İsmayıl Hidayətzadə
Aktyorluğa təzəcə başlayandan az sonra əsasən həvəskarların truppa
üzvləri ilə Mirzə Rza
Vaizzadənin "Səyavuş" (1919) faciəsini tamaşaya hazırlayıb. Milli Dram Teatrı 1920-ci ildə təkrar
dövlət statusu alanda onun truppasına aktyor götürülüb. On yeddi il həmin teatrda aktyor işləyib və
xarakterik rollarda böyük uğurlar qazanıb. Həmçinin rejissor assistenti, ikinci rejissor və quruluşçu
rejissor kimi fəaliyyət göstərib.
Uğurlu quruluşu Hüseyn Cavidin "Səyavuş" faciəsi sayılır (1936). "Koroğlu"nun
monumental quruluşundan sonra Opera və Balet Teatrına baş rejissor təyin olunub. Həmin tamaşa
bir il sonra Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında da göstərilib.
"Koroğlu"nun quruluşu opera teatrının yaradıcılıq iqlimində milliliyə doğru ciddi dönüş yaradıb və
opera rejissurasında yeni məktəbin özülünü qoyub.
Bundan sonra İsmayıl Hidayətzadə OBT-də Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan"
operettasma, "Vətən və cəbhə" (1941) birpərdəli vətənpərvərlik operasına, "Koroğlu" (rus di-lində.
1943), Müslüm Maqomayevin "Şah İsmayıl", Qara Qarayevlə Cövdət Hacıyevin "Vətən" (1945),
Jorj Bizenin "Karmen" (1945 və 1949), Əfrasiyab Bədəlbəylinin "Nizami" (1948), librettosu
tərcümə edilmiş "Anuş" (1941), Niyazinin "Xosrov və Şirin" (1942) operalarına, Əfrasiyab
Bədəlbəylinin "Qız qalası" (1940) baletmə quruluşlar verib. ADOBT-nin Azərbaycan heyətinin
formalaşmasında İsmayıl Hidayətzadənin xidmətləri çoxdur.
Aktyor yaradıcılığına görə Azərbaycan Respublikasının əməkdar artisti (25 aprel 1933) və
rejissor axtarışlarındakı nailiyyətləri üçün xalq artisti (4 dekabr 1938) fəxri adları ilə təltif olunub.
1938-1946-cı illər arası Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
İsmayıl Hidayətzadə milli rejissuramızda monumental teatr məktəbi yaradıcılarındandır. O,
rejissor təhsili görməmişdi, ancaq bu sənətə zəngin təcrübə, güclü həyat müşahidəsi, dərin biliyi ilə
yeniliklər gətirə bilib.
Tamaşanın kompozisiya bütövlüyünə, aktyor ansamblının vahidliyinə, rejissor fikrinin bədii
tərtibatda və musiqidə psixoloji təcəssümünə, orkestrin partituranı dəqiqliklə ifa etməsinə ustalıqla
nail olub.
Mətnin və musiqinin səhnə əsərinə, yəni tamaşaya çevrilmə prosesinin bədii estetik
tələblərini, meyar və prinsiplərini həssaslıqla gözləyib.
Dostları ilə paylaş: