Bir sənətkar kimi yaradıcılığının ən qaynar dövrü Musiqili Komediya Teatrı ilə bağlıdır.
1942-1949, 1956-1961 və 1963-1974-cü illərdə bu teatrda müəyyən fasilələrlə baş rejissor, bədii
rəhbər və direktor işləyib.
Opera və Balet Teatrında baş rejissor və quruluşçu rejissor kimi Üzeyir bəy Hacıbəyovun
"Koroğlu" (1952), "Əsli və Kərəm" (1957), Zaxari Paliaşvilinin "Daisi" (1956), Süleyman
Ələsgərovun "Bahadır və Sona" (1961), İvan Dzerjinskinin "İnsanın taleyi" (1962), Vasif
Adıgözəlovun "Ölülər" (1963), Aleksandr Borodinin "Knyaz İqor" (1964), Coakkino Rossininin
"Sevilya bərbəri" (1964), Əfrasiyab Bədəlbəylinin "Söyüdlər ağlamaz" (1971) operalarını tamaşaya
hazırlayıb.
Şəmsi Bədəlbəylinin quruluşları forma və məzmun vəhdəti, kompozisiyanın sadəliyi,
partituranın dəqiq ifası, xor və rəqs nömrələrinin ifadəli bədii həlli ilə seçilib. Rejissorun həssas
musiqi duyumu və peşəkar tarzənliyi onun musiqi janrlı əsərlərin tamaşaya hazırlanmasında mühüm
rol oynayıb.
* * *
Teatrın 1925-1950-ci illər arasındakı fəaliyyəti dövründə əcnəbi rejissorlardan
M.Moyiseyev, A.Borisenko, A.Varlamaov, Arseni Ridal, Pyotr Tveretski, İ.Prostorov,
İ.Varfolomeyev, Nikolay Boqolyubov, M.Valentinov, Sergey Mayorov və başqaları bu kollektivdə
opera tamaşaları hazırlayıblar. Onlar əsasən dünya klassiklərinin operalarına quruluşlar veriblər.
Bunların içərisində A.Varlamovun "Mirvari axtaranlar" (Jorj Bize. 1925), "Madam Batterflyay"
(Cakomo Puççini. 1925), "Şahsənəm" (Reynqold Qlier. 1926), "Qartal qiyamı" (Andrey Paşşemco.
1929), İ.Varfolomeyevin "Qızıl xoruz" (Nikolay Rimski-Korsokov. 1932), İ.Prostorvun "Şahsənəm"
(1934), "Sakit Don" (İvan Dzerjinski. 1934), Nikolay Boqolyubovun "Leonqrin" (Rixard Vilhelm
Vaqner. 1936), "Kornevil zəngləri" (Rober Plaket. 1948), Viktor Rappoportun "İvan Susanin"
(Mixail Qlinka. 1940), Pyotr Tveretskinin "Qaratoxmaq qadın" (Pyotr Çaykovski. 1941), "Yeddi
çəpiş" (Marian Koval. 1941), "Ağıldan bəla" (Boris Zeydman. 1949), "Mazepa" (Pyotr Çaykovski.
1950), Naum Fridin "Siciliya gecələri" (1954) və "Traviata" (Cüzeppe Verdi. 1958), Arnold
Azrikanın "İolanta" (Pyotr Çaykovski. 1955) və "Manon Lesko" (Cakomo Puççini. 1956)
operalarına verdikləri səhnə təfsirləri teatrın yaradıcılıq tarixində nəzəri cəlb edən rejissor axtarışları
ilə səciyyəvidir.
Dəvətlə gəlmiş rejissorlardan moskvalı Pavel Zlotoqorovun "Monastırda nikah" (Sergey
Raxmaninov. 1960), gürcü Mixail Kvaliaşvilinin "Aida" (Cüzeppe Verdi. 1961), macar Bob
Massininin "Trubadur" (Cüzeppe Verdi. 1962) operalarına verdikləri quruluşlarda müəyyən rejissor
yenilikləri duyulurdu.
Ötən əsrin altmışıncı illərindən bugünədək teatrın aktyoru Ağababa Bünyadzadə "Şah
İsmayıl" (1967), rejissorlardan Firudin Səfərov "Qaratoxmaq qadın" (Pyotr Çaykovski. 1968), "Van
Qoq" (Nevit kodallı. 1992), Əli Yusubov "Aygün" (Zakir Bağırov. 1973), Ağakişi Kazımov "Gəlin
qayası" (Şəfiqə Axundova. 1974), Əflatun Nemətzadə "Knyaz İqor" (1975), "Cırtdan" (Nazim
Əliverdibəyov. 1978) operalarına məzmunlu quruluşlar veriblər.
Teatrın son illərdəki baş rejissoru Hafiz Quliyev bəstəkarlardan Süleyman Ələsgərovun
"Solğun çiçəklər" (1994), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (1995), Fikrət Əmirovun "Sevil"
(1998), Vasif Adıgözəlovun "Natəvan" (2004) operalarını, "Arşın mal alan" (1997) operettasını
tamaşaya hazırlayıb.
Dostları ilə paylaş: