ekskresiya olduğu üçün ağır
böyrək çatışmazlığı zamanı onun qan zərdabındakı səviyyəsi 50-100
dəfə artmış olur. İndikan əsasən ağır XBÇ zamanı qanda artdığı üçün
onun böyrək çatışmazlığının erkən diaqnostikasında rolu yoxdur.
Dostları ilə paylaş: |