Sidiyin osmotik durulaşdırılması və qatılaşdırılması. Sidiyin əmə-
lə gəlməsində və orqanizmin osmotik homeostazının saxlanmasında
sidiyin osmotik qatılaşdırılması və durulaşdırılmasının mühüm əhə-
miyyəti vardır.
Osmotik homeostazın tənzim olunması, orqanizmin suya və
osmotik aktiv maddələrə olan tələbatından asılı olaraq böyrəklərin
sidiyi qatılaşdırmaq və durulaşdırmaq qabiliyyətinə əsaslanır.
Bədəndə su artıq olduqda (hiperhidratasiya) qan plazmasına nisbətən
hipotonik, tərkibində az osmotik aktiv maddələr olan sidik ifraz
olunur, amma bədən susuzlaşdıqda (dehidratasiya) az miqdarda
hipertonik, tərkibində osmotik aktiv maddələrin qatılığı çox (qan
plazmasına nisbətən 4-5 dəfə) olan sidik ifraz olunur.
Təcrübə heyvanlarında və nefron modelində sübut olunmuşdur ki,
osmotik qatılaşdırma və durulaşdırma sistemi əks-axın, dönmə-artma
(ƏADA) prinsipinə əsasən baş verir. Bu sistemin fəaliyyət gös-
tərməsində böyrək kanalcıqlarının bütün hissələri, böyrəyin beyin
maddəsinin düz damarları və interstisial toxuma iştirak edir. Əks-axın
mexanizmi ondan ibarətdir ki, kanalcıq mayesinin hərəkəti Henle
ilgəyinin enən və qalxan hissəsində əks istiqamətdə baş verir. Bu hal
eyni zamanda beyin maddəsinin düz damarlarında venoz (qalxan) və
arterial (enən) baş verir. Dönmə mexanizmi Henle ilgəyinin dizində
kanalcıq mayesinin əks istiqamət alması üçün baş verir. Qatılaşdırma
artma effekti interstisial toxumada sərhəd zonadan başlayaraq (osmotik
təzyiq 280-300 mosm/l) piramidin zirvəsinə doğru artır və 1200-1500
mosm/l-ə çatır. Bunun nəticəsində vertikal qatılaşdırma qradiyenti yara-
32
nır və buna görə bütün Henle ilgəyinin enən hissəsində su kanalcıqdan
ara toxumaya keçir, kanalcıq mayesinin osmotik konsentrasiyası ilgəyin
dizinə qədər artır. Həmçinin 200 mosm/l bərabər olan horizontal osmo-
tik qradiyent də mövcuddur, yəni horizontal, hər səviyyədə kanalcıq
daxilində hüceyrəarası sahəyə nisbətən osmotik təzyiq 200 mosm/l az
olur. Beləliklə, kanalcıqdaxili maye ilə ara toxuması arasında osmotik
təzyiq fərqi hesabına yaranan osmotik qradiyent sidiyin əmələ gəl-
məsinin bütün mərhələlərində suyun passiv reabsorbsiyasını təmin edir.
ƏADA prinsipinə əsasən sidiyin osmotik qatılaşdırılması və
durulaşdırılması aşağıdakı kimi baş verir. Kanalcığın proksimal
hissəsində su və osmotik aktiv maddələr (əsasən natrium və sidik
cövhəri) elə bir mütənasiblikdə reabsorbsiya olunurlar ki, kanalcıq
mayesinin osmolyarlığı qan plazmasının osmolyarlığına (280-300
mosm/l) bərabər olur (izoosmotik). Sonra maye Henle ilgəyinin enən
hissəsinə keçir ki, onun divarı su üçün keçilən olmasına baxmayaraq,
osmotik aktiv maddələr üçün keçilməz olur. Mayenin kanalcıq ilə
hərəkəti zamanı, böyrəyin qabıq maddəsindən beyin maddəsinə
keçdikcə osmotik qradiyentin artması nəticəsində kanalcıq daxilindən
daha çox su ara toxumaya çıxır. Kanalcıq mayesi tədricən azalır, onun
osmolyarlığı artır, Henle ilgəyinin enən hissəsinin qalxan hissəsinə
keçən döngədə, 1200-1500 mosm/l-ə çatır. Henle ilgəyinin qalxan
hissəsində mayenin axını, interstisial toxumada osmolyarlığın azalma-
sı istiqamətində baş verir. Henle ilgəyinin qalxan hissəsinin divarı su
üçün keçilən olduğuna görə osmotik qradiyentə əsasən ara toxumadan
su kanalcıq daxilinə keçir. Bu hal Henle ilgəyinin yoğun hissəsinə
qədər baş verir. Kanalcığın bu hissəsinin divarı su üçün keçirilməzdir,
amma natriumu keçirir və natrium aktiv reabsorbsiya olunur. Bu
böyrəyin beyin maddəsinin xarici zonasında natriumun qatılığının
artmasına və osmotik qradiyentin yaranmasına və Henle ilgəyinin
enən hissəsində suyun reabsorbsiyasına səbəb olur. Beləliklə, Henle
ilgəyinin qalxan yoğun hissəsində natrium aktiv reabsorbsiya olunur,
su isə reabsorbsiya olunmur; distal kanalcığa həmişə (hətta orqa-
33
nizmdə su çatışmadıqda belə) osmotik qatılığı 200 mosm/l olan hipo-
tonik maye (sidik) daxil olur.
Sidik yaranması prosesinin sonrakı gedişi bu qaydada gedir.
Orqanizmdə su çatışmadıqda (antidiurez) antidiuretik hormonun
(ADH) sekresiyası artır, onun təsirindən distal kanalcıqların və yığıcı
boruların su üçün keçiriciliyi artır, su osmotik qradiyent ilə
interstisial toxumaya keçir. Kanalcıqdaxili mayenin yığıcı borularla
beyin maddəsi ilə piramidin zirvəsinə tərəf hərəkəti nəticəsində
sidiyin qatılaşması davam edir. Nəticədə tərkibində osmotik aktiv
maddələrin miqdarı çox, osmolyarlığı piramidlərin zirvəsində
interstisial toxuma mayesinə bərabər, yəni 1200-1500 mosm/l olan
az miqdarda sidik xaric olur. Bədəndə su çox olanda (su diurezi)
ADH sekresiyası azalır, ya tam kəsilir, nəticədə distal kanalcıq və
yığıcı borucuqların suyu keçirmək qabiliyyəti ya azalır, ya da tam
kəsilir və o reabsorbsiya olunmur. Natrium isə distal kanalcıq və
yığıcı borucuqlardan reabsorbsiya olunur. Nəticədə çoxlu miqdarda
hipoosmolyar sidik (osmotik aktiv maddələrin qatılığı az – təxminən
400-500 mosm/l) ifraz olunur.
Qeyd etmək lazımdır ki, sidiyin osmotik qatılaşdırılmasında
natrium ionlarından başqa sidik cövhəri də əhəmiyyətli rol oynayır.
Əgər böyrəyin beyin maddəsinin xarici zonasında osmotik təzyiq
natrium hesabına artırsa, daxili zonada natriumdan əlavə sidik
cövhərinin də əhəmiyyətli rolu vardır. Bu prosesdə ADH da iştirak
edir, çünki beyin maddənin daxili zonasında yığıcı borucuqların
divarının sidik cövhəri üçün keçiriciliyi bu hormonun təsiri ilə artır.
Orqanizmdə suyun qıtlığı ADH sekresiyasını artırır, nəticədə
beyin maddənin daxili qatında yığıcı borucuqların sidik cövhəri üçün
keçiriciliyi artır və sidik cövhərinin reabsorbsiyası burada artır, bu da
interstisial toxumanın osmotik təzyiqini artırır və suyun yığıcı
borucuqlarda çoxlu reabsorbsiyasına səbəb olur. Beyin maddədən
sidik cövhəri diffuziya yolu ilə Henle ilgəyinin qalxan nazik
hissəsinin daxilinə keçir və kanalcıqdaxili maye ilə distal kanalcığa
və yığıcı borucuğa çatır. Orqanizmin hiperhidratasiyası zamanı ADH
34
sekresiyası azalır və ya tam kəsilir, nəticədə yığıcı borucuqların sidik
cövhəri üçün keçiriciliyi azalır və onun reabsorbsiyası ya azalır, ya
da tam kəsilir. Bu daxili beyin zonasında interstisial toxumada
osmotik təzyiqin azalmasına səbəb olur, su az reabsorbsiya olur,
çoxlu hipoosmolyar sidik ifraz olur. Böyrəyin beyin maddəsinin düz
damarları Henle ilgəyinin enən və qalxan hissələri kimi əks-axın
sistemi təşkil edir. Qanın enən düz damar ilə piramidin zirvəsinə
hərəkəti zamanı suyun sorulması və osmotik qatılığın artması baş
verir. Qanın piramidin məməciyindən böyrəyin qabıq maddəsinə
tərəf hərəkəti zamanı ara toxumaya duzlar və başqa osmotik aktiv
maddələr (sidik cövhəri) çıxır və damar daxilinə su keçir (Henle
ilgəyində olduğu kimi).
Böyrəyin sidiyin osmotik qatılaşdırılması qabiliyyəti ƏADA-nın
hər hansı komponentinin pozulması nəticəsində baş verə bilər,
məsələn, düz damarlarda qanın hərəkət sürətinin artması və ya
kanalcıq mayesinin nefron ilə hərəkət sürətinin artması. Sidiyin osmo-
tik qatılaşdırılmasının pozulması anadangəlmə və qazanılmış patoloji
hallarda baş verə bilər. Məsələn, ailəvi şəkərsiz diabet zamanı proksi-
mal kanalcığın gödək olması nəticəsində, onların suyu lazımi qədər
reabsorbsiya edə bilməməsi nəticəsində; şəkərsiz diabetdə ADH-nın
az olması nəticəsində distal kanalcıqlarda və yığıcı borucuqlarda su-
yun az reabsorbsiya olması; böyrək mənşəli şəkərsiz diabetdə – ADH
normal sekresiya olmasına baxmayaraq kanalcığın ona reaksiyası
olmur; XBÇ zamanı fəaliyyət göstərən nefronların miqdarının azal-
ması nəticəsində beyin maddəsində lazımi yüksək osmotik təzyiq
yarana bilmədiyi üçün, pielonefritdə – iltihabi proses nəticəsində və
yığıcı borucuqların divarının qalınlaşması, beyin maddəsində osmotik
aktiv maddələrin lazımi səviyyəsi yarana bilmədiyi üçün normal sidik
əmələgəlmə prosesi pozulur.
Sidiyin osmotik qatılaşdırılması və durulaşdırılması mexanizmi-
nin müasir təqdimatını nəzərə alaraq müxtəlif sidikqovucu dərman-
ların təsiri və onların yaratdığı osmotik diurez öz inandırıcı izahını
tapmışdır.
35
Osmotik diurez yumaqcıq filtrasiyasından sonra kanalcıqlardan
normal miqdarda daxil olan osmotik aktiv maddələrin kanalcıq-
lardan reabsorbsiyasının azalması və ya yumaqcıq filtrasiyasından
sonra kanalcıqlara artıq miqdarda daxil olan osmotik aktiv
maddələrin kanalcıq tərəfindən tam reabsorbsiya oluna bilməməsi
nəticəsində baş verir. Osmotik aktiv maddələrin qatılığının kanalcıq
mayesində artması nəticəsində proksimal kanalcıqda suyun
reabsorbsiyası azalır, Henle ilgəyi və distal kanalcıq mayesinin
miqdarı və sürəti artır. Bu öz növbəsində osmotik qradiyentin
yaranmasına mane olur və bu səbəbdən suyun distal kanalcıqlarda
və yığıcı borucuqlarda fakultətiv reabsorbsiyası azalır, hiperhidra-
tasiya zamanı baş verən su diurezi kimi vəziyyət yaranır. Amma su
diurezi zamanı suyun reabsorbsiyasının azalması ADH-nın azalma-
sından baş verir. Osmotik diurezdə isə ADH lazımi miqdarda və
hətta çox sekresiya olunur, (suyun artıq miqdarda çıxarılması orqa-
nizmin dehidratasiyasına səbəb olur) ona görə distal kanalcıqların
və yığıcı borucuqların keçiriciliyi saxlanmış olur. Amma beyin
toxuması osmotik aktiv maddələrin yüksək qatılığını əmələ gətirə
bilməməsi nəticəsində suyun burada reabsorbsiyası ya baş vermir,
ya da azalır. Natriumun reabsorbsiyası pozulmur, ona görə
tərkibində osmotik aktiv maddələrin miqdarı az olan çoxlu sidik
ifraz olunur.
Osmotik diuretiklər (mannitol, sidik cövhəri, 40%-li qlyukoza
məhlulu, albumin və b.) bu mexanizm əsasında təsir edirlər. Salure-
tiklərin yeridilməsi zamanı baş verən osmotik diurez nefronun
müxtəlif səviyyəsində osmotik aktiv maddələrin konsentrasiyasının
qan plazmasında və yumaqcıq filtratında normal olmasına baxma-
yaraq natriumun reabsorbsiyasının blokadası nəticəsində baş verir.
Beləliklə, tiazidlər natriumun reabsorbsiyasını kanalcıqların proksi-
mal hissəsində blokada edir, laziks (furosemid), uregit – nəinki
proksimal kanalcıqlarda, hətta Henle ilgəyinin qalxan, yoğun hissə-
sində belə natriumun reabsorbsiyasını blokada edirlər. Reab-
sorbsiya olunmayan natrium kanalcığın mənfəzində suyu saxlayır
36
və onun proksimal kanalcıqlarda obliqat reabsorbsiyasını, distal
kanalcıqlarda fakultətiv reabsorbsiyasını azaldır, bu da diurezin
artmasına səbəb olur.
Dostları ilə paylaş: |