85
Milli ədəbiyyat
105
illiyi
Mehdi Hüseyn
1909-1965
MART
Mehdi Əli oğlu Hüseynov 1909-cu
il mart ayının 22-də Qazax mahalının
Şıxlı kəndində anadan olmuşdur. Mehdi
ilk təhsilini doğma kəndində almış, son-
ra Qazax seminariyasında oxumuşdur.
Ədəbi yaradıcılığa seminariyanın ikin-
ci kursunda oxuyarkən başlayan Mehdi
Hüseynin kiçik həcmli ilk məqalələri
Tiflisdə çıxan “Yeni fikir” qəzetində çap
edilmişdir. Lakin “Qoyun qırxımı” adlı
ilk hekayəsi 1927-ci ildə “Şərq qadını”
jurnalında dərc olunmuşdur. Ailəliklə
Bakıya köçdükdən sonra təhsilini pay-
taxtda davam etdirən Mehdi Hüseyn
Bakı Pedaqoji Texnikumunu bitirmiş-
dir. Texnikumda görkəmli Azərbaycan
yazıçısı Abdulla Şaiqdən dərs almışdır.
Bakı ədəbi mühiti Mehdi Hüseynin
yazıçı kimi formalaşmasında böyük rol
oynamışdır. 1926-cı ildə o, ADU-nun
pedaqoji fakültəsində təhsilini tamam-
lamışdır. 1938-ci ildə isə Moskvada
Dövlət Kinematoqrafiya İnstitutu ya-
nında akademiya tipli kinossenarist kur-
sunu bitirmişdir. Azərbaycan Proletar
Yazıçıları Cəmiyyətinin məsul katibi,
1930-1934-cü illərdə Azərbaycan Yazı-
çıları İttifaqı Təşkilat Komitəsinin məsul
katibi, 1954-1958-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqı idarə Heyətinin kati-
bi, sonra birinci katibi, 1958-1965-ci
illərdə Ümumittifaq Yazıçılar İttifaqı
idarə Heyətini katibi olmuşdur.
1947-ci ilin sonunda Mehdi Hüseynin
“İnqilab və mədəniyyət” jurnalında çap
edilən “Abşeron” romanı ədəbi hadisəyə
çevrilmiş, bu romana görə müəllif 1950-
ci ildə “Dövlət mükafatı”na layiq görül-
müşdü. Əsər rus, ingilis, fransız, alman,
polyak, ərəb, hind, çin, bolqar, macar,
rumın və başqa dillərə tərcümə edilmiş,
haqqında nəinki yerli, eləcə də dünya
mətbuatında məqalələr dərc olunmuş-
dur.
Mehdi Hüseyn dramaturq kimi də
tanınmış, dram yaradıcılığına “Şöhrət”
(1939) pyesi ilə başlamışdır. “Niza-
mi” (1942) və “Cavanşir” (1957) ta-
rixi dramlarında Azərbaycan xalqının
vətənpərvərliyi, qəhrəmanlıq ənənələri
əks olunmuşdur. “Alov”, “İntizar”
(1944, İlyas Əfəndiyevlə birgə), “Şa-
mil” (1940-1941) və “Qardaşlar”
(1948) pyesləri, habelə xatirələri, yol
qeydləri (“Bir ay və bir gün”, 1963),
gündəlikləri var. Mehdi Hüseyn həm də
kinossenarist idi. “Şair” (1939), “Fətəli
xan” (1947, Ə.Məmmədxanlı ilə birgə),
“Səhər” (1958), “Qara daşlar” (1958)
kinossenarilərinin müəllifidir.
Qırmızı Əmək Bayrağı ordeni və
medallarla təltif olunmuş, 1964-cü ildə
isə “Xalq yazıçısı” fəxri adına layiq gö-
rülmüşdür.
Görkəmli yazıçı Mehdi Hüseyn
1965-ci il mart ayının 10-da vəfat et-
miş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Bakı küçələrindən birinə onun adı veril-
miş, Qazax rayonunda məktəb və sov-
xoz yazıçının adını daşıyır.
Dostları ilə paylaş: