KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə25/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   21   22   23   24   25   26   27   28   ...   111
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


31 
 
 
AĢur ƏLĠYEV  
tarix üzrə fəlsəfə doktoru, dosent 
 
                                    
AZƏRBƏYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASININ 
MƏRKƏZĠ ELMĠ KĠTABXANASININ ġƏRQ ƏDƏBĠYYATI 
FONDUNUN FORMALAġMASI ĠSTĠQAMƏTLƏRĠ VƏ 
PRSPEKTĠVLƏRĠ 
 
Açar sözlər:Kitabxana fondu, Cəmiyyət kitabxanaları, Şərq ədəbiyyatı fondu, 
Fondunun formalaşmasi istiqamətləri 
Ключевые  слова:
 
Библиотечный  фонд,  Публичных  библиотек, 
Восточная литература фонд, Фонд Формирование 
Keywords:
 
Library  Fund,  Public  Libraries,  East  Literature  Fund,  Fund  of 
CREATION 
 
XXl  əsr  qlobal  informasiya  mühüti  Azərbaycanda  kitabxana  işinin 
inkişafında  yeni  meyyarların  formalaşdırılmış  moderin  informasiyalaşdırma 
imkanlarının  təmin  edilməsini  və  gücləndirilməsini  tələb  edir.Məhz  dünyada 
qlobal problemə  çevrilən əhalinin informasiya təminatı ölkəmiz üçün bu gün 
aktuallıq kəsb edir. 
Müasir  dövrdə  əhalinin  xüsusilə,  mütəxəssis  oxucuların    informasiya 
tələbatının 
ödənilməsində 
kitabxanaların 
rolu 
əvəzedilməzdir. 
Respublikamızda  savadlı  əhalinin,  mütəxəssis  oxucuların,  alimlərin 
informasiya tələbatının ödənilməsində Az.MEA-nın Mərkəzi Elmi kitabxanası 
müstəsna əhəmiyyətə malikdir. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanası 
Respublikada  milli  və  dünya  əhəmiyyətli  elmi  nəşrlərin  zəngin  fondlarına 
malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Mərkəzi Elmi 
Kitabxana  (MEK)  Milli  Elmlər  Akademiyasının  struktur  bölməsi  olub, 
kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq,  kitab  tarixi  və  informasiyalaşdırma 
sahəsində  fəaliyyət  göstərir.  Akademiya  sistemində  araşdırılan  bütün 
kompleks  və  sahəvi  problemlər  üzrə  ixtisaslaşdırılmış  məlumat-informasiya 
mərkəzi, respublika miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. 
Mərkəzi 
Elmi 
Kitabxana 
Azərbaycanın 
görkəmli  ziyalıları 
N.Nərimanov,  Ə.Haqverdiyev,  T.Şahbazi,  H.Zeynallı  və  başqalarının 
təşəbbüsü  və  yaxından  köməyi  ilə  Azərbaycanın  təbii  sərvətlərini, 
iqtisadiyyatını,  tarixini,  fəlsəfəsini,  ədəbiyyat  və  incəsənətini  və  s.  öyrənmək 
məqsədi  ilə  1923-cü  ildə  təşkil  edilmiş  "Azərbaycan  Tədqiq  və  Tətəbbö 
Cəmiyyəti"nin  əsasında  1924-cü  ildə  yaradılmışdır.  Azərbaycanın  eləcə  də, 


32 
 
qonşu  regionların  tarixi,  arxeologiyası,  etnoqrafiyası,  təbii  sərvətləri,  elm  və 
mədəniyyətinin  öyrənilməsində  mühüm  xidmətləri  olmuş  həmin  Cəmiyyətin 
nəzdində 
görkəmli  ədəbiyyatşünas-biblioqraf  professor  A.V.Baqrinin 
rəhbərliyi  ilə  təsis  edilmiş  "Biblioqrafiya  bürosu"  (1924)  MEK-nın  təşəkkülü 
üçün  ilkin  baza  olmuşdur.  Cəmiyyətin  ilk  iclaslarının  birində  kitabxananın 
yaradılması haqqında qərar qəbul edilir və cəmiyyətin nəzdində elmi kitabxana 
fəaliyyətə başlayır. 1925-ci  il avqustun 9-da  "Azərbaycan Tədqiq  və  Tətəbbö 
Cəmiyyəti"nin  Mərkəzi  Şurasının  iclasında  "Biblioqrafiya  bürosu"  əvəzinə 
"Kitabxana-Biblioqrafiya  bürosu"  təsis  edilir.  Bu  dövrdə  Azərbaycan 
ölkəşünaslıq  materiallarının  toplanması  sahəsində  iş  geniş  vüsət  alır.  Elmi 
tədqiqat  işlərinin  aparılması  üçün  zəruri  olan  informasiya  bazası  tədricən 
formalaşmağa  başlayır.  1926-cı  ildə  kitabxanada  ilk  oxu  zalı  istifadəyə 
verilir.1929-cu  ildə  "Azərbaycan  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti"  bazasında 
Respublikası  Mərkəzi  icraiyyə  Komitəsi  nəzdində  Azərbaycan  Dövlət  Elmi 
Tədqiqat  İnstitutu  təşkil  edilir.  1933-cü  ildə  həmin  Elmi  Tədqiqat  Institutu 
əsasında SSRİ EA  Zaqafqaziya filialının  Azərbaycan bölməsinin  yaradılması 
haqqında qərar qəbul edilir. Kitabxana 1934-cü ildə keçmiş sovet məkanındakı 
respublikalarla,  eyni  zamanda  ABŞ,  Fransa,  İsveç,  İngiltərə  və  s.  xarici 
ölkələrlə  mübadilə  əlaqələri  də  yarada  bilmişdir.  Kitabxana  biblioqrafik 
fəaliyyətini  genişləndirərək  elmi-tədqiqat  planlarına  müvafiq  olaraq  "Xəzər 
dənizi  və  hövzəsinin  biblioqrafiyası",  "Azərbaycan  haqqında  ədəbiyyatın 
biblioqrafiyası",  "Azərbaycanda  türk  mətbuatı"  kimi  göstəricilər  nəşr  etdi. 
1935-ci  ildə  SSRİ  EA  Zaqafqaziya  filialının  Azərbaycan  bölməsi  SSRİ  EA 
Azərbaycan filialına çevrilir. 1935-1940-cı illər ərzində tədqiqat institutlarının 
nəzdində  18  ixtisaslaşdırılmış  (Zoologiya,  Botanika,  Kimya,  Fizika  və  s.) 
kitabxanalar  fəaliyyətə  başlayır  ki,  bunların  da  fəaliyyətinə  MEK  rəhbərlik 
edirdi. 
MEK-nın 
özünün  inkişafında  ilk  direktorları  A.V.Borev, 
S.M.Yəhyazadənin  adı  xüsusilə  qeyd  olunmalıdır.  İkinci  dünya  müharibəsi 
illərində  bütün  məhdudiyyətlərə  baxmayaraq  kitabxana  öz  fəaliyyətini 
dayandırmamış,  cəbhəyə  kömək  məqsədi  ilə  aparılan  elmi-tədqiqatlara 
operativ 
şəkildə 
kömək 
etməyə 
səy 
göstərmişdi.  
  
1945-ci ildən Kitabxana özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. 
SSR  EA  Azərbaycan  filialı,  müstəqil  Azərbaycan    Respublikasi  Elmlər 
Akademiyasına  çevrilir.  Kitabxanaya  bütün  sovet  məkanında  çap  olunmuş 
ədəbiyyatın  pullu  məcburi  nüsxəsini  almaq  səlahiyyəti  verilir.  1951-ci  ildə 
Azərbaycan  EA  Rəyasət  Heyətinin  qərarı  ilə  ETI-ları  kitabxana  şəbəkəsinin 
fəaliyyətini  əlaqələndirilmək  və  onlara  rəhbərlik  etmək  məqsədilə  Kitabxana 
Şurası  yaradılır.  Şuranın  tərkibinə  Azərbaycanın  görkəmli  alimlərindən: 
A.İ.Qarayev,  M.F.Nağıyeva,  S.A.Əzizbəyov,  F.A.Məlikov,  Q.A.Əlizadə, 
V.R.Volobuyev  və  kitabxananın  o  zamankı  direktoru  Y.İ.Tahirov  daxil  idi. 
Şura  üzvləri  MEK  və  şəbəkə  kitabxanalarının  fəaliyyətinə  -  fondların 


33 
 
komplektləşdirilməsi,  biblioqrafik  göstəricilərin  nəşri,  oxuculara  xidmət 
mədəniyyətinin  yüksəldilməsi  və  s.  məsələlərə  nəzarət  edirdi.  Bu  dövrdə 
kitabxananın fondlarının ümumi sayı 500 000 nüsxə idi. 1952-ci il iyul ayının 
13-də  SSRi  Baş  Mətbuat  idarəsinin  göstərişi  və  EA  Rəyasət  Heyətinin 
sərəncamı ilə kitabxanada ədəbiyyatın Xüsusi Mühafizə Fondu təşkil edildi ki, 
buraya  1937-38-ci  ildə  güllələnmiş  Ə.Cavad,  S.Mümtaz,  M.Müşfiq,  Ədilə 
xanım Şahtaxtinskaya, M.Şahsuvarlı, İbrahim Eminbəyli və başqa 171 nəfərin 
8152  nüsxə  kitabı  verilmişdir.  SSRİ  Baş  Mətbuat  İdarəsinin  1990-cı  il  10 
yanvar  tarixli  sərəncamı  ilə  Kitabxananın  Xüsusi  mühafizə  Fondunda 
saxlanılan  ədəbiyyat  oxucuların  sərbəst  istifadəsinə  verildi.  MEK  1993-cü 
ildən  İFLA-nın  Beynəlxalq  Kitabxana  Assosiasiyaları  Federasiyasının 
üzvüdür.  MEK  1998-ci  ildən  "Kitabxanalar  və  Assosiasiyalar  dəyişən 
dünyada"  Beynəlxalq  Krım  konfransının  iştirakçısıdır.  1998-99-cu  illərdə 
MEK-da  "Nadir  və  xüsusi  qiymətli  nəşrlər",  "Nəşriyyat"  və  "Elmi  kütləvi 
işlər" şöbələri təsis  edilmişdir. 
 
1999-cu  ildən  MEK  ABŞ  Səfirliyinin  Tədris  və  İnformasiya  mərkəzi 
ilə  əməkdaşlıq  edir.  2000-ci  ilin  dekabr  ayında  Soros  Fondu  Açıq  Cəmiyyət 
Institutunun qrantı hesabına alınmış kompüter avadanlıqları ilə təchiz edilmiş 
Kitabxana  proseslərinin  avtomatlaşdırılması  şöbəsi  fəaliyyətə  başlamışdır. 
Azərbaycan Respublikasının  Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı 
ilə  təsdiq  edilmiş  AMEA  Nizamnaməsinin  5-ci  maddəsinin  54-cü  bəndinə 
əsasən  MEK  elmi  status  almışdır.  Bununla  bağlı  AMEA  elmi-tədqiqat 
institutlarında olduğu kimi, MEK-da da Elmi Şura təşkil edilmiş və bu, AMEA 
Rəyasət  Heyəti  tərəfindən  təsdiq  edilmişdir.  Kitabxanada  bu  yöndə  əsaslı 
struktur  dəyişiklikləri  olmuş,  bilavasitə  elmi  tədqiqatlarla  məşğul  olan  yeni 
şöbələr  yaradılmışdır.  Bu  dövrdən  elmi  işlərinin  artması  Elmi-Tədqiqat 
institutları nəzdində də xüsusi elmi kitabxanaların təşkil edilməsini zəruri etdi.       
MEA  Mərkəzi  Elmi  Kitabxanasının  fonduna  Nizaminin,  Xəqaninin, 
Xosrov  Dəhləvinin,  Abbasağa  Nəzirinin,  Qarabağ  şairlərinin,  «Məclisi-üns» 
iştirakçılarının  da  bəzi  əsərləri  və  onların  əsərlərinin  qədim  siyahıları  da 
toplanmışdır.  Toplanmış  bu  ədəbiyyat  Əsaslı  kitabxanada  Şərq  Ədəbiyyatı 
Fondunun yaranması üçün baza hesab oluna bilər. 
MEK-nın ən qiymətli şöbələrindən biri Şərq şöbəsi idi. Bu şöbə 1933-
cü ildə təşkil edilmişdi. Həmin şöbədə Şərq xalqlarının dilində nadir  tapılan 
15.000-dən artıq çox qiymətli ədəbiyyat toplanmışdır.  Bu kitabların içərisində 
XVIII-XIX    əsrlərdə  İstanbul,  Tehran,  Təbriz,  Qahirə  və  s.  şəhərlərdə 
litoqrafiya üsulu ilə çap edilmiş kitablar, 100-dən artıq isə əksəriyyəti XV-XVI 
əsrlərə  aid  olan  ən  qiymətli  əlyazmaları  var  idi.    Şöbə  Azərbaycan 
klassiklərindən  M.F.Axundovun,  A.Bakıxanovun,  C.Məmmədquluzadənin 
şəxsi  kitabxanalarını  almış,  Nizaminin,  Füzulinin  yeni  əlyazmaları  əldə 
etmişdir.(1, s.75) 


34 
 
Kitab  fondunun  unversal  xarakter  daşıması  kitabxanada  müxtəlif 
sahələr  üzrə  şöbələrin  yaradılmasına  səbəb  olmuşdur.  Ümumiyyətlə, 
Kitabxanada  15  şöbə  fəaliyyət  göstərirdi  ki,  onlardan  biri  də  1959-cu  ildən 
fəaliyyətə başlayan Şərq ədəbiyyatı Fondu idi.(9) 
MEK.nın  Şərq  ədəbiyyatı  fondu  yaradılarkən  onun  tərkibinə  şərq 
dillərində  cəmi  300  nüsxə  ədəbiyyat  toplanmışdır.  Həmin  dövrdə  bu  fondun 
xeyli hissəsini  ərəb,fars  və  türk dillərində  olan kitab, jurnal  və  qəzetlər təşkil 
edirdi. Hazırda fond Şərq ölkələrindən mübadilə yolu ilə  alınan  ədəbiyyatla 
zənginləşdirilir.(7, s.46) 
Qeyd  etmək  lazımdır  ki,  bu  fondun  yaradılması  1958-ci  ildə  EA-da 
Şərqşünaslıq İnstitutunun açılması ilə əlaqədardır . Çünki, məhz bu ildən sonra 
böyük  kitabxanaların  çoxunda  Şərq  ədəbiyyatı  şöbələri  açılmağa  başlandı. 
Həm Azərbaycanın yerləşdiyi ərazi, həm də Azərbaycan xalqının İran, Türkiyə 
və  Ərəb  ölkələri  ilə  tarixən  və  mədəni  cəhətdən  yaxın  olması,  həmçinin 
Azərbaycan  alimlərinin  Şərq  ölkələrinin  aktual  problemləri  ilə  məşğul 
olmaları  belə  bir  institututun  yaradılmasına  zəmin  yaratmışdır.  Bunu  nəzərə 
alaraq,  EA-nın  Rəyasət  Heyəti  1959-cu  ilin  əvvələrində  Azərb.  SSR  EA-nın 
Mərkəzi  kitabxanasında  Şərq  ədəbiyyatı  fondunun  təşkilinə  başladı. 
Kitabxanada  toplanmış  bütün  Şərq  dillərində  olan  ədəbiyyat  bu  fondun 
tərkibinə  verildi  və  bu  fond  Şərqşünaslıq  İnstitutunun  elmi-tədqiqat  işlərinin 
planına uyğun müvafiq ədəbiyyatla komplekləşdirilməyə başlandı. 
1958-ci ildən 1975-ci ilə qədər bugünkü Şərq ədəbiyyatı şöbəsi, Xarici 
komplektləşdirmə  və  beynəlxalq  kitab  mübadiləsi  bölməsinin  bazasında  Şərq 
ədəbiyyatının  komplektləşdirməsi  bölməsi  adlanmış  və  öz  fəaliyyətini  bölmə 
olaraq  icra  etmişdir.  1976-cı  ildən  isə  bu  bölmə  Azərbaycan  SSR  EA-nın 
Əsaslı  kitabxanasının  Elmi  Metodiki  Şurasının  qərarı  ilə  müstəqil  bir  şöbə 
kimi  formalaşdırılıb  və  Şərq  ədəbiyyatı  şöbəsi  adlandırılmışdır.  Uzun-uzun 
illər  damla-damla  yığılmış  ən  qiymətli  milli  sərvətimizin  bir  hissəsi  olan 
AMEA-nın  MEK  və  Kitabxananın  Şərq  Ədəbiyyatı  şöbəsinin  və  fondunun 
mövcudluğu  sayəsində  tarix,  fəlsəfə,  dil  və  ədəbiyyat,  şərqşünaslıq,  ilahiyyat 
və  s.  elm  sahələrinə  aid  yazılan  yüzlərlə  samballı  tədqiqat  əsərləri  kitab 
xəzinəsinə  daxil  olmuşdur.  Şərq  Ədəbiyyatı  şöbəsində  şərq  dillərində 
ədəbiyyatın  komplektləşdirilməsi,  elmi  işlənməsi,  elmi  sistemləşdirilməsi, 
elmi  redaktəsi  məlumat-biblioqrafiya  aparatının  təşkili  və  aparılması  kimi  iş 
növləri müvəffəqiyyətlə həyata keçirilir. 
1970-80-ci  illərdə  kitabxananın  fəaliyyətində  baş  verən  müsbət 
keyfiyyətlərdən  biri  də  beynəlxalq  kitab  mübadiləsinin  təşkili  olmuşdur. 
Kitabxana    zəngin  və  məzmunlu  mübadilə  fondu  yaratmağa  müvəffəq 
olmuşdu  ki,  bu  da  respublikamızın  kitab  sərvətini  dünyanın  ən  böyük 
kitabxanalarına  göndərməyə  imkan  yaratmışdı.  Belə  ki,  70-ci  illərin 
axırlarında  kitabxana  dünyanın  50  ölkəsinin  570  müəssisəsi  ilə  kitab 


35 
 
mübadiləsi edirdi.Bunların arasında 28 elmlər akademiyası, 120 universitet və 
institut, 29 milli kitabxana, 209 kitab ticarəti müəssisəsi, 23 nəşriyyat və firma, 
27  muzey  və  başqa  müəssisələr  var  idi.1984-cü  ildə  Mərkəzi  Elmi 
Kitabxanaya  10.615  nüsxə  xarici  nəşr  daxil  olmuşdu.  Kitabxana 
respublikamızda ən çox dövri nəşrlər, xüsusilə elmi, elmi-texniki jurnallar alan 
müəssisə  idi.  Təkcə  1984-cü  ildə  kitabxana  1.246  adda  xarici  jurnal 
alıb.Kitabxananın  dövri  mətbuat və  jurnal  fondu respublika  alimlərinə dünya 
elminin  son  nailiyyətləri  ilə  tanış  olmaq  imkanı  verirdi  ki,  bu  da  elmi 
ictimaiyyət  tərəfindən  çox  yüksək  qiymətləndirilirdi.  Kitabxananın  xarici 
ədəbiyyat  fondunun  ardıcıl  olaraq  komplektləşdirilməsi  nəticəsində  bu  fond 
respublikanın kitabxanaları içərisində ən böyük fonda çevrilmişdi. 1986-cı ildə 
bu  fonda  1  milyon  nüsxədən  artıq  ədəbiyyat  toplanmışdır.(6,  s.102)  Qeyd 
etmək lazımdır ki, xaricdən alınan kitabların xeyli qismi də şərq ədəbiyyatına 
aid  olmuşdur.  Bu  səbəbdən  də  beynəlxalq  kitab  mübadiləsi  Şərq  ədəbiyyatı 
fondunun formalaşmasında mühüm rol oynayır. 
Beynəlxalq  əməkdaşlıq  nəticəsində  kitabxana  bir  sıra  nüfuzlu 
təşkilatların, 
o  cümlədən  1998-ci  ildə  Beynəlxalq  Kitabxanaçılıq 
Assosiasiyaları Federasiyasının (İFLA), Avrasiya Kitabxana Assambleyasının, 
Beynəlxalq  Elmlər  Akademiyaları  Assosiasiyası  Direktorlar  Şurasının, 
Zaqafqaziya  İnformasiya  Mütəxəssisləri  Assosiasiyasının  və  s.  Üzvlüyünə 
qəbul  edilmişdir. Belə  bir qənaətə  gəlmək olar ki, nəşriyyat  və  mətbəələrdən, 
ayrı-ayrı kitab müəlliflərindən, humanitar təşkilatlardan hədiyyələrin alınması 
beynəlxalq kitab mübadiləsi hesabına və ―Kitabxana işi haqqında‖ Azərbaycan 
Respublikasının  Qanununa  əsasən  məcburi  nüsxələrin  alınması  kitabxananın  
komplektləşdirilməsi  problemini qismən də olsa həll etmiş oldu.(5, s.42) 
Beynəlxalq kitab mübadiləsi nəticəsində 2006-cı ildə kitabxanaya 4010 
nüsxə ədəbiyyat alınmışdır. Eyni zamanda Şərq ölkələrinə 330 nüsxə ,  Qərbi 
Avropa  ölkələrinə  914  nüsxə,  MDB  ölkələrinə  1514  nüsxə  ədəbiyyat 
göndərilmişdir.  2008-ci  ildə  isə  beynəlxalq  kitab  mübadiləsi  vasitəsilə  4073 
nüsxə  ədəbiyyat  alınmışdır.  Eyni  zamanda  Şərq  ölkələrinə  666  nüsxə,  Qərbi 
Avropa  ölkələrinə  344  nüsxə,  MDB  ölkələrinə  724  nüsxə  ədəbiyyat 
göndərilmişdir.(5, s. 48)  
Müstəqilliyin bərpasından sonra ölkənin digər kitabxanaları kimi MEK 
da  öz  xidmət  işini  yeni  şəraitə  uyğun  tələblər  əsasında  qurmağa  başlamışdır. 
Belə  ki,  beynəlxalq  əməkdaşlıq  nəticəsində  kitabxana  bir  sıra  nüfuzlu 
təşlikatların  üzvlüyünə  qəbul  edilmişdi.  Kitabxanada    ―Kitabxana  işinin 
avtomatlaşdırılması‖ şıbəsi  yaradılmışdır.  2003-cü ildən  İRBİR-in  tətbiqi  ilə 
məşğul olmağa başlanılmışdır. Kitabxanada ―MEK-da kitabxana-biblioqrafiya 
proseslərinin  avtomatlaşdırılmasının  əsas  istiqamətlərinin  təxmini  planı‖ 
hazırlanmışdır.  Bunlar:  komplektləşdirmə  istiqamətində,  elektron  kataloqun 
yaradılması  istiqamətində,  oxuculara  kitabxana  xidməti  istiqamətində, 


36 
 
Beynəlxalq Kitab Mübadiləsi istiqamətindən ibarət olmuşdur. 
Şöbə  Şərq  ölkələrindən  mübadilə  yolu  ilə  aldığı  ədəbiyyatın 
komplektləşdirilməsi,  təsviri  və  sistemləşdirilməsi, redaktəsi,   şərq  dillərində 
əlifba,  sistemli,  kitab  adlarının  göstəricisinə  görə  və  xidmət  kataloqlarının 
tərtibi  və  redaktəsi  üzrə  işlərin  təşkili,  məlumat-biblioqrafiya  bülletenlərinin 
ildə  2  nömrəsinin  hazırlanması,  çap  edilməsi,  şöbəyə  daxil  olan  jurnalların 
qeydiyyatı,  jurnal  məqalələrinin  təsviri,  mövzu  sərgilərinin  təşkilində  iştirak 
etmək, şərq   ədəbiyyatı fondundan oxuculara yüksək səviyyəli xidmət,  şifahi 
və  yazılı  arayışların  tərtibi,  dövrü  mətbuatın  qeydiyyatı,  ərəb,  fars,  türk, 
Azərbaycan  dillərində  ərəb  əlifbası  ilə  alınan  ədəbiyyatın  aktlaşdırılması, 
mikrofilmlər  və  fotosurətlərin  kataloqlarına  və  ərəb  əlifbası  ilə  Azərbaycan 
dilində  olan  inqilaba  qədərki  dövri  mətbuata  nəzarət,  elmi  konfranslarda, 
sessiyalarda iştirak etmək kimi vəzifələri yerinə yetirir. 
Şərq ədəbiyyatı şöbəsi 1975-ci ildən 2002-ci ilə qədər ildə 2 buraxılış 
(¹1,  ¹2)  Azərbaycan  Elmlər  Akademiyası  Mərkəzi  Elmi  Kitabxanasına  Şərq 
dillərində  daxil  olan  yeni  kitablar  –  Biblioqrafik  məlumat  və  Şərq  dillərində 
jurnal məqalələri (¹1, ¹2) – Biblioqrafik məlumat Bülletenlərini hazırlayıb çap 
etmişdir. Bu bülletenlərdən əlavə, Şərq ədəbiyyatı şöbəsi Yaxın və Orta Şərq 
xalqları  dillərində  toplanmış  ədəbiyyatın  bir  qismini  çap  edərək,  aşağıdakı 
«Kataloqları» hazırlamışdır: 
Şərq  ədəbiyyatı  şöbəsi  1977-ci  ildən  1998-ci  il  daxil  olmaqla,  Xarici 
ədəbiyyatın  komplektləşdirilməsi  və  Beynəlxalq  kitab  mübadiləsi  şöbəsi  ilə 
birlikdə  «Kitabxananın  sifariş  etdiyi  xarici  dövri  mətbuatın  kataloqu:  İctimai 
elmlər»  seriyasını  (20  kataloq)  və  1980-ci  ildən  1986-cı  ilə  qədər  isə  Şərq 
ədəbiyyatı  şöbəsi  Bakı  kitabxanalarına  Şərq  ölkələrinə  aid  Şərq  və  Avropa 
dillərində  daxil  olan  kitabların  biblioqrafik  siyahısını  (1  və  2-ci  buraxılışlar 
olmaqla)  15  kataloqda  hazırlamışdır.  Şərq  ədəbiyyatı  şöbəsinin  əməkdaşları 
1963-cü ildən M.Muradova və M. Fituhi, 1978-ci ildən Z.Müseyibova, 1973-
cü ildən N.Bayramova və 1997-ci ildən isə A.Hüseynovanın şöbənin fəaliyəti 
ilə bağlı mətbuatda 40-dan artıq elmi məqalə və yazıları dərc olunmuşdur. 
 1900-cü  ildən  başlayaraq  nəşr  olunan,  Azərbaycanda  savadsızlığın 
ləğv  olunması  uğrunda  mübarizədə  istifadə  edilən  müxtəlif  dərsliklər,  qiraət 
kitabları:  M.Mahmudbəyovun  «Qiraət  kitabı»,  H.Zeynallı  və  A.Şaiqin 
«Ədəbiyyat  dərsləri»,  həmçinin  qədim  və  orta  əsr  Azərbaycan  ədəbiyyatının 
nadir nüsxələri: M.Füzulinin «Leyli və Məcnun»u, M.P.Vaqifin, S.Ə.Şirvanin 
əsərləri,  F.Köçərlinin  «Azərbaycan  ədəbiyyatı  materialları»  və  s.  Şərq 
ədəbiyyatı  fondunu  zənginləşdirən  qiymətli  əsərlərdir.  Fondda  dünya 
ədəbiyyatından,  o  cümlədən  rus  ədəbiyyatından  və  Şərq  dillərindən  tərcümə 
əsərləri  də  vardır.  Örnək  olaraq  «Kəşfül-Həqayiq»(Quranın  3  cildlik 
tərcüməsi), C.Zeydanın «Ərmənusə», «Əzra və Qureyş», Sədinin «Gülüstan», 
V.Şekspirin «Hamlet», «Otello», A.S.Puşkinin «Kapitan qızı» və s. göstərmək 


37 
 
olar. 
   
 Arxiv  Fondunda  64  adda  dövri  mətbuat  da  mühafizə  olunur. 
Bunlardan  «Molla  Nəsrəddin»,  «Maarif  və  mədəniyyət»,  «Babayi-Əmir», 
«Dəbistan»,  «Şərq  qadını»,  «Haqq  yolu»  və  s.  jurnalları,  «Azərbaycan 
füqərası»,  «Vətən  yolunda»,  «Yeni  dünya»,  «Kommunist»  qəzetləri  də 
qorunmaqdadır. 
Şərq ədəbiyyatı fondunun xeyli hissəsi ərəb, fars və türk dillərində olan 
kitab,  qəzet  və  jurnallardır.  Şöbə  öz  sənəd  fondunu  Yaxın  və  Orta    Şərq 
xalqlarının  qədim  və  yeni  tarixinə,  mədəniyyətinə,  dilçilik  və  ədəbiyyatına, 
incəsənətinə  aid  ədəbiyyat,  mənbəşünaslıq,  eləcə  də  alim-səyyahların 
əsərlərini toplamaqla zənginlışdirmişdir. 
Fond  türk,  fars  və  ərəbcə  yazılmış  bir  çox  ilkin  qaynaqları  özündə 
birləşdirir. Burad Əbü-la Müərra Sənan,  İbn Sina, Əbu Reyhan  Biruni,  Xətib 
Təbrizi,  Xaqani,  Şirvani,  Nizami,  Füzuli,  Nəsimi,  Firdovsi,  Namık  Kamal, 
Fuad Köprülüzadə, Əhməd Bəy Atəş, Əli Əkbər Dehxuda, Səid Nəfisi, İmrəl 
Qeys, Yaqut Qəməvi, İbn Əl-Nəsir, Nəsirəddi Tusi, Hacı Xəlifə Katib Çələbi, 
İbn Əl Nədim və s. mühafizə olunur. 
Şərq  ədəbiyyatı  fondunda    tanınmış  şərqşünas  alimlərin  unikal  şəxsi 
kolleksiyaları  qorunub  saxlanılır:  akademik,  əməkdar  elm  xadimi, 
Özbəkistan(1956),  İran  (1944)  və  Dəməşqdə    Ərəb  EA-nın  müxbir    üzvi 
(1956),  500-dən  çox  elmi  əsərin  müəllifi,  nizamişünas  Yevgeni  Eduvardoviç 
Bertelsin  4.360  nüsxə,  İslam  və  Ərəb  ölkələrinin  Orta  əsrlər  tarixi 
üzrəmütəxəssisi,  Misir  Ərəb  respublikası  EA-nın  (1964)  fəxri  üzvü  Yevgeni 
Aleksandroviç  Belyayevin  233  nüsxə,  75-dən  artıq  elmi  əsərin  müəllifi, 
Sasanilərin, Səlcuqilərin, Səfəvilərin tarixinə dair elmi əsərlərin müəllifi olmuş 
İbn-  Sina,  Firdovsi,  Nizami  Gəncəvi,  Nəsirəddin  Tusi,  Əlişir  Nəvai  və  b. 
görkəmli  şəxsiyyətlər  haqqında  sanballı  əsərlər  yazmış  şərqşünas  alim,  prof. 
Boris  Nikolayeviç  Zaxoderin  2.133  nüsxə,  müasir  dövrümüzün  tanınmış 
diplomatı  Zahid  Yusi oğlu Hüseynzadənin 478 nüsxə, prof. A.Aslanovun 150 
nüsxə  və  dünya  şöhrətli  Mayestro  Niyazinin  62  nüsxə  kitab  kolleksiyaları 
qorunub mühafizə edilməkdədir. 
AMEA  MEK  Şərq  ölkələrinin  Azərbaycana  və  Azərbaycanın  Şərqə 
yaxınlaşmasında möhkəm mənəvi-intelektual körpülərdən biridir. 
Xarici  əlaqələrimiz dünyanın  ən nüfuzlu   mötəbər ali tədris  ocaqlarını 
əhatə  edir.Biz  həqiqətən  Vətənimizə  bu  gün  hava  və  su  kimi  vacib  olan  bir 
məqsəd üçün əlimizdən gələni həyata keçirməyə çalışırıq. 
Beynəlxalq münasibətlərimizin elmi istiqamətləri Azərbaycan, Şərq və 
Avropanın  qarşılıqlı  münasibətlərini  əhatə  edir.  Bu  münasibətlərin  
kitabxanalaşdı-rılması,  elmi  ədəbiyyatın  mübadiləsi  kimi  sahələri  əhatə  edir. 
Rus  klassiklərinin  nadir  hesab  edilən    elmi,  bədii  məzmunlu  nəşrləri  eyni 
zamanda  ingilis,  alman,  fransız,  və  b.  Avropa  dillərində  dünya  miqyasında 


38 
 
qiymətli hesab edilən, respublikamızda yeganə nüsxələrdə ilan kitablar alim və 
ziyalılarımızın tədqiqat obyekti kimi həmişə diqqət mərkəzində olmuşdur. Ona 
görə  də  əhatə  etdiyi  qaynaqlara  görə  də  MEK  dünyanın  ən  zəngin 
kitabxanalarından, Şərq Fondu isə ən nadir fondlardan hesab edilir. 
Şərq  fondunun  bugünkü  zəngin,  nadir  ədəbiyyatla  təmin  edilib, 
Şərqşünas  ların,  elmi  işçilərin,  tələbə  və  magistırların  istifadəsinə 
verilməsində, şöbənin farsşünasları Ziba Müseyibova və Süsən Bağırovanın 45 
illik  əməyinin  bəhrəsinin  nəticəsi  idi..  Uzun  illər  damla-damla  yığılmış  ən 
qiymətli  milli  sərvətlərimizin  bir  hissəsi  olan  AMEA-nın  MEK  və 
Kitabxananın  Şərq  ədəbiyyatı  şöbəsinin  və  fondunun  mövcudluğu  sayəsində 
tarix, ədəbiyyat, şərqşünaslıq, ilahiyyət və s. elm sahələrinə aid  alimlərimizin 
yazdıqları onlarla sanballı tədqiqat əsərləri kitab xəzinəmizə daxil olmuşdur.. 
Şərq  ədəbiyyatı  fondu  mütəxəssislər  üçün  qiymətli  və  əvəzsiz 
mərkəzlərdən  biri  olub.  Nadir  kitabların  sayına  görə  Mərkəzi  Elmi 
Kitabxananın  ən  diqqətəlayiq  guşələrindən  biridir.    Burada  şərqə  aid  nadir 
elmi  kitablar,  məcmuələr,  dövri  mətbuat  nüsxələri,  həmçinin  kitabxananın 
arxiv  fondu(1920-ci  ilə  qədər  Azərbaycanda  nəşr  olunmuş  ədəbiyyat) 
mühafizə  olunmaqdadır.  İnqilaba  qədər  və    inqilabdan  sonrakı  dövrlərdə 
Azərbaycanda nəşr olunmuş kitab və dövri mətbuatı özündə cəmləşdirən arxiv 
fondu  istifadə  baxımından  alim  və  mütəxəssislər  üçün  böyük  əhəmiyyətə 
malikdir. Arxiv fondu Azərbaycanda fikir tarixinin öyrənilməsində mühüm rol 
oynayır.    Bu  fond  nəinki  Azərbaycan  xalqının,  eləcə  də  Yaxın  və  Orta  Şərq 
xalqlarının ədəbiyyatının öyrənilməsində  böyük əhəmiyyət kəsb edir. 
Şərq  Ədəbiyyatı  şöbəsi,  Şərq  ölkələrindən  mübadilə  və  hədiyyə  yolu 
ilə 
aldığı  ədəbiyyatın  komplektləşdirilməsi,  elmi  işlənməsi,  elmi 
sistemləşdirilməsi,  elmi  redaktəsi,  Ərab,  Fars  və  Türk  dillərində  Əlifba, 
Sistemli, Kitab adlarının göstəricisinə görə və Xidmət kataloqlarının tərtibi və 
elmi  redaktəsi  üzrə  işin  yəşkili,  alınan  sənəd  və  jurnalların  ―Biblioqrafik 
İnformasiya  Bülletenləri‖nın  hazırlanması,  MEK-nın  ―Elmi  əsərlər‖ində 
iştirakı,  il  ərzində  şöbəyə  daxil  olan  dövrü  və  nəşri  davam  edən  ədəbiyyatın 
kartotekada qeydiyyatı, jurnal məqalələrinin elmi təsnifatı, mövzu sərgilərinin 
təşkilində  iştirak  etmək,  Şərq  Ədəbiyyatı  Fondunda  oxuculara  xidmət,  şifahi 
və  yazılı  arayışların  tərtibi,  Ərəb,  Fars,  Türk  və  Azərbaycan  dilində  Ərəb 
əlifbası 
ilə 
alınan 
ədəbiyyatın 
aktlaşdırılması, 
mikrofilmlər 
və 
fotosurətlərinkataloqlarına  və  inqilaba  qədərki  dövrdü  mətbuat  nəzarət,  elmi 
konfrans və sesiyalarda iştirak kimi vəzifələri yerinə yetirir. 
Bildiyimiz  kimi,  Şöbənin  faəliyyətində  BKM  xüsusi  yer  tutur  və 
fondun formalaşmasının ən mühüm üsullarından biridir. Elə isə 2007-2011-ci 
illər  ezrə  Şərq  Ədəbiyyatı  şöbəsinin    BKM    yolu  ilə  aldığı  ədəbiyyatın 
göstəricisinə baxaq: 
 


39 
 
 
 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin