Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə61/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   470
 

ƏBÜLFƏT VƏLI (1867 - NOYABR 1918) 

 

Milli teatr sənətimizin səhnə fəaliyyətini özünə yaradıcılıq və həyat yolu seçən ilk peşəkar 



aktyor  Əbülfət Vəlidir (Vəliyev). Həyatı haqqında   məlumat çox az olan Əbülfət Vəlinin yaşını 


Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" pyesinin yazılma tarixi əsasında müəyyənləşdirən 

teatrşünas  İnqilab Kərimovun qənaətləri inandırıcı  və  hələlik  əlimizdə yeganə istinad dəlilidir. 

Xatırladım ki, Əbdürrəhim bəy Haqverdiyev "Ac həriflər" məzhəkəsində Hüseyn Ərəblinski ilə 

Əbülfət Vəlinin obrazlarını yaradıb və əsərini də məhz onlara ithaf edib. 

Əbülfət Vəli səhnəyə 1880-ci illərin ortalarında gəlib.  Əsasən, müəllimlər Həbib bəy 

Mahmudbəyovun və Sultanməcid Qənizadənin hazırladıqları  həvəskar tamaşalarında həm kiçik, 

həm epizod, həm də  əsas rollarda çıxış edib. Sonralar özünün, eləcə  də  sənətkar dostu Cahangir 

Zeynalovun quruluş verdikləri tamaşalarda da oynayıb.  İyirminci  əsrdə "Müsəlman Artistləri 

Cəmiyyəti", "Nicat", "Həmiyyət", "Səfa" teatr truppalarında aktyorluq və rejissorluq edib. Hüseyn 

Ərəblinskinin quruluş verdiyi əksər tamaşalarda məsul müdir Əbülfət Vəli olub. Onun qastrol təşkil 

etməkdə, truppanı bir qayə ətrafında birləşdirməkdə xüsusi bacarıq və səriştəsi vardı. 

Zəhmətkeş səhnə fədaisi Əbülfət Vəli Bakıda realni məktəbdə oxuyub. Bu təhsil ocağının altı 

sinifini bitirməsi səhnə yaradıcılığında ona kömək olub. 1918-ci il rusca "Azərbaycan" qəzetində 

Kərim bəy Məlmovun yazdığı vida məqaləsindən aydın olur ki, Əbülfət Vəli noyabr ayının 

axırlarında Göyçay rayonunda acınacaqlı vəziyyətdə dünyasını dəyişib. Səhərisi gün azərbaycanca 

çıxan eyniadlı qəzet "X" imzası ilə aktyor barədə səmimi vida yazısı dərc edib. 

Azərbaycan aktyorlarının bir dəstəsi  Əbülfət Vəlinin rəhbərliyi ilə  İrəvan, Tiflis, Batum, 

Suxumi,  İstanbul, Sevastopol, Yalta şəhərlərində qastrolda olub. O, bir neçə  dəfə Üzeyir bəylə, 

Süleyman Sani Axundovla, Mehdi bəy Hacınski ilə birgə "Nicat" cəmiyyətində ədəbiyyat və teatr 

komissiyasının üzvü seçilib. 

Əbülfət Vəli Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Murov, Xəlil yüzbaşı, 

"Müsyö Jordan və  dərviş  Məstəli  şah" məsxərəsmdə Hatəmxan ağa, Nəcəf bəy Vəzirovun  

"Müsibəti-Fəxrəddin"  faciəsində Cahangir bəy,  Rüstəm bəy və  Fəxrəddin, "Daldan atılan daş 

topuğa dəyər" məzhəkəsində  Dəli  Şirin, "Ev tərbiyəsinin bir şəkli" vodevilində  Şahmar bəy, 

Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində  Sərbaz,  Şah Təhmas, Saleh bəy, Cavad xan

Ədhəm xan, Cahangir bəy,  Əbdürrəhim bəy, "Bahadır və Sona", "Dilin bəlası" dramlarında Dayı, 

Niyaz bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Həkim, Heydər bəy və Hacı Səməd 

ağa, "Ağa Məhəmməd şah Qacar"da Mürtəzaqulu xan, Mustafa xan və İkinci İrakli, "Ac həriflər"də 

Tağı, "Dağılan tifaq"da Əbdül, Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə" pyesində  Həsən bəy, 

İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" didakük əsərində Sultan, Yusif Talıbzadənin 

"Ərmənusə" və "Xalid ibn Valid" mistik dramında Ömər ibn As və Əbu Übeyd rollarında dəfələrlə 

səhnəyə çıxıb. 

Aktyorun rollar silsiləsində  tərcümə  əsərlərində canlandırdığı obrazlar ayrıca yer tutur. 

Onlardan Osmanlı ədibləri Şəmsəddin Saminin "Dəmirçi Gavə", Namiq Kamalın "Vətən", "Bəxtsiz 

bala", Hüseyn Bədrəddin və  Məhəmməd Rüfətin "Əmir  Əbül Üla" faciələrində Gavə, Sidqi bəy, 

Xəlil bəy və  Həkim,  Əbu Diyab (Əbu Dəyyab da yazılır),  Şillerin "Qaçaqlar", Yevgeni Çirkovun 

"Yəhudilər", Henrix Heynenin "Əl Mənsur", Botşaldım "Qafqaz çiçəkləri", Matterinin "Yaddaş 

kitabçası", təbdil olunmuş "Qaranlıqda işıq" dramlarında Qoca Moor, Ata, Ömər ibn As və Həsən, 

Dağıstan qəhrəmanı, Potap rollarını göstərmək olar. 

O dövrün mətbuatı  Əbülfət Vəlinin tərcümə  və  təbdil komediyalarında məharətlə oynadığı 

Potap ("Əvvəlinci şərabçı", Lev Tolstoy), Cənnətəli ("Zorən təbib", Jan Batist Molyer), Dobçinski 

("Müfəttiş", Nikolay Qoqol), Məşədi Kərim ("Pulsuzluq", İvan Turgenev), Tağı ("Aktyorların 

məişəti", Lentovski) rollarına yüksək qiymət verib. Həmin tamaşalarda, aktyorun təbii oyunu, səhnə 

ciddiliyi və sözləri aydın tələffüzlə çatdırmaq bacarığı qeyd olunub. 

Rejissor kimi də ciddi fəaliyyət göstərən  Əbülfət Vəli dramaturqlardan Mirzə  Fətəli 

Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun "Nadir  şah", Nəcəf bəy Vəzirovun "Daldan 

atılan daş topuğa dəyər", "Müsibəti-Fəxrəddin", "Hacı  Qəmbər",  Əbdürrəhim bəy Haqverdiyevin 

"Bəxtsiz cavan", "Dağılan tifaq", Qulamrza Şərifzadənin "Molla Nəsrəddin", Rza Zaki Lətifbəyovun 




"Köhnə Türkiyə", Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı", Üzeyir bəy Hacıbəyovun 

"Məşədi İbad" əsərlərinə səhnə quruluşu verib. 

1911-ci ildə müvəqqəti olaraq "Nicat" cəmiyyətinin teatr truppasından ayrılmış Əbülfət Vəli 

"Mirat" (Güzgü) dram dərnəyi yaradıb. O, burada da müxtəlif əsərləri, əsasən kiçik həcmli pyesləri 

tamaşaya hazırlayıb. Həmin il Əbülfət Vəli güzəranının çətinliyindən səhnəni atıb Daşkəndə getmək 

istəyib, ancaq bu cəhdi alınmadığına görə  dəstə bağlayıb və Qafqazın müsəlmanlar yaşayan 

bölgələrinə qastrola çıxıb. 

Əbülfət Vəli, çağdaş dillə desək, ayrı-ayrı  dəstələrdə truppa müdirliyi vəzifəsini bacarıqla 

icra edib. Bütün aktyorlar onun hörmət və ehtiramını uca tutublar. 

Həm mətbuat, həm də  təcrübəli sənətkarlar  Əbülfət Vəlinin səhnə  səmimiyyətini, 

cəfakeşliyini, istedadı üzərində yaradıcılıqla işləməsini başqalarına nümunə və örnək göstəriblər. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin