Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə54/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   470
6 dekabr. Opera teatrı. "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn Ərəblinski, 

dirijor müəllif. 



10 dekabr. Opera teatrı. "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn 

Ərəblinski. Hacıağa Abbasov bu tamaşada birinci dəfə Vəli rolunu oynayıb. 



13 dekabr. Opera teatrı. "Əsli və  Kərəm", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn 

Ərəblinski. 



16 dekabr. Opera teatrı. "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov. Rejissor Hüseyn 

Ərəblinski. 



20 dekabr.  "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov. Rejissor Hüseyn Ərəblinski. 

Tamaşada dövrün ən məşhur komik aktyorları Mirzağa Əliyev, Hacıağa Abbasov, Rza Darablı və 

Əbülhəsən Anaplı iştirak ediblər. 

28 dekabr. Opera teatrı. "Şah Abbas və Xurşid banu", Üzeyir bəy Hacıbəyov. Rejissor 

Hüseyn  Ərəblinski.  Əsas partiyaları Hüseynqulu Sarabski (Şah Abbas) və  Məxfurə Yermakova 

(Xurşid banu) oxuyublar. 

"Müdiriyyət" 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. Tağıyev teatrı 

yandığına görə  əksər tamaşalar opera teatrında, az qisıni isə "Mikado" teatrının və "Malı teatr"ın 

binalarında göstərilib. Bakıdakı peşəkar teatr xadimləri, əsasən, Üzeyir bəy Hacıbəyovun ətrafında 

birləşmişdilər. Dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu. 

"Müdiriyyət"in 1919-cu ildə ən uğurlu və yeni işi Müslüm bəy Maqomayevin "Şah İsmayıl" 

(libretto müəllifi Mirzə Qədir İsmayılzadə) operasının tamaşası olub. Opera Hüseynqulu Sarabskinin 

(Şah  İsmayıl) benefisinə  həsr edilib və mart ayının 7-də göstərilib. Tamaşa martın 5-də 

oynanılmalıydı, lakin Hüseyn Ərəblinskinin qətlə yetirilməsi ilə  əlaqədar iki gün sonra nümayiş 

etdirilib. 

"Müdiriyyət" təzə quruluşlarda "Aşıq Qərib" (3 yanvar. Rejissor Hüseyn Ərəblinski. 23 may. 

Rejissor Abbasmirzə Şərifzadə), Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin xəli və yaxud zülm 

və istibdadın axırı" (6 yanvar. Rejissor Rza Darablı), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (10 



yanvar), "Ər və arvad" (3 fevral), "Şah Abbas və Xurşid banu" (7 fevral), "Əsli və  Kərəm" (21 

fevral), "Məşədi  İbad" (23 mart. Rejissor Abbasmirzə  Şərifzadə), "Leyli və  Məcnun" (25 mart. 

Rejissor Abbasmirzə Şərifzadə), S.Lanskoyun "Qəzavat" (12 yanvar. Rejissor Hüseyn Ərəblinski), 

Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd  şah Qacar" (14 fevral. Rejissor Abbasmirzə 

Şərifzadə),  İsa bəy Aşurbəylinin "Cəhənnəm" (21 mart), "Azərbay və Can" (25 mart. Rejissor 

Abbasmirzə  Şərifzadə), Cəfər Cabbarlının "Ənvər bəyin  Ədirnə  fəthi" ("Ədirnə  fəthi". 25 aprel. 

Rejissor Abbasmirzə Şərifzadə) əsərlərinin tamaşalarını oynayıb. 

1919-cu ilin payız mövsümü başlayanda artıq Bakının irili-xırdalı bütün truppaları Hökumət 

Teatrı kollektivində birləşdirildi. Düzdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin 

sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ad altında və yeni emblemlə göstərib. 

Bununla da "Müdiriyyət" özünün fəaliyyətinə bir növ son qoyub. Onun tam və  rəsmi 

bağlanması 1920-ci ilin aprelində olub. Bu kollektivin əksər opera və operetta tamaşalarına 

xorbaşılığı Hənifə Terequlov edib. Dirijorluğu isə Üzeyir bəylə yanaşı, Müslüm bəy Maqomayev və 

bəzən Zülfüqar bəy Hacıbəyov ediblər. 

"Müdiriyyət" daha kamil və daha məzmunlu repertuar uğrunda müəyyən nailiyyətlər 

qazanıb. 

"Müdiriyyət"in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter 

yaratmaq vərdişlərinə yiyələnmələri artıb. 

"Müdiriyyət" peşəkar teatr üçün vacib olan estetik prinsiplərə  cəsarətlə yiyələnməyə  şərait 

yaradıb. 

"Müdiriyyət" milli teatr sənətinin institusional (təsisatlı) mədəniyyətin faktına keçməsi 

mərhələsini peşəkarlıqla təminatlandırıb. 

  

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin