62
lir, bu da antibiotik və başqa kimyəvi preparatların rasional istifadə
olunmasına kömək edir. Sidikdə bəzi mikroorqanizmlər və vərəm
çöpləri polimeraz zəncirvari reaksiyalarla (PZR) da təyin oluna bilər.
Sidiyin 1 ml-də olan mikrobların sayı, yəni 1 ml sidiyi müvafiq
qidalı mühitə əkdikdə 50 000 – 100 000 mikrob cismi tapılarsa həqi-
qi bakteriuriya adlanır və bunun şübhəsiz diaqnostik əhəmiyyəti var-
dır. 1 ml sidikdə 50 000-dən az mikrob cisminin tapılması yalançı
bakteriuriya adlanır, əksər klinisistlərin fikrinə görə, patoloji əlamət
kimi qiymətləndirilməməlidir, hərçənd ki, bu əlamətin müəyyən
dövrdən sonra təkrarən tapılmasını diqqətsiz qoymaq olmaz və
mütləq sidik yollarının infeksiyasının mümkünlüyünü müzakirə et-
mək lazımdır.
Bakteriuriyanı təyin etmək üçün bakterioskopik üsuldan da
istifadə etmək olar. Kütləvi müayinə apardıqda bakteriuriyanın təyin
olunması üçün kimyəvi üsullardan da istifadə olunur (nitrat testi,
TTX – test, katalaza testi). Bu üsullar bakteriyalar tərəfindən əmələ
gətirilən fermentlərdən bəzi kimyəvi maddələri yaradır və bununla
da sidiyin rəngini dəyişir. Amma başqa üsullarla müqayisədə bu
üsullar yüksək faizdə səhv nəticələr verirlər.
Dostları ilə paylaş: