Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə55/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   470
TRUPPALARIN YARANMASININ 

ƏSAS AMİLLƏRİ 

(1916- 1919) 

 

Bakının teatr prosesi canlandıqca bu sənət yeni mərhələlərə qədəm qoyurdu. Həmin prosesdə 



uğurlar çox olsa da, anlaşılmazlıqlar, zərərli meyillər də ortalığa çıxırdı. 

1915-ci ildə musiqili janrlara tamaşaçı marağı güclənib, repertuarın  əsasını operalar və 

operettalar təşkil edib. Bundan istifadə edən "Nicat" teatr truppası Üzeyir bəy Hacıbəyovla, 

həmçinin Zülfüqar bəy Hacıbəyovla onların  əsərlərini oynamaq prinsiplərində  və qonorarın 

ödənilməsində müqavilə  şərtlərini kobud tərzdə pozub. Hətta məsələ  dəfələrlə  məhkəməyə düşüb. 

Keçən illərdə Hüseynqulu Sarabski özü müstəqil opera artistləri truppası yaratmağa nail olmuşdu

lakin sonralar həmin dəstə dağılmışdı. 

"Tragik" kimi məşhur olan və daha səmərəli rejissorluq fəaliyyəti göstərən Hüseyn 

Ərəblinski müqavilə ilə müxtəlif truppalarda tamaşalar hazırlayırdı. Lakin müqavilə şərtləri çox vaxt 

onu razı salmırdı. Buna görə də özünün müstəqil teatr dəstəsini yaratmağa can atırdı. 

Abbasmirzə  Şərifzadə "Kiçik Ərəblinski" səddini cəsarətlə  aşmışdı  və o, bacarıqlı faciə 

aktyoru, səriştəli rejissor kimi şöhrətlənmişdi. Təbii ki, o da müstəqil truppa yaratmaq istəyirdi. 

Sidqi Ruhulla, Əhməd Qəmərli, Cəlil Bağdadbəyov və başqaları fərdi fəaliyyət göstərməyə 

üstünlük verirdilər. Onlar vaxtaşırı kiçik qruplardan ibarət dəstələr düzəldir, Tiflisə,  İrəvana, 

Batuma, Orta Asiyanın və İranın müxtəlif şəhərlərinə qastrollara gedirdilər. Daha çox Sidqi Ruhulla 

Bakıda və onun kəndlərində, müxtəlif rayonlarda (əsasən, Gəncədə, Naxçıvanda, Salyanda, Şuşada, 

Şəkidə) tamaşalar oynayırdı. 

"Müsəlman dram 1915-ci ilin sonlarında Hüseyn artistləri cəmiyyəti"     Ərəblinski sənət 

həmkarı Hüseynqulu Sarabski ilə birlikdə yeni teatr truppası yaratmaq barədə Bakı  şəhər 

bələdiyyəsinə (Qalabəyinə) rəsmi məktubla müraciət etmişdilər. 1916-cı ilin fevralında Bakı vilayət 




məclisi "Müsəlman dram artistləri cəmiyyəti"nin məramnaməsini təsdiqləyib. Bununla da onların 

truppa yaratmaq istəkləri gerçəkləşib. 

Müəyyən hazırlıq işləri görüləndən sonra, 1916-cı il may ayının 22-də "İsmailiyyə" binasının 

tamaşa salonunda təsis yığıncağı keçirilib. Beləliklə, "Müsəlman dram artistləri cəmiyyəti" (bəzən 

"Müsəlman dram cəmiyyəti" və ya "Cəmiyyət" kimi də yazılıb) rəsmi fəaliyyətə başlayıb. Sadıq bəy 

Hacınski yeni qurumun idarə heyətinə  sədr, Miryaqub Mehdiyev müavin, Hüseyn Ərəblinski, 

Hüseynqulu Sarabski, Bağır bəy Məlikov üzv seçiliblər. Ərəblinski baş rejissor, Sarabski isə rejissor 

ştatlarını tutublar. 

Bu hadisə mövsümün bağlanması dövrünə düşdüyünə görə, "Cəmiyyət"in ilk tamaşası "Əmir 

Əbül Üla" (Hüseyn Bədrəddin və  Məhəmməd Rüfət) noyabrın 4-də oynanılıb. Bundan əvvəl 

Ərəblinski və Sarabski yığma aktyorların iştirakı ilə sentyabrın 16-da Tağıyev teatrında Mirzə 

Abdulla Abdullazadənin "Xosrov Pərviz" pyesinin tamaşasını oynayıblar. "İttihad" məktəbinin 

nəfinə oynanılan tamaşaya quruluşu Hüseyn Ərəblinski verib və özü Xosrov Pərviz rolunu oynayıb. 

Digər obrazları Hüseynqulu Sarabski (Bəhram), Abbasmirzə Şərifzadə (Sərkərdə), Nataliya Lizma 

(Şirin), Bağır Cabbarzadə (Urmuz) ifa ediblər. 

"Əmir Əbül Üla" pyesinı Qulamrza Şərifzadə tərcümə etmişdi. Tamaşaya quruluşu Hüseyn 

Ərəblinski vermişdi və baş rolu Əbu Dəyyabı özü oynayırdı. 

Cəmiyyət Abbasmirzə  Şərifzadəni üçillik aktyorluq təhsili almaq üçün Xarkova (və ya 

Moskvaya) göndərmək barədə qərar çıxarmışdı. Lakin bu istək baş tutmadı. Yeni yaranmış truppa 

öz işini səmərəli qura bilmədi və bir neçə tamaşa oynayandan sonra bağlandı. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin