KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə38/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   34   35   36   37   38   39   40   41   ...   111
Humanitar fənlər bloku: 

 
Azərbaycan tarixi; 

 
Xarici dil; 

 
Psixologiya və pedaqogika; 

 
Seçmə fənlər. 
Ġxtisasın (proqramın) peĢə hazırlığı fənləri: 

 
Kitabxanaçılıq informatikası; 

 
Riyaziyyat; 

 
Azərbaycan  ədəbiyyatı  tarixi  (Folklor,  klassik  və  müasir 
Azərbaycan ədəbiyatı); 

 
Kitabxanaşünaslığa giriş; 

 
Azərbaycan kitabxanalarının tarixi; 

 
Dünya kitabxanalarının tarixi; 

 
Sənədlərin biblioqrafik təsviri

 
Sənədlərin təsnifləşdirilməsi

 
Kitabxana-informasiya resursları; 

 
Kitabxana işinin təşkili və idarə olunması (Menecment); 

 
Kitabxana xidməti; 

 
Ümumi biblioqrafiyaşünaslıq; 

 
Kitabxana-biblioqrafiya işinin təşkili və metodikası; 

 
Xarici biblioqrafiya

 
Kitab tarixi; 

 
Kitabxana-informasiya texnologiyası; 


68 
 

 
Bədii 
ədəbiyyat. 
Ədəbiyyatşünaslıq 
və 
incəsənətin 
biblioqrafiyası; 

 
Kitabxanaların kompüterləşdirilməsinin əsasları; 

 
Kitabxana işinin iqtisadiyyatı; 

 
Kitabxanaların elmi-metodiki təminatı; 

 
Ölkəşünaslıq biblioqrafiyası; 

 
Elektron kataloq; 

 
Beynəlxalq kitabxana təsnifatları; 

 
Normativ-texniki sənədlərin təsviri və təsnifləşdirilməsi

 
Normativ-texniki və patent ədəbiyyatının biblioqrafiyası; 

 
Peşə hazırlığının seçmə fənləri

 
İxtisaslaşmanın seçmə fənləri; 

 
Xüsusi fənlər. 
Azərbaycan  bölməsində  təhsil  alanlar  öz  arzuları  ilə  həmin  saat 
həcmində ikinci xarici dil, yaxud Azərbaycan dili və nitq mədəniyyəti fənlərini 
seçə bilərlər. 
Seçmə fənlərə ali məktəb tərəfindən Fəlsəfə, Politologiya, Sosiologiya, 
İqtisadiyyat,  Mədəniyyətşünaslıq,  Azərbaycan Respublikasının Konstitusiyası 
və hüququn əsasları və s. humanitar, sosial-iqtisadi fənlər daxil oluna bilər. 
Peşə  hazırlığının  və  ixtisaslaşmanın  seçmə  fənləri  blokları  ali 
məktəblər tərəfindən müəyyənləşdirilir. Tələbə peşə hazırlığının seçmə fənləri 
bloklarının hər birindən bir fənni  seçməlidir. Eyni  zamanda, tələbəyə seçdiyi 
ixtisaslaşma blokunun bütün fənləri tədris edilməlidir. 
Bütün bölmələrdə seçmə fənlər bir neçə blokdan (ən azı iki blok) ibarət 
ola bilər. Bu zaman bloklara ayrılan cəmi seçmə fənlər üçün ayrılmış saatların 
miqdarını  aşmamalıdır.  Tələbə  həmin  blokların  hər  birindən  yalnız  bir  fənn 
seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat 
həcmində  tədris  olunmalıdır.  Məsələn,  fərz  edək  ki,  ali  məktəb  tərəfindən 
humanitar  bölümə  daxil  olan  seçmə  fənlər  (cəmi  90  saat)  üzrə  iki  blok 
müəyyənləşdirilmişdir. 
Birinci 
bloka 
seçmə 
fənlərdən 
―Fəlsəfə‖, 
―İqtisadiyyat‖, 
―Politologiya‖, 
ikinci 
bloka 
―Mədəniyyətşünaslıq‖, 
―Azərbaycan  Respublikasının  Konstitusiyası  və  hüququn  əsasları‖, 
―Sosiologiya‖  fənləri  daxil  edilmişdir.  Birinci  bloka  daxil  olan  fənlərin 
tədrisinə 60, ikinci bloka daxil olan fənlərə isə 30 saat müəyyənləşdirilmişdir. 
Əgər  tələbə  birinci  blokda  ―Fəlsəfə‖ni,  ikinci  blokda  isə  ―Sosiologiya‖nı 
seçibsə, onda ona həmin fənlər müvafiq olaraq 60 və 30 saat həcmində tədris 
olunmalıdır. 
Qəbul  olunmuş  son  dövlət  standartında  bakalavrın  peşə  fəaliyyətinin 
əsas sahələri aşağıdakı kimi qruplaşdırılmışdır: 


69 
 
Mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq,  peşəsinə  və 
ixtisas  dərəcəsinə  uyğun  gələn  istənilən  istehsal  sahələri,  təşkilatlar,  idarələr, 
müəssisələr, birliklər
Mövcud  qaydalara  riayət  olunmaqla  müxtəlif  kitabxana-informasiya 
müəssisələri. 
Dövlət  standartında  bakalavr  dərəcəsi  alan  tələbələrin  aşağıdakıları 
bilməsi tələb olunur: 
-      Azərbaycan  tarixini,  dövlət  dilini,  xarici  dillərdən  birini  bilməli, 
eləcə  də  humanitar  və  sosial-iqtisadi  fənlər  üzrə  ümumi  biliklərə  malik 
olmalıdır; 
-  Kitabxanaçılıq-informasiya  ixtisas  dərəcəsi  almış  məzun  işləyəcəyi 
kitabxana-informasiya  müəssisələrində  oxuculara  kitabxana-biblioqrafiya 
xidmətinin  müasir  tələblər  səviyyəsində  həyata  keçirməyə  hazır  olmalıdır. 
Müxtəlif  metod  və  vasitələrdən  istifadə  etməklə  istifadəçilərin  informasiya 
tələbatını  öyrənməli,  mövcud  resurslardan  onların  səmərəli  istifadəsini  təşkil 
etmıyi  bacarmalıdır.  Öz  peşə  hazırlığını  daim  artırmalı,  bu  məqsədlə 
seminarlarda,  konfranslarda,  treninqlərdə,  ixtisasartırma  kurslarında  iştirak 
etməlidir. 
İndi isə dövlət standartındakı blokların izahını verək. 
Humanitar fənlər üzrə: 
Məzunlara Azərbaycan tarixi fənni akademik səviyyədə tədrs olunmalı, 
onlarda Azərbaycan xalqının keçdiyi yol və gerçəkliklər haqqında faktoloji və 
nəzəri biliklər əsasında obyektiv fikir söyləmək, diskussiya aparmaq vərdişi və 
bacarığı  aşılanmalıdır.  Azərbaycan  xalqının  müstəqillik  uğrunda  mübarizəsi, 
tarixi  şəxsiyyətlərin bu  mübarizədə  rolu, Azərbaycan tarixinin dövrləri, onun 
mənbələri,  Azərbaycan  tarixinin  öyrənilməsinin  metodu  və  metodologiyası 
haqqında  biliklər  verilməlidir.  Ali  məktəb  kursu  tələbələrin  orta  məktəbdə 
aldığı bilikləri genişləndirməli və tamamlamalıdır. 
Azərbaycanın  dövlət  dili  Azərbaycan  dili  olduğundan  burada  yaşayan 
hər bir vətəndaşın Azərbaycan dilini bilməsi vacibdir. Təlimi rus dilində olan 
tələblər  Azərbaycan  dili  fənni  vasitəsilə  bu  dilin  əsaslarını  mənimsəməli, 
eşidib-anlama vərdişlərinə yiyələnməli, ünsiyyət bacarığı əldə etməlidirlər. 
İxtisas  dilindən  əlavə  bir  xarici  dilin  mənimsənilməsi  mütəxəssis 
hazırlığının  keyfiyyətinin  yüksəldilməsi  istiqamətində  mühüm  göstəricidir. 
Seçim  əsasında tədris  olunan xarici  dillərdən (ingilis,  alman,  fransız, italyan, 
ispan,  rus  və  s.)  bir  üzrə  minimum  yazı  və  nitq  vərdişlərinin  aşılanması  bu 
fənnin əsas məqsədidir. 
Fəlsəfə,  Politologiya,  İqtisadiyyat,  Azərbaycan  Respublikasının 
Konstitusiyası  və  hüququn  əsasları,  Sosiologiya,  Mədəniyyətşünaslıq  kimi 
fənlər  seçmə  fənn  kimi  tədris  olunur  və  tələbənin  bu  fənlərdən  birini  seçərək 
proqramı yerinə yetirməsi məcuridir. 


70 
 
İxtisasın (proqramın) peşə hazırlığı fənləri üzrə: 
Bakalavr  hazırlığı  proqramının  əsas  yükünü  daşıyan  bu  bloka  daxil 
olan  fənlərin  tədrisinin  ümumi  məqsədi  məzunları  peşə  fəaliyyətinə 
hazırlamaq, kitabxanaçılıq-informasiya ixtisası üzrə ümumi nəzəri və praktiki 
biliklər  verməkdir.  Buraya  kitabxanaşünaslıq  və  biblioqrafiyaşünaslıq  fənləri, 
psixologiya,  həmçinin  praktik  kitabxanaçılıq-informasioloq  hazırlığını  təmin 
edən fənlər daxildir. Məzun bu fənləri mınimsəməklə aldığı ixtisas üzrə nəzəri 
təlimlərə,  kitabxanaçılıq-informasiya  fəaliyyətinin  əsaslarına,  həmçinin 
gələcək fəaliyyət üçün praktik bacarıq və vərdişlərə yiyələnir. Burada tələbəyə 
öz ümumpeşə hazırlığını artırmaq üçün geniş fənn seçimi imkanı verilir. 
Peşə hazırlığının seçmə fənləri: 
Bu  bloka  daxil  olan  fənlər  məzunun  aldığı  ixtisasa  uyğun 
ixtisaslaşmasını  təmin  edir,  onun  geniş  peşə  hazırlığı  ilə  yanaşı,  dar 
ixtisaslaşma üzrə nəzəri və təcrübi biliyini artırır. 
İxtisaslaşmanın seçmə fənləri üzrə: 
Bu  bloka  daxil  olan  fənlər  məzunun  dar  ixtisaslaşma  üzrə  nəzəri  və 
təcrübi biliyini artırır və magistratura pilləsinə keçid üçün baza rolunu oynayır. 
Bakalavr  ixtisas  fənlərinin  tarixini,  nəzəriyyəsini,  təşkili  və  metodikasını, 
məqsəd və vəzifəsini və s. dərindən mənimsəməlidir. 
Xüsusi fənlər üzrə: 
Bu  bloka  daxil  olan  fənlərin  məqsədi  tələbələrin  fiziki  sağlamlığını 
qorumaq və ekstremal şəraitdə davranış qaydalarını öyrənməkdir. 
Respublikamızda  kitabxanaçı  kadr  hazırlığı  təkcə  BDU-nun 
Kitabxanaçılıq-fakültəsində  aparılmır.  Ayrı-ayrı  orta  ixtisas  təhsilli 
məktəblərdə,  texnikum  və  kolleclərdə  (Mədəni  Maarif  Texnikumu,  Şuşa 
Humanitar Kolleci, Şamaxı orta ixtisas məktəbi) kitabxanaçılıq peşəsi ilə bağlı 
ixtisaslar  vardır.  Adıçəkilən  bu  təhsil  ocaqları  da  öz  tədris  planlarını 
hazırlayarkən BDU-nun qəbul etdiyi tədris planlarından layiqincə yaralanırlar. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tədris planları dövrün, zamanın 
tələblərinə  uyğun  olaraq  dəyişir,  təkmilləşdirilir,  mövcud  standartlara  cavab 
verir.  Tədris  planları,  onların  quruluşu,  kitabxanaçı-biblioqraf  kadr  hazırlığı 
strategiyası hazırda da respublikamızda uğurla davam etdirilir. 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin