Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə323/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   319   320   321   322   323   324   325   326   ...   470
OPERA VƏ  BALET TEATRINDA  

REJİSSOR SƏNƏTİ 

 (1925-2004) 

 

Opera truppası 1925-ci ildə Akademik teatrdan ayrılıb bugünkü Opera və Balet Teatrının (o 

vaxtı Rus Operası adlanırdı) kollektivinə birləşib. İlk on ildə Azərbaycan truppası ayrı olub və onun 

baş rejissoru da müstəqil işləyib. Sonralar baş rejissor teatrın bütün heyətlərinə (opera, balet, xor, 

orkestr) rəhbərlik edib. 

Azərbaycan truppasına 1925-1927-ci və 1929-1930-cu illərdə müəyyən fasilələrlə Akademik 

teatrın aktyoru Ab-basmirzə  Şərifzadə, 1928-ci ildə Yusif Yulduz rəhbərlik ediblər. Onlar təkrar-

təkrar Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", Müslüm Maqomayevin "Şah 

İsmayıl", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" operalarına, Üzeyir bəyin "Məşədi İbad", "Arşın 

mal alan" operettalarına quruluşlar veriblər. Hər iki rejissor ilk növbədə truppanın formalaşmasma 

və yeni forma axtarışlarına can atıblar, müəyyən yaradıcılıq üslubunu formalaşdırmağa çalışıblar. 

1931-ci ildə Soltan Dadaşovun Rusiyada ali musiqi rejissoru təhsili alıb opera teatrına 

gəlməsi kollektivin yaradıcılıq səylərini gücləndirib. Dünyanın məşhur bəstəkarlarının opera 

əsərlərini tərcümə edib oynamaq istiqamətində müəyyən nailiyyətlər qazanılıb. Teatr klassik Avropa 

və rus operalarını  həm Azərbaycan, həm də rus truppalarında tamaşaya hazırlamaq üçün cəsarətli 

addımlar atıb. 

AMDT-nin rejissorları Aleksandr Tuqanov, İsmayıl Hidayətzadə və Ədil İsgəndərov tamaşa 

hazırlamaq üçün Opera və Balet Teatrına dəvət alıblar. Tuqanovun quruluşunda Müslüm 

Maqomayevin "Şah  İsmayıl" (1924), "Nərgiz" (1945), Üzeyir bəy Hacıbəyovun "Əsli və  Kərəm" 

(1925),  Ədil  İsgəndərovun səhnə  təfsirində  "Şahsənəm" (1938) operaları göstərilib.  İsmayıl 

Hidayətzadənin 1937-ci ildə hazırladığı Üzeyir bəy Hacıbəyovun "Koroğlu" operası kollektivin 

monumental-romantik qəhrəmanlıq üslubunda əzəmətli sənət nailiyyəti olub. 

 

*  *  * 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin