KĠTABXANAÇI-BĠBLĠOQRAF KADR HAZIRLIĞINDA TƏDRĠS
PLANLARININ ROLU VƏ ƏHƏMĠYYƏTĠ
Açar sözlər: Tədris Planları, Kitabxanaçı kadrlar, Bolonya sistemi,
Kitaxanaçılıq peşəsi, təcrubə, tədris metodları.
Kлючевые словы: Учебные планы, Библиотечные кадры, Болонский
систем, Библиотечная профессия, Практика, Учебные методы
Keyword: Curriculum, Library Staff, the Bologna system, library profession,
practice, training methods
Qloballaşan informasiya dövründə cəmiyyət üçün ixtisaslı kadr
hazırlamaq günün vacib tələblərindən biridir. Hazırda dünya təhsil təcrübəsinə
əsaslanmaqla hazırlanan kitabxanaçı kadrlar kitabxana və informasiya işinin
spesifik xüsusiyyətlərini özündə birləşdirməlidir. Dünyanın müxtəlif
ölkələrinin ali məktəblərində hazırlanan kitabxanaçı kadrlar kəmiyyət və
keyfiyyət etibarilə bir-birindən köklü surətdə fərqlənsə də, bu kadrları
birləşdirən bir əsas xüsusiyyət vardır. Bu da bu kadrlara tədris olunan ixtisas
fənn blokunun yaxınlığıdır. Təbii ki, bu kadrların hazırlanmasında istifadə
olunan tədris planları bir-birindən fərqlənir. Lakin bütün tədris planlarının bir
əsas qayəsi vardır: o da yüksəkixtisaslı peşəkar kadr hazırlamaqdır.
Azərbaycan Respublikasında kitabxanaçılıq təhsili ali kitabxanaçı
kurslarında, orta ixtisas təhsilli məktəblərdə yaranıb formalaşsa da,
yüksəkixtisaslı kitabxanaçı kadr hazırlığı ali təhsil müəssisəsi olan BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsinin üzərinə düşür. Azərbaycanda
kitabxanaçılıq təhsilinin formalaşmasında xüsusi xidmətləri olan professor
Abuzər Xələfovun dediyi kimi, ―yüksəkixtisaslı kadrların hazırlanması tədris
prosesinin planauyğun, ardıcıl və məqsədyönlü təşkilindən ibarətdir. Bu iş isə
bilavasitə kadr hazırlığının strategiyası hesab edilən tədris planlarının dövrün
tələblərinə, elmi tərəqqinin səviyyəsinə, elmi proqnozlar əsasında bu və ya
digər elmi inkişaf perspektivlərinə, ixtisasın, sənətin gələcəyinə əsaslanaraq
tərtib edilmişdir‖.
Bu fikri bir qədər də inişaf etdirərək əlavə etmək istərdik ki,
kitabxanaçılıq təhsili üzrə tədris planları və proqramları eyni zamanda müasir
dövrdə dünya informasiya məkanında getdikcə mürəkkəbləşən kitabxana-
informasiya proseslərini nəzərə alan, müasir texnologiya zəminində həyata
keçirilən kitabxana proseslərini, kitabxana xidmətindəki demokratik
62
prinsipləri, cəmiyyətdə kitabxana işinin idarə olunmasının elmi, iqtisadi,
sosioloji, hüquqi və s. məsələlərini əks etdirən sənədlər olmalıdır.
Kitabxanaçılıq təhsili üzrə tədris planları və proqramları gündəlik kitabxana
təcrübəsi ilə ayaqlaşan, gələcək mütəxəssislərə öz ixtisası üzrə informasiya
əsrinə uyğun peşə biliklərini aşılamaq üçün geniş imkanlar açan vasitə
olmalıdır. Bütün bunlar tədris planları və proqramlarının tərtibi prosesinə
geniş oxucu kütlələrinə, informasiya istehlakçılarına kitabxana xidməti işində
zəngin təcrübəyə və mütərəqqi ənənələrə malik olan metodik mərkəzlərin cəlb
olunmasını tələb edir.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun
sözlərinə istinadən desək, ―inkişafımıza görə Qərbə borclu olsaq da,
təhsilimizdə baş verən uğurlara görə SSRİ-yə borcluyuq‖. Möhtərəm rektorun
bu fikri tamamilə yerinə düşür. Çünki Azərbaycanda kitabxanaçılıq təhsili ali
təhsil zirvəsinə, məlum olduğu kimi, 1947-ci ildə çatmışdır. Hələ Filologiya
fakültəsinin nəzdində kiçik bir şöbə olarkən burada ixtisaslı kadr hazırlamaq
üçün tədris planının yaranma zərurəti meydana çıxdı.
Professor A.Xələfov qeyd edirdi ki, müasir şəraitdə kitabxanaçı kadr
hazırlığı iki mühüm prinsip əsasında aparılmalıdır:
Professional bilik və bacarıqların vahid formalaşmasını nəzərdə tutan
kitabxanaçılıq sənətinin bütövlüyü;
Kitabxanaçılıq sənətinin differensiasiyası: bunun da əsasında
kitabxanaçıların ixtisaslaşması durmalıdır.
Kitabxanaçılıq fakültəsi mövcud olduğu vaxtdan (hələ şöbə olarkən)
Sovet kitabxanaçılıq təhsilinə əsaslanmışdır və SSRİ Təhsil Nazirliyi
tərəfindən hazırlanmış tədris planına uyğun fəaliyyət göstərmişdir. 1987-ci
ilədək kitabxanaçı kadr hazırlığını həyata keçirmək üçün 5 tədris planı işlənib
hazırlanmışdır. İndi isə bu tədris planlarının müqayisəli təhlilini verək.
Məlum olduğu kimi, Kitabxanaçılıq şöbəsi Filologiya fakültəsinin
nəzdində yaradıldığından, ilk illərdə bu şöbənin tələbələrinin sayı az omuş və
əksər dərslər Filologiya fakültəsinin tələbələri ilə birgə keçirilmişdir. Bu
zaman da filoloji fənlər bloku üstünlük təşkil etmişdir. Bu tendensiya
Şərqşünaslıq fakültəsində də davam etmişdir. Buna görə də BDU-nun
Filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsi üçün hazırlanan tədris planı
respublikamızda kitabxanaşünas-biblioqraf ixtisası üzrə ilk tədris planı
olmuşdur.
Göründüyü kimi, Filologiya fakültəsi üçün hazırlanmış bu tədris
planının 70-80 faizini filoloji elmlər təşkil edirdi. Zaman keçdikcə bu sahə
üzrə mütəxəssis kadrların yetişməsi, xüsusilə də Rusiyada hazırlanan tədris
planları ilə yaxından tanışlıq bu tədris planına dəyişiklik edilməsinə, ixtisas
fənlərinin artırılmasına səbəb oldu və artıq 1955-ci ildə yeni tədris planı təsdiq
olundu. 1955-ci ildə SSRİ Təhsil Nazirliyi artıq bir neçə universitetdə
63
kitabxanaçılıq şöbələrinin yaradılmasını nəzərə alaraq, yeni tədris planı
hazırladı. Bu addımı atmağa ona görə zəmin yaranmışdı ki, artıq
Kitabxanaçılıq şöbəsinin yetərincə məzunu var idi və bu da onu deməyə imkan
yaradır ki, bu peşə Filologiya fakültəsinin bir sahəsi deyil, müstəqil fəaliyyət
dairəsinə malikdir. Bu, özünəməxsus, spesifik xüsusiyyətləri olan bir sahədir.
Bu tendensiya yavaş-yavaş inkişaf etməli, tədris planında olan ixtisas
fənlərinin xüsusi çəkisi artmalı idi və gələcəkdə (1962) bu şöbənin müstəqil
fakültəyə çevrilməsində şöbədə dərs deyən müəllimlərin fədakar əməyini qeyd
etmək lazımdır. İxtisas ədəbiyyatının ədəbiyyatının meyana çıxması, ixtisaslı
kadrların formalaşması müstəqil fakültənin yaranması üçün böyük əhəmiyyət
kəsb edən faktorlardan biri idi. Artıq növbəti tədris planlarında ixtisas
fənlərinin xüsusi çəkisi digər fənlərlə müqayisədə xeyli artdı.
1955-ci ildə qəbul edilmiş tədris planı universallığı, hərtərəfliliyi,
ixtisas
fənlərinin
geniş əhatə edilməsi və kitabxanaşünaslıq və
biblioqrafiyaşünaslıq fənlərinin xüsusi çəkisinin çox olması ilə diqqəti cəlb
edirdi. Bu nailiyyət böyük bir təkamül prosesinin nəticəsi idi. Bu plan
kitabxanalar üçün hərtərəfli biliyə və təşkilatçılıq bacarığına malik olan
kadrların hazırlanmasını nəzərdə tuturdu. Bu planın qəbulu adi bir embrion
vəziyyətdən böyük bir orqanizmə qədər keçilən tarixi yolun nəticəsi idi.
1955-ci il tədris planında ümumtəhsil fənləri ilə yanaşı, ixtisas
fənlərinə çox geniş yer verildiyindən professional səviyyədə mütəxəssis
hazırlamaq üçün münbit şərait yaranmışdı. Məhz bu planda ilk dəfə olaraq
ixtisas fənlərinə dair 15 fənnin keçirilməsi nəzərdə tutulurdu.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix, Hüquq və
Kitabxanaçılıq fakültələri üçün yeni 4 illik plan hazırlandı. Bu, müstəqil
Kitabxanaçılıq fakültəsi üçün sayca birinci, Kitabxanaçılıq şöbəsi üzrə isə
üçüncü tədris planı idi. Adıçəkilən bu fakültələr bu 4 illik planla elə 4 il
işlədilər.
1968-ci ildə yeni tədris planı (5 illik) təsdiq olundu. Lakin
kitabxanaçılıq fakültələri üçün yeni 5 illik tədris planı təsdiq olunmadı, onlar 4
illik tədris planı üzrə fəaliyyət göstərirdilər. Buna görə Vilnüs və Azərbaycan
universitetlərinin kitabxanaçılıq şöbələri yeni 5 illik tədris planına keçmək
barədə SSRİ Təhsil Nazirliyinə müraciət etdilər (1969) və bu xahiş nəzərə
alındı. 1969-cu ildə Vilnüs universitetlərinin kitabxanaçılıq şöbələri 5 illik
tədris planına keçdi. 1970-ci ildə ADU-nun Kitabxanaçılıq fakültəsi bu tədris
planı ilə işləməyə başladı. Bu, artıq dördüncü tədris planı idi. Bu tədris planı
özündən əvvəlki tədris planlarından köklü surətdə fərqlənirdi.
Bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, hər bir tədris planı və dövlət
standartı özündən əvvəlki tədris planını qismən təkzib etsə də, onun bazası
əsasında müasir tələbləri nəzərə alan yeni tədris planları və standartları
hazırlanır. Bu baxımdan 1970-ci ildə qəbul olunmuş tədris planı bu planadək
64
olan bütün tədris planlarından köklü surətdə fərqlənirdi, çünki indiyədək heç
bir tədris planında olmayan fənlər – ali riyaziyyat, iqtisadiyyat, hesablama
texnikası, sənaye iqtisadiyyatı, elmi-texniki informasiya kimi fənlər daxil
edilmişdi. Bu planda kütləvi kitabxanalarla yanaşı, elmi-texniki kitabxanalar
üçün də kadrların hazırlanması nəzərdə tutulurdu və bu ixtisaslaşma 4
istiqamətdə aparıırdı:
- Kütləvi kitabxanalar;
- Elmi kitabxanalar;
- Texniki kitabxanalar;
- Uşaq və məktəb kitabxanaları.
Bu tədris planının tətbiqi birmənalı qarşılanmadı, tərəfdarları və
əleyhdarları meydana çıxdı. Buna baxmayaraq, bu tədris planı 14 il (1970-
1984) qüvvədə oldu. Bu tədris planında keçilən elmi-texniki fənlərin
üstünlüyü ondan ibarət idi ki, kitabxanaçı kadrlar müasir texniki qurğu və
avadanlıqlarla yaxından tanış olur, onları öz sahələrinə uyğun tətbiq etmıyi
bacarırdılar.
Azərbaycan Dövlət Universiteti və V.Kapsukos adına Vilnüs Dövlət
Universiteti SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə kitabxanaşünas-
biblioqraf ixtisası üzrə 5 illik tədris planlarının təsdiqi üçün dəfələrlə müraciət
etsə də, bu planlar ancaq 1984-cü ildə təsdiq olundu. 1984-cü ildə ADU üçün
təsdiq edilmiş fərdi tədris planı 1984-1985-ci dərs ilindən tətbiq olunmağa
başladı. Yeni təsdiq olunmuş tədris planı öz universallığı, elmiliyi ilə
fərqlənirdi. Plan tərtib edilərkən universitetlərin və mədəniyyət institutlarının
tədris planlarından istifadə edilmiş, ən yaxşı cəhətlər nəzərə alınmışdı. Əvvəlki
planda olan nöqsanlar düzəldilmiş, elm, mədəniyyət və texnikanın son
nailiyyətləri ilə bağlı yeni fənlər daxil edilmişdi. Planda ixtisas fənlərinə daha
geniş yer verilmiş, onların saatları artırılmışdı. Vilnüs universitetinin tədris
planında ixtisas fənləri üzrə 1700 saat dərs olduğu halda, ADU-nun yeni tədris
planında 2000 saatdan artıq idi. Əvvəlki plandan fərqli olaraq, ixtisaslaşmalar
ədəbiyyat komplekslərinə görə aparılmış, kitabxanaların vəzifələrinə uyğun
yeni fənlər ixtisaslaşmalara daxil edilmişdi.
Bu planda 7 ixtisaslaşmanın aparılması nəzərdə tutulurdu:
- İctimai-siyasi ədəbiyyatın kitabxanaşünaslığı və biblioqrafiyası;
- Bədii ədəbiyyatın və incəsənətə dair ədəbiyyatın kitabxanaşünaslığı
və biblioqrafiyası;
- Uşaq və gənclər ədəbiyatının kitabxanaşünaslığı və biblioqrafiyası;
- Kənd təsərrüfatı ədəbiyatının kitabxanaşünaslığı və biblioqrafiyası;
- Texniki ədəbiyyatının kitabxanaşünaslığı və biblioqrafiyası;
- Elmi-tibbi ədəbiyyatın kitabxanaşünaslığı və biblioqrafiyası;
- Kütləvi kitabxanalar.
65
Yeni tədris planının təsdiqi Kitabxanaçılıq fakültəsində ictimai və
fundamental elmləri, ixtisas fənlərini dərindən bilən yüksək professional və
intellektual səviyyəli kitabxana işçiləri, kitabxana işi təşkilatçılarının
hazırlanması üçün imkan yaratmışdır. Məhz 1980-ci illərdə fakültənin
qarşısında duran əsas vəzifə bu planın tələbinə uyğun olaraq, tədris prosesini
yüksək səviyyədə təşkil etməkdən, onun səmərəliliyini və keyfiyyətini
artırmaqdan ibarət olmuşdur.
1993-cü ildən respublikamızda ali kitabxanaçı kadr hazırlığı üç
mərhələdə aparılır (bakalavr, magistr, doktor). Bkalavr hazırlığına 1993-1994-
cü tədris ilində başlanmış, 1996-1997-ci tədris ilində ilk buraxılışı olmuşdur.
1997-1998-ci tədris ilindən magistr hazırlığına başlanmışdır. Hər iki
mərhələnin tədris planları tərtib olunmuş, Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmişdir. Bakalavr hazırlığının tədris planında
əsasən ümumi ixtisas fənlərinin, əsaslı elmlərin öyrənilməsinə yer ayrılmışdır.
Magistr hazırlığında isə ixtisaslaşmaya daha geniş yer verilmişdir.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsi 2001-ci ildə
Kitabxanaçılıq-informasiya fakültəsi adlanmağa başlandı. Fakültənin adının
ikinci hissəsinə (informasiya) uyğun olaraq, tədris planına yeni fənlərin daxil
edilməsi günün vacib tələblərindən biri oldu və artıq müasir informasiya
məkanı ilə ayaqlaşan fənlər fakültədə tədris olunmağa başladı. ―Kitabxanaların
kompüterləşdirilməsinin əsasları‖, ―Kitabxana-informasiya texnologiyaları‖,
―Elektron kataloq‖ kimi fənlər buna misal ola bilər. Hətta ənənəvi
kitabxanaşünaslıq fənlərinin adlarında belə, dəyişiklik olundu və bütün bu
fənlərin birləşəcəyi bir kafedra formalaşdı ki, bu da Kitabxana resursları və
informasiya-axtarış sistemləri kafedrası oldu. Bunun da nəticəsində müasir
informasiya texnologiyalarını dərindən bilən mütəxəssislər fakültəyə dəvət
aldılar, müasir informasiya dövrü ilə ayaqlaşan fənlərin tədrisinə geniş yer
ayrıldı.
Müasir dövrdə insan fəaliyyətinin bütün sahələrində kompüter
texnologiyası vacib yer tutur. Müasir informasiya-axtarış sistemlərindən
istifadə, internet resurslarından layiqincə yararlanmaq məqsədilə fakültədə
kompüter laboratoriyası yaradılmışdır. Qeyd etmək istərdik ki, bu
laboratoriyanın yaradılmasında Kitabxanaçılıq-informasiya fakültəsinin sabiq
dekanı, Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının prezidenti,
professor X.İ.İsmayılovun müstəsna rolu olmuşdur.Həmçinin Azərbaycan
milli kitabxanaşünaslıgının banisi professor Abuzər Xələfovun təşəbbüsü və
səyi nəticəsində BDU-nun Elmi kitabxanasının nəzdində ―Kitabxana
proseslərinin kompüterləşdirilməsi‖elmi tədqiqat laboratoriyasının da mühüm
əhəmiyyəti olmuşdur.
66
Fakültədə tədris olunan ənənəvi məlumat-axtarış sistemləri ilə yanaşı,
dövrün, zamanın tələbinə uyğun olaraq, müasir informasiya-axtarış
sistemlərini özündə ehtiva edən fənlər də tədris planlarına salınmışdır.
Məlum olduğu kimi, 2009-cu ildə respublikamızda yeni ―Təhsil
haqqında‖ qanun qüvvəyə mindi. Bu qanun vətəndaşların Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin
edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin
tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri
üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində
baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz
xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən
strateji əhəmiyyətli, prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında
təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanaraq,
təhsil sahəsində milli, mənəvi və ümumbəşəri dəyərlərin prioritetliliyi əsasında
dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Qəbul olunmuş yeni
―Təhsil haqqında‖ qanun özündə Bolonya sisteminin prioritet istiqamətlərini
birləşdirirdi. Tədris planlarının tərtibində də Bolonya sisteminin spesifik
xüsusiyyətləri nəzərə alınırdı.
2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına
üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu
proseslərin tərkib hissəsi kimi, Azərbaycan Respublikası Avropa ölkələrinin
təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya Bəyannaməsini imzalamaqla,
respublika ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası
yolunda mühüm addım atmışdır.
Bolonya sistemi ilə Azərbaycan təhsili arasında olan əlaqəni qısaca
şərh edək: Dünya ölkələrinin istifadə etdiyi təhsil sistemlərindən biri də
Bolonya təhsil sistemidir. Bu təhsil sisteminin tarixi o qədər də qədim deyil.
Prosesin rəsmi başlanğıcı 1999-cu il iyulun 19-u hesab olunur. Həmin tarixdə
İtaliyanın Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi
konfransında ―Avropa ali təhsil məkanı‖ Bəyannaməsi və ya Bolonya
Bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır,
sonralar Avropanın bir neçə şəhərində bu mövzuda diskussiyalar keçirilmişdir.
Hazırda Bolonya sistemi 46 ölkəni özündə birləşdirir. Rusiya 2003-cü ildə
qoşulmuşdur. Avropa ali təhsil məkanını yaratmaq, eləcə də bu sistemi dünya
miqyasında fəallaşdırmaq məqsədilə Bolonya prosesi kompleks əlaqəli
məsələləri əhatə edir. Əhatə olunan bu məsələlər Avropa ölkələrində biliyin
keyfiyyətinin
qiymətləndirilməsinin
üsullarına və təhsil sisteminin
yaxşılaşmasına yönəlmişdir. Bolonya prosesində ali təhsilin 3 pilləsi həyata
keçirilir:
- Bakalavr dərəcəsi;
67
- Magistr dərəcəsi;
- Doktorantura dərəcəsi.
Respublikamız da bu prosesə qoşulmaq üçün 2004-cü ildə ilk
addımlarını atmağa başladı. 2005-ci ilin may ayının 19-da Norveçin Berqen
şəhərində keçirilən konfransda Azərbaycan Bolonya prosesinin həqiqi üzvü
seçilmişdir.
Azərbaycanın bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil
məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsinin, müasir
attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunmasıdır.
Azərbaycanda Bolonya prosesi bir neçə təhsil ocağında tətbiq olunur ki, bunun
da uğurlu nəticələri görünür. Məsələn, Bakı Dövlət Universiteti, Xəzər
Universiteti, Qafqaz Universiteti kimi ali təhsil olcaqları bu təhsil sistemindən
uğurla istifadə edirlər.
Kitabxanaşünas-biblioqraf ixtisasının bakalavr hazırlığının məzmununa
və səviyyəsinə qoyulan minimum dövlət tələbləri 2009-cu ildə dövlət
standartında öz ətraflı şərhini tapmışdır. 2009-cu ildə təsdiq edilmiş dövlət
standartında kitabxanaşünas-biblioqraf kadr hazırlığı üzrə fənlər aşağıdakı
bölgülər üzrə qruplaşdırılmışdır:
Dostları ilə paylaş: |