75
2008-ci ildə «Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» imzalandı.(1)
Bu proqram ölkə kitabxanalarının dünya informasiya məkanına
inteqrasiyasının təmin edilməsi məqsədi ilə dövlət orqanları qarşısında konkret
vəzifələr qoydu.
Məhz
elə
həmin
ildən
etibarən
kitabxananın saytı yeni
avtomatlaşdırılmış idarəetmə sisteminə keçdi. Belə ki, saytın idarə olunması
işini asanlaşdırmaq məqsədi ilə Onlayn İdarəetmə Sistemi yaradıldı. Bu sistem
vasitəsilə sayt mütəmadi olaraq yenilənmiş, bütün sənədlər, məlumatlar
elektron formada serverə (hostinq) daxil edilmişdir. Sistem vasitəsilə sayta
560 meqabayt həcmində məlumat və təsvir yerləşdirilmişdi.
2009-cu ildə UNESCO-nun illik veblioqrafiyasında Mərkəzi Elmi
Kitabxananın saytı barədə məlumat dərc olundu.
2009-cu ildə həmçinin, kitabxananın elektron kataloqunun və daxili
Verilənlər Bazasının İnternet şəbəkəsində əlyetərliliyi təmin olundu.(3)
Artıq bir neçə ildir ki, kitabxana dünyanın irihəcmli informasiya
bazalarından EBSCO, İNTAS, SVİTS, İOP, APS və s.-dən istifadə etmək
imkanı əldə etmiş və internet vasitəsilə 500 mindən artiq elektron nəşri və el-
mi jurnalı oxuculara təqdim etmişdir. Bundan əlavə, kitabxananın elektron
kataloqunu internet istifadəçilərinə təqdim etmək məqsədi ilə ―WEB-İRBİS‖
proqramının sınaq variantı internetə qoşulmuş, ―WEB-İRBİS‖ proqram təmi-
natının interfeysi Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabxanada WEB-
Şlyuz İRBİS-64 proqramının təminatı istiqamətində HTTP Server
quraşdırılmış, Web-İrbis proqramı internetə buraxılmış, 8 elektron baza WEB-
Şlyuza qoşulmuşdur. (4)
Hal-hazırda kitabxanada avtomatlaşdırılmış rejimdə 100-ə yaxın
kompüter, 3 server və 13 şöbə fəaliyyət göstərir. Mövcud maddi-texniki baza
və ixtisaslaşmış kitabxanaçı kadrlar bütün kitabxananın və şöbələrin şəbəkə
rejimində işini təmin edir.
Ümumiyyətlə, Azərbaycan elminin dünyaya inteqrasiyasında və ən
qabaqcıl intellektual təcrübənin öyrənilməsində böyük xidmətləri olan AMEA
Mərkəzi Elmi Kitabxanası son illərdə öz elektron kataloqu ilə yeni kitabxana-
informasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi sahəsində mühüm
və əhəmiyyətli addımlar atmış-dünya və yerli elektron resursların
əlyetərliliyinin təmin olunmasının vəzifə və prinsiplərinə cavab verən bir
informasiya mərkəzinə çevrilmişdir.
Dostları ilə paylaş: