15 dekabr. "Bahadır və Sona", Nəriman Nərimanov. Baş rollarda Hüseyn Ərəblinski
(Bahadır), Gülsabah xanım (Sona) və Əbülfət Vəli (Dayı) çıxış ediblər. Tamaşa Ərəblinskinin
benefisinə hazırlaıbb.
"Müdiriyyət" ötən ildə oynadığı əksər əsərləri 1917-ci üdə təzə quruluşlarda yenə öz
repertuarına daxil edib. Bu ildə opera və operettalara üstünlük verilib. Təzə quruluşlar arasında
Hüseyn Ərəblinskinin rejissorluq etdiyi "Məşədi İbad" (23 fevral. "İsmailiyyə" binasında),
Abbasmirzə Şərifzadənin səhnə təfsiri verdiyi Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (9
mart. "Malı teatr"ın binasında. Orduxan bəy - Mirzağa Əliyev. Bu rolu sonra Rza Darablı da
oynayıb), "Leyli və Məcnun" (8 dekabr. Tağıyev teatrında), Hüseynqulu Sarabskinin quruluşunda
"Əsli və Kərəm" (11 may. Opera teatrında), "Arşın mal alan" (5 avqust. Opera teatrında)
tamaşaçıların daha çox xoşlarına gəlib. Tamaşalara dirijorluğu Üzeyir bəy və Zülfüqar bəy
Hacıbəyovlar və Müslüm bəy Maqomayev ediblər.
1917-ci ilin payızında Abbasmirzə Şərifzadə özü "Müsəlman dram artistləri ittifaqı" (qısa
şəkildə "Artistlər ittifaqı" yazılıb) müstəqil truppasını yaratdığı üçün "Müdiriyyət"dən ayrılıb. Ona
görə də truppaya baş rejissorluğu bir müddət Üzeyir bəy Hacıbəyov özü edib. Sonra, 1918-ci ilin
ikinci yarısında bu vəzifəyə Hüseyn Ərəblinski dəvət olunub. Üzeyir bəy özünün bir neçə operasına
və operettasma təzə quruluş verib. Hüseyn Ərəblinski baş rejissor təyin olunmamışdan əvvəl dəvətlə
sıravi rejissor kimi "Arşın mal alan" (15 yanvar. Tağıyev teatrında), "Məşədi İbad" (29 yanvar.
Tağıyev teatrında), "Aşıq Qərib" (28 fevral), "Şah Abbas və Xurşid banu" (11 mart), "Əsli və
Kərəm" (15 mart) musiqi əsərlərinə quruluşlar verib.
Fevral ayında erməni daşnakları Tağıyev teatrını yandırdılar. Mart ayının 24-də isə Bakıda
və Azərbaycanın digər bölgələrində iğtişaşlar törətməyə başladılar. Bu hadisələrlə bağlı teatr
xadimləri şəhəri tərk etməli oldular. Üzeyir bəy Hacıbəyov İrana getdi. O, vətənə oktyabr ayında
qayıtdı və qısa müddətdə, əsasən, Rusiyanın müxtəlif və İranın bəzi şəhərlərindən Bakıya gələn
aktyorları bir yerə cəm edərək "Müdiriyyət"in bərpas;na və fəaliyyətinə nail oldu.
May ayının 28-də Zaqafqaziya seymi dağılmış və Azərbaycan Cümhuriyyəti yaranmışdı.
Lakin Bakıdakı hadisələrlə bağlı milli hökumət müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət
göstərirdi. Hökumət payızda Bakıya köçürüldü. "Hökumət Teatrosu" ("Dövlət Teatrı") elan edilsə
də, hələ onun rəsmi açılışı olmamışdı. Buna görə də "Müdiriyyət" müstəqil fəaliyyətini davam
etdirirdi. Afişaların və tamaşa proqramlarının yuxarı hissəsində lira və onun ətrafında müəyyən
qraflk işləmələrdən ibarət olan emblem verilirdi. Onun yanında və mətnin ən yuxarı hissəsində isə
yazılırdı: Hökumət Teatrosu. "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti".
Aşağıda tamaşanın adı, rolların və iştirakçıların siyahısı verilirdi.
"Müdiriyyət"in ilk tamaşası opera teatrında oldu və uzun fasilədən sonra truppa Nəriman
Nərimanovun "Nadir şah" faciəsini seçmişdi. Tamaşanı bir neçə günə Sidqi Ruhulla (Mollaoğlu)
hazırlamışdı. Bayram təntənəsi ilə keçən tamaşada Sidqi Ruhulla (Nadir şah), Bağır Cabbarzadə
(Hüseyn xan), İbrahim Atakişiyev (Gürcü bəy), Xəlil Hüseynov (Rzaqulu xan), Rza Darablı (Şah
Təhmasib), Əbülhəsən Anaplı (Cavad və Heydər xan), Hacıağa Abbasov (Mirzə Mehdi xan) çıxış
ediblər. Bundan sonra truppanın repertuarı müəyyən axara düşüb və 1918-ci ilin sonuna kimi Bakıda
ən fəal teatr dəstəsi məhz "Müdiriyyət" olub. Dəstənin oynadığı tamaşaların premyera günlərinin
mənzərəsi belədir.
Dostları ilə paylaş: |