Leyla ABASOVA
Bakı Dövlət Universitetinin
“Kitabşünaslıq və nəşriyyat işi”
kafedrasının müəllimi
AZƏRBAYCAN KĠTABININ
FORMALAġMASINDA VƏ ĠNKĠġAFINDA
“AZƏRNƏġR”ĠN REDAKTORLARININ FƏALĠYYƏTĠ
Açar sözlər: kitab, “Azərnəşr”, nəşriyyat işi, redaktor.
Ключевые слова: книга, «Азернешр», издательское дело, редактор.
Keywords:
book ,
“Azernashr”, Publishing, editor.
Azərbaycan kitabının nəşrə hazırlanmasında, redaktə edilməsində
―Azərnəşr‖də
müxtəlif
dövrlərdə
işləmiş
redaktorların
fəaliyyəti
unudulmazdır. Çünki onlar kitabın dil və üslubunun formalaşmasında gərgin
əmək sərf edirlər. Bunu respublikamızdakı, xüsusilə ―Azərnəşr‖də fəaliyyət
göstərən redaktorların nümunələrində aydın görürük.
―Azərnəşr‖də işləyən redaktorlar sırasında vaxtilə baş redaktor
vəzifəsində işləmiş M.Əfəndiyevin xüsusi yeri və rolu olmuşdur. O,
―Azərnəşr‖in fəaliyyəti haqqında dəfələrlə respublika mətbuat orqanlarında
maraqlı yazılarla yadda qalmışdır. Bu mənada M.Əfəndiyevin ―Kommunist‖
qəzetində (1972-ci il 25 yanvar) ―Azərnəşr‖ – 72‖ başlıqlı yazıda Azərbaycan
Teleqraf Agentliyinin müxbirinin suallarına cavab verdiyi diqqəti cəlb edir. O,
1972-ci ildə K.Marksın, F.Engelsin bir sıra əsərlərinin, N.Nərimanovun
məqalə və nitqlərindən ibarət ikicildliyinin çap ediləcəyini qeyd edir.
―Azərnəşr‖ – 72‖ adlı yazıdan məlum olur ki, ―Azərnəşr‖in 1972-ci il tematik
planında ictimai-siyasi, istehsalat-texniki, kənd təsərrüfatı, bədii ədəbiyyat və
ədəbiyyatşünaslıq, rus klassik yazıçılarının, şairlərinin əsərlərinin Azərbaycan
dilində nəşrinə geniş yer verilir.
Bu cür səmərəli işlədiyinə görə redaktorların fəaliyyəti respublikamızın
hökuməti tərəfindən daim diqqət mərkəzində olmuş, vaxtaşırı onların əməyi
yüksək qiymətləndirilmişdir. Məsələn, 1975-ci ildə respublikada kitab nəşri
işinin inkişafında xidmətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50
illiyi ilə əlaqədar olaraq nəşriyyatının işçilərinə Azərbaycan SSR Fəxri
adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
Fərmanı olmuşdur. Fərmanda deyilir: ―Respublikada kitab nəşri işinin
inkişafında xidmətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi ilə
əlaqədar olaraq aşağıdakılara fəxri adlar verilsin:
78
Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi: Ağayev Əsgər Şərbətəli
oğlu – böyük redaktor, Əliyeva Əminə Pirəli qızı – korrektor şöbəsinin müdiri,
Əliyeva Ariadana Sergeyevna – redaktor, Balakişiyev Məzahir Əbdülsəlim
oğlu – texniki tərtibat şöbəsinin müdiri, Azərbaycan SSR Əməkdar
poliqrafçısı – Hüseynov Sabir Həsən oğlu – 26 Bakı komissarı adına
mətbəənin stereotipçisi.
Nəşriyyat işçilərinin fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Məsələn,
Əsgər Şərbətəli oğlu Ağayevin fəaliyyəti bu mənada diqqəti cəlb edir. O,
1959-cu ildən ―Kommunist‖ qəzetində məsul katibin müavini, 1968-ci ildən
―Azərnəşr‖də məsləhətçi redaktor, Böyük redaktor vəzifələrində çalışmışdır.
Kamil tərcüməçi olan Əsgər Ağayev bir sıra məqalələrin müəllifi, bədii, siyasi,
ictimai kitabların tərcüməçisi və redaktoru olmuşdur. Təkcə 1975-ci ildə onun
redaktəsi ilə 15 adda, təxminən 100 ç.v. həcmində kitab nəşr edilmişdir.
Yüksək əmək göstəriciləri əldə etdiyinə görə ona 1973-cü ildə ―Sosializm
yarışının qalibi‖ döş nişanı, Dövlətnəşrkomun iki ―Fəxri Fərmanı‖ və bir sıra
pul mükafatları verilmişdir. Əsgər Ağayeveyni zamanda respublika kitab nəşri
işinin inkişafında xidmətlərinə görə, Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi
ilə əlaqədar olaraq Əməkdar mədəniyyət işçisi kimi fəxri ada layiq
görülmüşdür.
Respublikada kitab nəşri işinin inkişafı sahəsində çoxillik səmərəli
fəaliyyətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi ilə əlaqədar
olaraq aşağıdakılar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri
fərmanı ilə təltif edilmişdir: Hüseynova Səkinə Məmmədsadıq qızı – redaktor,
Gülüşova Münəvvər Ağası qızı korrektor, İsgəndərzadə Mustafa Namaz oğlu
– redaksiya müdiri, Kamenova Tamara Alekseyevna – Qızıl Şərq Mətbəəsi
istehsalat şöbəsinin rəisi, Quliyev Məmmədhəsən Mütəllib oğlu – bədii
redaktor, Kuramşina -Güləhmədova Rasimə Şükürovna – istehsalat şöbəsinin
müdiri, Nəsirov Nəriman Qüdrət oğlu – redaksiya müdiri, Rüstəmzadə Vilayət
Məmməd oğlu – redaksiya müdiri və s.
Araşdırmalar göstərir ki, ―Azərnəşr‖də redaktorlar, korrektorlar böyük
həvəs və səylə çalışmışlar. Onların hər birinin öz əmək yolu, çap olunan
kitablarda adları və nəcib zəhmətləri vardır. Belələrindən biri də Zenfira
Ağayevadır. O, 1959-cu ildən ―Azərnəşr‖də işləməyə başlamışdır. İlk dəfə
Zenfira Ağayeva mətn oxucusu kimi qəbul olunmuşdur. Bir neçə il işlədikdən
sonra onu korrektor keçirmişlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu
bitirmiş Zenfira Ağayeva neçə-neçə kitabların səhvsiz və nəfis çıxmasında
xidməti az deyildir. O, söz düşəndə deyirdi: ―Bizim işimiz maraqlı və
məsuliyyətlidir. Hər bir kitabın səhvsiz, təmiz, səliqəli çıxması üçün biz
hamıdan çox diqqətli olmalıyıq. Hər dəfə hazır kitabı ələ alarkən biz nə qədər
həyəcan keçiririk [1, 23].
79
Nəşriyyatın çap məhsulunun keyfiyyətli olması, oxucuların rəğbətini
qazanması redaktorların fəaliyyəti ilə sıx əlaqədardır. Araşdırmalar göstərir ki,
―Azərnəşr‖də çox zəhmətkeş, təcrübəli, savadlı, bilikli redaktorlar çalışmışlar.
Belə qabiliyyətli redaktorlardan biri Əkbər Mirzəyev hesab edilir.
―Azərnəşr‖in Böyük redaktoru Əkbər Mirzəyev yüksək biliyə, bacarığa, iş
təcrübəsinə malik olan redaktorlardan biridir. Məlumdur ki, bu mühüm
keyfiyyətlər obyektivlik meyarının ayrılmaz tərkib hissələridir. Redaktor bu
meyarın komponentlərinə nə qədər dərindən yiyələnərsə, bir o qədər onun iş
üsulu təkmilləşər. Əlyazması keyfiyyətli işlənər. Müəllifi inandırma metodu,
məntiqi güclü olar. ―Azərnəşr‖in böyük redaktoru Əkbər Mirzəyev bu
keyfiyyətləri uzun illərin təcrübəsi sahəsində qazanmışdır. 1980-ci illərdə o, öz
bilik və təcrübəsini gənclərdən əsirgəmir, gündəlik iş prosesində onlara
yaxından kömək edirdi. Araşdırmalar göstərir ki, redaktor Əkbər Mirzəyev 50
ilə yaxındır ki, mətbuat sahəsində fəaliyyət göstərmişdir. Onun müxtəlif illərdə
―Yeni yol‖, ―Gənc işçi‖, ―Azərbaycan kolxozçusu‖, ―Müəllim qəzeti‖,
―Kommunist‖, ―Şərq qapısı‖ qəzetlərində saysız-hesabsız məqalələri çıxır.
Vaxtilə, 1930-cu illərin əvvəllərində gənc müxbir kimi fəaliyyətə başlayır,
―Ə.Hicri‖, ―Ə.Tehrani‖, ―Ə.M.‖, ―Ə.Heydəroğlu‖ kimi gizli imzalarla
qəzetlərdə müntəzəm çıxış edən Ə.Mirzəyev, sonralar ―Kommunist‖ qəzetinin
―Məktublar‖, ―Sənaye‖, ―Kənd təsərrüfatı‖, ―Mətbuat xülasəsi‖ şöbələrinə,
―Şərq qapısı‖ qəzetinə, ―Azərbaycan məktəbi‖ jurnalına, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi Təbliğat və Təşviqat şöbəsinin
mətbuat bölməsinə başçılıq edib. O, ayrı-ayrı illərdə keçmiş SSRİ-nin paytaxtı
Moskva şəhərində mərkəzi qəzet redaktorları kurslarında, Sov.İKP MK
yanında, Ali Partiya Məktəbində və Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında təhsil almışdır [2,
22-23].
...Ə.Mirzəyev əlyazma üzərində işlərkən vaxtla hesablaşmır. O, sanki
əlyazması üçün daxili bir narahatlıq duyur, onun üzərində redaktor
əməliyyatlarını tez başa çatdırmağa çalışır. Bir dəfə gənc bir redaktor kimi
onun səbəbini ondan soruşduqda bildirdi ki, orijinal əsər üzərində redaktə işi
nə qədər tez başa çatdırılsa, əsərin məzmunu, ümumi kompozisiyası bir o
qədər keyfiyyətli olar. Çünki redaktor yaddaşı korşalmamış əlyazmasındakı
təkrarları bu zaman tez tapıb təshih edə bilər. Əlyazması üzərində iş
uzadıldıqda, yaxud əlyazması yarımçıq qaldıqda isə redaktorun özündən asılı
olmayaraq qarşıya müəyyən çətinliklər çıxır, ya təkrarlar gözdən və
hafizəsindən yayınır, ya da əlyazmasının keyfiyyəti nisbətən aşağı səviyyədə
olur [2, 22-23].
Əkbər Mirzəyev nəşriyyatda orijinal ədəbiyyata nisbətən tərcümə
kitabları üzərində daha çox işləyirdi. Məlumdur ki, tərcümə ədəbiyyatını
redaktə etmək zəngin bilik və təcrübə ilə yanaşı, həm də xüsusi məharət tələb
80
edir. Əgər bədii ədəbiyyat tərcüməsi zamanı redaktordan tam dəqiqlik tələb
olunmursa, burada yalnız tərcümə olunacaq cümlənin bu və ya digər şəkildə
müxtəlif variantlarını vermək olursa, ictimai-siyasi ədəbiyyatın tərcüməsi
ondan tamamilə fərqlənir. Belə ki, redaktor ictimai-siyasi mətn üzərində
işlərkən hər şeydən əvvəl tərcümə dilini mükəmməl bilməli, həmin mətnin
təhrif olunmasına, terminlərin qarşılıqlarının tapılmasına, cümlə daxilində
sözlərin düzülüşünə, konkretliyə çalışmalıdır. Ə.Mirzəyev məhz bu
keyfiyyətləri əsas tutaraq tərcümə ədəbiyyatı üzərində xüsusi səylə çalışır.
Məhz elə buna görə də, ən çətin əsərlərin redaktəsi ona həvale olunurdu. Onun
redaktəsi ilə 1980-ci illərdə nəşr olunmuş akademik Lebedevin ―SSRİ dünya
siyasətində‖, ―Partiya təhsilinin metodikası‖, N.Tixinovun ―Nitqləri və
məqalələri‖ kitabları buna misal ola bilər [2, 22-23].
1970-1980-ci illərdə ―Azərnəşr‖də çalışan redaktorlar öz ixtisaslarını
sevir, bilik və bacarıqlarını nəşriyyatın çapdan buraxdığı nəşrlərdə ifadə
etməyə səy göstərirdilər. Apardığımız tədqiqatlardan məlum olur ki, 1970-
1980-ci illərdə ―Azərnəşr‖də çox işgüzar, tanınmış redaktorlar işləmişdir.
―Azərnəşr‖də böyük zəhməti olan redaktorlardan biri də Mehdiyeva
Həlimə Kazım qızıdır. O, Xaçmaz rayonunun Xudat kəndində dünyaya göz
açıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil
olur. 1980-ci ildə Radio-televiziya ixtisası üzrə təhsilini bitirib, təyinatını
1981-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı – ―Azərnəşr‖ə alır. Əvvəlcə
Korrektura şöbəsində təcrübə toplamaq üçün işləyir və altı aydan sonra
Həlimə Mehdiyevanı İctimai-siyasi şöbəyə kiçik redaktor təyin edirlər. O vaxt,
yəni 1981-ci ildə İctimai-siyasi şöbəyə Tofiq Quliyev rəhbərlik edirdi. Həlimə
Mehdiyeva o illəri belə xatırlayır:
Mən ―Azərnəşr‖ə təyinat alıb gələndə nəşriyyatın direktoru Mustafa
Əfəndiyev idi. Amma sonralar Nazim Novruzov, Əjdər Xanbabayev və Azər
Mustafazadə kimi tanınmış insanların direktorluq etdiyi ―Azərnəşr‖də
çalışaraq zəhmətimlə ucalmağa başladım.
Universiteti yenicə bitirib təyinatla ―Azərnəşr‖ə işləməyə gələn
Mehdiyeva Həlimə Kazım qızı nəşriyyatın tanınmış redaktorlarları ilə çiyin-
çiyinə çalışır. Bunlardan Əsgər Ağayev (redaktor), Əkbər Ağayev (redaktor),
Ağababa Rzayev (redaktor), Xasay Vəzirov (redaktor), Əmir Mustafayev
(Bədii ədəbiyyat şöbəsinin müdiri), Tofiq Quliyev (İctimai-siyasi şöbənin
müdiri), Şamil Rasizadə (redaktor), Mirzəyeva Səyyarə (redaktor), Nəriman
Nəsirov (Bədii tərtibat şöbəsinin müdiri) və s.
1980-ci ilərdə ―Azərnəşr‖də əsas redaksiyalardan ―Siyasi ədəbiyyat‖
(müdir: Tofiq Quliyev, sonralar isə Tofiq Babayev), ―Bədii ədəbiyyat‖ (müdir:
Əmir Mustafayev, sonralar Əlfi Qasımov), ―Elmi-kütləvi‖: səhiyyə, tibb və s.
(müdir: Aişə Tahirova), ―Kənd təsərrüfatı‖ (Fərhad Fərəcov), ―Sifariş
ədəbiyyatı‖ (pullu) və s. fəaliyyət göstərirdi.
81
H.Mehdiyeva 1986-cı ildən 1993-cü ilə kimi ―Kitablar aləmində‖
jurnalının müxbiri və həm də bu illərdə jurnalın ―Kitab nəşri məsələləri‖
şöbəsinə müdir təyin olunub.
İctimai-siyasi şöbədə 1980-ci illərdə kitablar müxtəlif seriyalarla
çapdan buraxılırdı. Bunlardan misal olaraq: ―Böyük Vətən müharibəsi‖,
―Azərbaycanın maarifpərvər qadınları‖, ―Represiya qurbanları‖, ―Sosialist
əməyi qəhrəmanları‖, ―Sovet qəhrəmanları‖ və s. göstərmək mümkündür.
Məhz bu seriyada nəşrə hazırlanan kitabların hər birində Həlimə
Mehdiyevanın zəhməti böyük olmuşdur.
H.Mehdiyeva 1993-cü ildən 2002-ci ilə qədər ―Azərnəşr‖də Ümumi
şöbənin və Kadrlar şöbəsinin müdirini vəzifəsində çalışıb; 2002-ci ildən
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyəsət Heyətinə Baş mütəxəssis
(bu günə kimi orada çalışır) təyin olunur.
―Azərnəşr‖də böyük zəhməti olan redaktorlardan biri Solmaz
Mirkişiyeva hesab edilir. O, Azərbaycan Dövlət Universitetinin Jurnalistika
fakültəsində təhsil aldığı illərdə işləmək arzusunda olmuşdur. Onun bu arzusu
həyata keçmiş, təhsil ala-ala ―Azərnəşr‖də texniki redaktor vəzifəsində
çalışmışdır. Solmaz Mirkişiyevanın texniki redaktor olduğu kitablar saysız-
hesabsızdır. Məlum olur ki, 1967-ci ildən etibarən Solmaz Mirkişiyeva
mükəmməl bir texniki redaktor kimi fəaliyyətə başladı. Həmin il onun ömür
kitabında yeni bir səhifə açdı. O il görkəmli Azərbaycan şairi Molla Pənah
Vaqifin anadan olmasının 250 illiyi keçirilirdi. Şairin əsərlərinin texniki
redaktorluğu Solmaz Mirkişiyevaya tapşırıldı. Yüksək bədii və texniki
tərtibatına görə həmin kitablar şairin yubileyi münasibətilə keçirilmiş
Zaqafqaziya müsabiqəsində diploma layiq görüldü. Sonralar onun redaktəsi ilə
çapdan çıxmış ―Sovet Sosialist Respublikaları İttifaqı Konstitutsiyası‖ və
―Azərbaycan SSR Konstitutsiyası‖ kitabları da Respublika müsabiqəsində
mükafata layiq görüldü. Onun redaktəsi ilə bir sıra miniatür kitablar da çapdan
buraxılmışdır. Miniatür kitabların redaktəsinə görə o, Azərbaycan SSR
Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur [3, 33-34].
Bəli, Böyük texniki redaktor Solmaz Mirkişiyeva 30 ildən artıq
Azərbaycan Dövlət Nəşriyyatında çalışmışdır. Bu illər onu çox sınaqlardan
çıxarıb. Çətinliklərdən qorxmayıb, sənətinin vurğunu olub. Gözlərindən zərrə-
zərrə nur, həyatından günlər, illər bəxş edib kitablara [3, 34].
―Azərnəşr‖də çalışan böyük redaktorların əksəriyyəti müxtəlif
redaksiyalarda işləsə də, məqsədləri bir olub: nəşriyyatın kitabları keyfiyyətli,
məzmunlu, oxucuların rəğbətini qazanan olsun. Bu cür redaktorlar sırasında
―Azərnəşr‖in ―Bitkiçilik ədəbiyyatı redaksiyası‖nın müdiri (1984) Qasım
Fərəcov, ―Azərnəşr‖in ―Bitkiçilik ədəbiyyatı redaksiyası‖nın redaktoru Adil
Abdullayev, ―Kənd təsərrüfatı ədəbiyyatı redaksiyası‖nın böyük redaktoru
Elman Əliyev belə redaktorlardan hesab edilir. Bu cür zəhmətkeş, bilikli,
82
təcrübəli redaktorlar öz fikir və ideyalarını, iş təcrübələrini yaymaq məqsədilə
də, müxtəlif dövri mətbuat səhifələrində, xüsusilə ―Kitablar aləmində‖
jurnalında məqalələrlə çıxış edirdilər. Məsələn, Elman Əliyevin ―Kitablar
aləmində‖ jurnalının 1982-ci il 3-cü sayında (səh. 23-24) ―Müəllif, rəyçi,
nəşriyyat‖ başlıqlı məqalə ilə çıxış edir. O, bu məqaləsində müəllif, rəyçi və
nəşriyyat münasibətlərinə dair öz maraqlı fikir və mülahizələrini yazır.
Məsələn, onun aşağıdakı fikri maraq doğurur:
Ölkəmizdə bütün kitablar üçün qabaqcadan (satışı gözləmədən) dövlət
(ümumxalq) vəsaiti hesabına müəllif qonorarı verilir. Bu vəsait mücərrəd
pullar deyildir, el demişkən ―yerdən çıxmır‖ deməli, oxucuya yaxşı olmayan
kitab verməyə və ya buraxılmasında iştirak etməyə bizim sadəcə olaraq
ixtiyarımız yoxdur. Müəllif də, rəyçi də, nəşriyyat da bunu daim diqqət
mərkəzində saxlamalıdırlar [4, 23].
―Azərnəşr‖in redaktorları sırasında Azərbaycanın çox görkəmli
yazıçıları, şairləri, pedaqoqları da olmuşdur. Bu cür yüksək səviyyəli
redaktorlardan biri də Cəmil Əlibəyov hesab edilir. Cəmil Əlibəyov
Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru vəzifəsində səmərəli fəaliyyət
göstərmiş, Azərbaycan kitabının təbliği və yayılmasına kömək məqsədilə
dövri mətbuat səhifələrində maraqlı və əhəmiyyətli elmi-təcrübi xarakterli
məqalələrlə çıxış etmişdir. Məsələn, onun ―Görən göz və döyünən qəlb‖ [5, 2-
3] adlı məqaləsi bu mənada maraq doğurur. O, məqaləsində yazır ki, kitaba
olan tələbat, həmçinin bu tələbatın operativ surətdə ödənilməsi, ideya və
praktik istiqamətin tamamilə sinfi mövqedən müəyyən edilməsi, hər cür
şüarçılığın və boşboğazlıqdan uzaq, əməli əhəmiyyət kəsb edən əsərlər
buraxılması nəşriyyatın idarə mexanizmini yenidən qurmağı tələb edir‖ [5, 2-
3]. Vaxtilə ―Azərnəşr‖in Aqrosənaye ədəbiyyatı redaksiyasının redaktoru
işləmiş (indi ―Gənclik‖ nəşriyyatının direktoru), Adil Abdullayevin redaktor
kimi redaktor vəzifəsi, kitab nəşri problemlərinə aid də maraqlı məqalələri
dərc edilmişdir. Bu mənada A.Abdullayevin ―Kitablar aləmində‖ jurnalında
―Kənd və kitab‖ rubrikasında iqtisadçı və ərzaq proqramı adlı məqaləsi
resenziya xarakteri daşıyır. Qarşıda duran əzəmətli vəzifələrin müvəffəqiyyətlə
yerinə yetirilməsi işində digər mütəxəssislərlə bərabər, iqtisadçıların da
üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan iqtisad elmləri doktoru Ramil
Əliyevin Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap edilmiş ―İqtisadçı və
ərzaq proqramı‖ kitabının aktual bir məsələyə həsr edilməsi, kitabın ideya
istiqaməti haqqında Adil Abdullayevin yazdığı məqalə maraq doğurur.
Məqalədə oxuyuruq: diqqətəlayiq haldır ki, kitabda şərh edilmiş məsələlər biri
digərini tamamlayır, irəli sürülən faktlar nəzəri cəhətdən əsaslandırılır‖ [6, 3-
4].
―Azərnəşr‖ ölkədə baş verən ictimai-siyasi hadisələr, yubileylər,
ədəbiyyat və incəsənət ongünlükləri və s. tədbirlərdə iştirak edir, bu tədbirlərə
83
öz münasibətini kitab nəşri ilə bildirirdi. Məsələn, Moskvada keçiriləcək
Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü münasibətilə nəşriyyat
Azərbaycan yazıçılarının əsərlərinin tərcümə və nəşr edib paytaxtımızın geniş
oxucu kütləsinə çatdırmaq vəzifəsini üzərinə götürmüş ən böyük nəşriyyat
idarəsi kimi fəaliyyət göstərirdi. ―Azərnəşr‖in xəttilə ongünlüyə müasir
Azərbaycan yazıçılarının 47 kitabının getməsi nəzərdə tutulurdu. Şeir, poema,
hekayə, roman və pyeslərdən ibarət bu kitabların ümumi həcmi 460 ç.v. idi.
H.Orucəlinin ―Azərnəşr‖ ongünlüyə necə hazırlaşır adlı məqaləsində
göstərilirdi ki, ―Azərnəşr‖ bunlardan indiyə kimi 200 ç.v. miqdarında müxtəlif
əsər nəşr etmişdir. Halbuki respublikamızın incəsənət və ədəbiyyat təşkilatları,
Azərbaycan mədəniyyətinə böyük baxış olan ongünlüyə bir ildən çoxdur ki,
hazırlıq aparır. Vaxta üç ay qaldığına baxmayaraq, bu müddətdə ―Azərnəşr‖
280 ç.v. həcmində, yəni 25-dən çox kitab nəşr etməlidir.
―Azərnəşr‖in rəhbərləri çap işlərinin ləngiməsinə mane olan səbəblərin
yalnız son aylarda tamamilə aradan qaldırıldığını, ―Azərnəşr‖in bütün
redaksiya və mətbəə imkanlarının səfərbərliyə alındığını bildirirlər [7].
Azərbaycan Dövlət Nəşriyyatı ildən-ilə öz nəşriyyatçılıq fəaliyyətini
genişləndirirdi. Bu dövrdə işləyən və öz işi ilə tanınan, hörmətlə adı çəkilən
baş redaktorlardan biri də Qılman İlkin olmuşdur. O, 1952-ci ildə
―Azərnəşr‖də baş redaktor vəzifəsində çalışmışdır. ―Azərnəşr‖in Baş redaktoru
Qılman Musayevin ―Sovet kəndi‖ qəzetində (1961-ci il 3 yanvar) ―Azərbaycan
Dövlət Nəşriyyatı 1961-ci ildə‖ adlı məqaləsində oxuyuruq: Azərbaycan
Dövlət Nəşriyyatı 1961-ci ildə 325 addan ibarət 2.031 ç.v. həcmində müxtəlif
ədəbiyyat çap edəcəkdir. Oxucular siyasi, kənd təsərrüfatı, elmi-kütləvi
kitablar, plakat və s. rəngli reklam materialları alacaqlar.
1961-ci ildə nəşriyyatın ictimai-siyasi ədəbiyyat şöbəsi üzrə 78 kitab
buraxılacaqdır. Bunların içərisində marksizm klassiklərinin əsərləri ilə yanaşı,
fəlsəfəyə, iqtisadiyyata, konkret iqtisadiyyata aid bir sıra maraqlı kitab və
kitabçalar vardır.
―Azərnəşr‖in Baş redaktoru Qılman Musayev məqaləsində qeyd edir
ki, keçən illərdən fərqli olaraq bu il müasir mövzuya həsr olunan ədəbiyyat
böyük yer tutur.
1958-ci ildə İlyas Tapdığın Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında
(indi ―Gənclik‖) redaktor kimi fəaliyyətə başlaması onun ədəbiyyat və
tərcüməçilik sahəsindəki fəaliyyətinə müsbət təsir göstərmiş və digər tərəfdən
şairin redaktor kimi formalaşmasında da əsas rol oynamışdır.
İlyas Tapdıq aşağıda adları çəkilən şair və yazıçıların ilk kitablarının
redaktoru olmuşdur: C.Novruz, İ.Coşqun, T.Bayram, M.Günər, F.Mehdi,
F.Sadiq, Y.Həsənbəy, T.Mahmud, H.Ziya, M.İsmayıl, M.Aslan, M.Yaqub,
O.Rza, Ə.Salahzadə, E.Borçalı, M.Süleymanlı, S.Rüstəmxanlı, V.Rüstəmzadə,
Zahid
Xəlil,
V.Nəsib, D.Nəsib,
A.Laçınlı, Ə.Əhmədova, Ə.Nicat,
84
R.Əhmədzadə, Ə.Elbrus, Ə.Əhməd, D.Gədəbəyli, Balasadıq, R.Nuray,
Ş.Salmanov, Ağasəfa, Ş.Rza, Ə.İncəli, M.Şükür, M.İsgəndərzadə, Ş.Aslan,
M.Kazım, Ə.Saləddin, H.Mahmud, M.Əliyeva, A.Abdullazadə, S.Səxavət,
Rübail, Ə.Fərzəli, Ə.Rza, H.Rzayeva, F.Şimşək, Ş.Dəlidağ, A.Vəfalı, Q.Əziz,
Ə.Muxtar, A.Rəsul, O.Şamil, Z.Ağayeva, A.Kəmalə, Z.Mahmudov,
T.Şahdağlı, V.Yusif, Q.Cahani, Mənzərə, M.Qudyalçaylı, Ə.Muradxanlı,
M.Fitrət, Rafiq Musa, A.Arabaçı, S.Şeyda, S.Sərvi və b. [8, 277].
O, özünün ədəbi yaradıcılığında bir neçə istiqamətdə müvəffəqiyyət
əldə etmişdir. Xüsusilə uşaq ədəbiyyatı və tərcümə ədəbiyyatı sahəsində onun
nailiyyətləri olduqca böyükdür. O, respublikamızda edilən uşaq dövri mətbuatı
ilə sıx əlaqədə olması onun ədəbi yaradıcılığına daha da güclü təsir etmiş və
müxtəlif xalqların görkəmli uşaq ədəbiyyatı yazıçılarının əsərlərini ana
dilimizə tərcümə etmiş və çapdan buraxmışdır. Bu mənada İlyas Tapdıq özünü
peşəkar uşaq ədəbiyyatı tərcüməçisi kimi tanıda bilmişdir. Robert Bernis, Yan
Raynis, Fyodor Tutçev, Abay Kunanbayev, Lesya Ukrainka, Mixail Stelmax,
Mixail Zoşşenko, E.Mejelaytis, Aybek, Uyğun, Zülfiyyə, Valentin Berestov,
Kayum Tanrıquliyev və başqa görkəmli şair və yazıçılardan etdiyi tərcümələr
Azərbaycan oxucusunun, xüsusilə uşaq və gənclərin sevimli kitablarıdır [8,
277-278].
Araşdırmalar göstərir ki, İlyas Tapdıq öz ədəbi yaradıcılığı və
tərcüməçilik fəaliyyəti ilə Azərbaycan kitabını zənginləşdirmiş, kitab nəşri
mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Onun redaktə etdiyi
kitabları əsasən üç qrupa bölmək olar: 1) Tərcümə ədəbiyyatı; 2) Uşaqlar
ədəbiyyatı; 3) Şeirlər və nəsr əsərləri.
Həmçinin, Azərbaycanda redaktor fəaliyyəti araşdırılarkən məlum olur
ki, İlyas Tapdıq ən məhsuldar redaktorlardan biridir və o, fəaliyyəti dövründə
çox sayda əsərləri tərcümə etmiş və kitablar, kitabçalar şəklində çapdan
buraxmışdır. Onun ―Gənclik‖ nəşriyyatında redaktor kimi işləməsi İlyas
Tapdığın peşəkar redaktora çevrilməsinə də güclü təsir göstərmişdir. Təkcə,
belə bir faktı göstərə bilərik ki, 800-ə qədər şeir, hekayə və tərcümə kitablarını
redaktə etmişdir [8, 277-278].
Məlumdur ki, 1960-cı illərdə ―Gənclik‖ nəşriyyatı Azərbaycan Dövlət
Nəşriyyatı – ―Azərnəşr‖lə birləşir. Həmin illərdə İlyas Tapdıq Azərbaycan
Dövlət Nəşriyyatı – ―Azərnəşr‖də bir tanınmış redaktor kimi müxtəlif yazıçı
və şairlərin əsərləri üzərində işləyib onları çapa hazırlayır. Məsələn: İbrahim
Kəbirli ―Adsız adam‖ (Azərbaycan Dövlət Nəşriyyatı, 1961), Xəlil Rza
―Mənim günəşim‖ (Azərbaycan Dövlət Nəşriyyatı, 1963), Hüseyn
Hüseynzadə ―Torpaq eşqi‖ (Azərbaycan Dövlət Nəşriyyatı, 1964), Məmməd
İbrahim ―Anamdan yadigar nəğmələr: şeirlər və poema‖ (Azərbaycan Dövlət
Nəşriyyatı, 1966) və s.
85
―Azərnəşr‖in redaktorlarının fəaliyyətindən, yaradıcı və gərgin
əməklərindən söhbət gedərkən ―Azərnəşr‖in lüğətlər və məlumat ədəbiyyatı
redaksiyasının müdiri fəl.e..dok.Vəli Məcidovun adını xüsusilə qeyd
etməliyik. O, redaksiya müdiri kimi nəşriyyatın fəaliyyətinə, kitab nəşrinə,
redaktə işinə, redaktorların fəaliyyətinə aid çox maraqlı məqalələr yazaraq
dövri mətbuat səhifələrində ardıcıl və sistemli şəkildə çıxış edirdi.
―Azərnəşr‖in ən zəhmətkeş redaksiya müdirlərindən biri də Yaqub Hacıyev
olmuşdur. O, redaktor, redaksiya müdiri və nəhayət ―Azərnəşr‖in baş
redaktorunun müavini kimi vəzifələrinə qədər yüksəlmişdir. O, tez-tez,
vaxtaşırı respublika mətbuatında nəşriyyatın fəaliyyətilə bağlı müxtəlif səpgili
məqalələrlə çıxış edirdi. ―Ərzaq proqramı və kitab‖, ―Kənd zəhmətkeşləri
üçün‖ rubrikalarında onun çox sayda məqalələri ―Kitablar aləmində‖
jurnalında dərc edilmişdir.
1970-1980-ci illərdə nəşriyyat öz fəaliyyətini daha da genişləndirmiş,
respublika nəşriyyat sistemində aparıcı, əsas mövqeyə malik olmuşdur.
Nəşriyyatın kitab məhsulunun elmi səviyyəsinin, məzmununun,
tərtibatının yaxşı olmasına, dövrün tələblərinə cavab verməsinə kömək edən
redaksiyaların, redaksiya müdirlərinin rolunu da qeyd etmək lazımdır. Belə ki,
―Azərnəşr‖də bir sıra böyük redaksiyalar və xüsusilə onların müdirləri:
İctimai-siyasi və hüquq ədəbiyyatı (redaksiya müdiri: Hürümüz Tağızadə);
Dərsliklər və dərs vəsaiti (redaksiya müdiri: İsmayıl Zərgərli); Kənd təsərrüfatı
ədəbiyyatı (redaksiya müdiri: Yaqub Hacıyev); Elmi-kütləvi və tibb ədəbiyyatı
(redaksiya müdiri: İsmayıl Gözəlov); Neft sənayesi və texniki ədəbiyyat
(redaksiya müdiri: Tükəzban Əliyeva); Fizika-riyaziyyat və kimya ədəbiyyatı
(redaksiya müdiri: Suğra Məmmədxanlı); Bədii ədəbiyyat (redaksiya müdiri:
Məmməd Araz); Uşaq və gənclər ədəbiyyatı (redaksiya müdiri: Əzizə
Əhmədova); Musiqi və not ədəbiyyatı (redaksiya müdiri: Tofiq Bakıxanov);
Bədii tərtibat (redaksiya müdiri: Əmir Hacıyev); Texniki tərtibat (redaksiya
müdiri: Rəhman Hüseynov); Korrektor şöbəsi (redaksiya müdiri: Gövhər
Səfərəlibəyova); İstehsalat şöbəsi (redaksiya müdiri: Ağadadaş Quliyev) və b.
―Azərnəşr‖in kitab məhsulunun nəşrə hazırlanmasında, nəşr edilib
yayılmasında, məzmunlu və elmi səviyyəsinin yüksək olmasında xidmətləri
diqqətəlayiqdir.
Müxtəlif dövrlərdə ―Azərnəşr‖də öz işini sevən, bacarıqlı, dünyagörüşü
və elmi səviyyəsi yüksək olan redaktorlardan aşağıdakıların fəaliyyəti təqdir
olunmalıdır: Əli Səbri, Cəfər Bağır, Ələkbər Ziyatay, Səlim Cəfərov, Səlim
Əhmədov, Siyavuş Məmmədzadə, Zəkiyyə Qiyasbəyli, Mirzə Müştaq,
Məmməd İbrahim, Səkinə Hüseynova, Mehdi Mirkişiyev, Məleykə Quliyeva
və b. Ümumiyyətlə, ―Azərnəşr‖də müxtəlif vəzifələrdə çalışan və kollektivin
hörmətini qazanan nəşriyyat işçilərindən söhbət gedərkən qocaman poliqrafçı
Saleh Məmməd oğlu Salayevin fəaliyyətini xüsusilə qeyd etməliyik. Saleh
86
Məmməd oğlu Salayev 65 illik ömrünün 40 ilini nəşriyyat və poliqrafiya işinə
həsr etmişdir. Saleh 1926-cı ildə ―Azərnəşr‖in mətbəəsində işə qəbul olunur.
O, burada hesabdar, kalkulyator və sifariş şöbəsinin müdiri vəzifəsində çalışır.
Gənc Saleh qısa vaxtda öz işgüzarlığı və bacarığına görə kollektiv arasında
dərin hörmət qazanır. Bir qədər sonra isə ―Azərnəşr‖də işləməyə dəvət edirlər.
65 yaşlı Saleh ―Azərnəşr‖in bədii tərtibat redaksiyasında işləyir. Saleh Böyük
Vətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi əmək rəşadətinə görə SSRİ
Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 15 yanvar tarixli Fərmanına əsasən
―1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə‖
medalı ilə və Azərbaycan SSR Nazirlər Seveti yanında Mətbuat Komitəsinin
1966-cı il 20 may tarixli əmrinə görə ―Fəxri fərmanla‖ təltif olunmuşdur [9,
51].
Səlim Əhmədov Azərbaycanın kitabçılıq işində xüsusi yeri olan
tanınmış texniki redaktoru olmuşdur. O, ziyalı ailəsində tərbiyə almış, kiçik
yaşlarından kitaba olan böyük sevgisi onu məhz bu sahədə peşəkar texniki
redaktor olmağa sövq etmişdir [9, 309]. Səlim Əhmədov 1923-cü ildə Bakının
Balaxanı kəndində anadan olmuşdur. 1941-ci ilin aprel ayının 23-dən 26-lar
mətbəəsində (o zaman 26-lar mətbəəsi ―Azərnəşr‖in tərkibində idi) mürəttib
kimi əmək fəaliyyətinə başlayır. Arxa cəbhədə müdafiə işlərində göstərdiyi
fəallıqlarına görə Səlim Əhmədov 2 dəfə Respublika Ali Sovetinin Fəxri
Fərmanı (1968, 1985), ―Qafqazın müdafiəsi uğrunda‖, 1941-1945-ci illərdə
Böyük Vətən müharibəsində rəşadətli əməyə görə‖, 1941-45-ci illərdə Böyük
Vətən müharibəsində qələbənin ―Otuz illiyi‖, ―Qırx illiyi‖, ―Əlli illiyi‖
yubileyi medalları ilə təltif olunmuşdur.
Səlim Əhmədovun əmək fəaliyyətinin çox böyük hissəsi ictimai-siyasi
ədəbiyyatın, xüsusilə V.İ.Leninin əsərlərinin azərbaycanca nəşri ilə bağlı
olmuşdur. 1943-cü ildə V.İ.Leninin əsərlərinin IV nəşrinin birinci cildinin çapı
―Azərnəşr‖ə həvalə olundu [9, 310].
Müdiriyyət tərəfindən nəşriyyata təqdim olunmuş çoxcildli əsəri
yığmağı Səlim Əhmədova tapşırdılar. Bu, böyük etimad idi! Əvvəl o, mürəttib
kimi kitabların yığılmasında iştirak etmişdir. 1951-ci ildə S.Əhmədovu
Hökümə Sultanovanın sərəncamı ilə mürəttiblikdən texniki redaktor vəzifəsinə
keçirirlər və həmin ildən V.İ.Lenin 45 cildlik külliyyatın texniki redaktoru
olur.
S.Ə.Əhmədov 1964-cü ildə əsas işilə yanaşı, (yəni ―Azərnəşr‖in
texniki redaktoru) ―Göyərçin‖ (2005-ci ilə qədər), 1966-cı ildən isə ―Kitablar
aləmində‖ (1993-cü ilə qədər) jurnallarının texniki və bədii redaktoru
olmuşdur. ―Göyərçin‖ jurnalının tərtibatında fəal iştirakına görə ona jurnalın
nəşrə başlanmasının 10 illiyi münasibəti ilə respublika Ali Sovetinin Fəxri
Fərmanı verilmişdir. Səlim Əhmədov 1967-ci ildə SSRİ ―Mətbuat əlaçısı‖
adına layıq görülmüşdür [9, 310-311]. Qeyd etmək lazımdır ki, Səlim
87
Əhmədovun texniki tərtibat verdiyi kitablar diplomlara layiq görülmüşdür. O
cümlədən M.P.Vaqifin ―Əsərləri‖ (―Azərnəşr‖ - 1968), ―Azərbaycan
Kommunist Partiyası Sov.İKP-nin qabaqcıl dəstəidir‖, ―Sovet Azərbaycanı
SSRİ xalqlarının qardaşlıq ailəsində‖ kitabları (―Azərnəşr‖ – 1980) məhz I
dərəcəli diplomlara layiq görülmüşdür [9, 311].
V.İ.Leninin ―Azərnəşr‖də 1970-ci ilin mart ayında külliyatın IV
nəşrinin son cildi başa çatdı. Nəşriyyatın əməkdaşlarından M.Qasımov,
M.Quliyev,
S.Əhmədov,
S.Mirkişiyev
S.Mirzəyeva,
M.Muradova,
P.Məşədiyeva Ə.Əliyeva yubiley nəşrlərinin vaxtında və keyfiyyətlə nəşrə
hazırlanması üçün səylə çalışmışdılar. Bununla bağlı ―Azərnəşr‖in bir qrup
nəşriyyatçı və poliqrafçılarına fəxri adlar verildi. Həmin poliqrafçıların
sırasında Səlim Əhmədov da var idi. Beləliklə, 1970-ci ildə Səlim Əhmədov
―Əməkdar poliqrafçı‖ adına layiq görülür.
V.İ.Leninin seçilmiş əsərlərindən texniki tərtibat işinə başlayan Səlim
Əhmədov sonralar Karl Marksın, F.Engelsin Azərbaycan dilində çıxmış
əsərlərinin texniki redaktoru olmuşdur.
V.İ.Leninin əsərləri külliyyatının 55 cildliyinin (V nəşr) nəşrə
hazırlanmasında da Səlim Əhmədovun əməyi əvəzsizdir. Məhz bu 55 cildlik
tam əsərlər külliyyatının nəşrə hazırlanmasında və buraxılmasında xüsusi
xidmətləri olan bir qrup işçiyə Azərbaycan SSR fəxri adlar verilir. Bu
nəşriyyat işçiləri arasında Səlim Əhmədov da var idi [9, 312]. Səlim Əhmədov
Dostları ilə paylaş: |