50
2. Əlavə müayinə üsulları
Laborator və instrumental müayinə üsulları
Sidiyin müayinəsi. Böyrək və sidikçıxarıcı yolların xəstəlikləri-
nin və ümumiyyətlə bütün başqa orqan və sistemlərin
xəstəliklərinin
düzgün diaqnozunun qoyulmasında sidiyin müayinə olunmasının
xüsusi əhəmiyyəti vardır. Müxtəlif xəstəliklər zamanı sidiyin fiziki-
kimyəvi
xassələri, tərkib hissəsi dəyişir və bunların aydındaşdırıl-
ması nəinki bəzi xəstəliklər haqda mühakimə yürütməyə,
hətta mad-
dələr mübadiləsinin bəzi pozğunluqlarının dərəcəsini də təyin etmə-
yə imkan verir.
Sidiyin müayinəsinin nəticəsinin dəqiq olması üçün
onun götü-
rülmə qaydasına riayət etmək lazımdır. Adətən müayinə üçün səhər
duran kimi sidiyi götürmək lazımdır.
Bunun üçün əvvəlcədən xəstə
özünü ilıq su ilə yumalı, sonra isə sidiyin ilk şırnağını buraxmalı və
qabı şırnağın altına qoymalıdır (şırnaq kəsilməmək şərtilə). Belə-
liklə, təmiz qaba yığılan sidik 1-2 saat ərzində laborator müayinədən
keçirilməlidir. Əks halda sidiyin fiziki-kimyəvi
xassələri dəyişər,
formalı elementlər parçalanar və nəticədə cavab dəqiq olmayacaqdır.
Bəzi şübhəli hallarda qadınlardan sidiyi müayinə üçün kateterlə
götürmək lazım gəlir.
Dostları ilə paylaş: