MƏHƏMMƏD BƏY ƏLVƏNDİ (1872-1918)
Milli teatrımızın həvəskarlıqdan peşəkarlığa keçid mərhələlərində dəyərli xidmətləri olan
səhnə xadimlərindən biri Məhəmməd bəy Əlvəndidir. "Əlvəndi" onun səhnə təxəllüsüdür, soyadı
Məlikovdur. O, 1872-ci ildə Şamaxıda qulluqçu ailəsində doğulub. Ziyalılarla sıx ünsiyyətdə olan
Məhəmməd bəy Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Mütaliəyə ciddi maraq
göstərib.
Gənc yaşlarından Bakıya gələn Məhəmməd bəy Əlvəndi müxtəlif hüquq işləri idarəsmdə
çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş
yayılması üçün Hüseyn Ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud
olan müxtəlif teatr truppalarının, əsasən "Nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr
dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib.
Səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış Məhəmməd bəy Əlvəndi Mirzə Fətəli Axundzadənin
"Hacı Qara" komediyasında Heydər bəy və Hacı Qara, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"
məzhəkəsində Əşrəf bəy və Rüstəm, Səkinə Axundzadənin "Bəxtsiz bala" təbdilində Xəlil bəy,
Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Mürtəzaqulu xan və Sadıq
xan, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" vodevilində Hümbət bəy, Yusif Talıbzadənin
"Ərmənusə" və "Xalid ibn Valid" pyeslərində Marks və Mixa, Nəriman Nərimanovun "Nadir şah"
faciəsində Şah Təhmas rollarını oynayıb.
Aktyor eyni zamanda tərcümə əsərlərindən Jan Batist Molyerin "Zorən təbib" (Təbib İlyas),
Lanskoyun "Qəzavat" (Qriqoryev), Şəmsəddin Saminin "Dəmirçi Gavə", (Qəhtan), Hüseyn
Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Ərəb), Nikolay Qoqolun "Evlənmə"
(Podkolosin), Henrix Heynenin "Əl Mənsur" (Həsən), Fridrix Şillerin "Qaçaqlar" (Herman), Mirzə
Məmməd Axundzadənin iqtibas etdiyi "Səd ibn Vəqqas" ("Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud
ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda
səhnəyə çıxıb.
1918-ci ildə ermənilərin Bakıda törətdikləri qanlı vəhşiliklərdən möhkəm sarsılıb və səfalət
içində dünyasını dəyişib.
Yaradıcılığının başlıca xüsusiyyətləri realist aktyor məktəbinə uyğundur. Səhnə sərbəstliyi,
yöndaşlarına diqqətli olnıası ilə seçilib.
Dostları ilə paylaş: |