Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə59/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   470
12 yanvar. Tağıyev teatrında. "Qəzavat", S.Lanskoy və "Əmir Əbül Üla", Hüseyn Bədrəddin 

və Məhəmməd Rüfət. 



14 yanvar. Müsəlman xeyriyyə cəmiyyəti zalında ("İsmailiyyə"). "Pəri cadu", Əbdürrəhim 

bəy Haqverdiyev. Baş rolları Sidqi Ruhulla və Abbasmirzə Şərifzadə (Qurban), Rza Darablı (İblis), 




Yeva Olenskaya (Şamama),  Əbülhəsən Anaplı (Niyaz), Nataliya Lizma (Hafizə), Mehdi bəy 

Hacınski (Rəhim), Hacıbaba Şərifzadə (Çoban) oynayıblar. 



22  yanvar. Tağıyev  teatrında. Müsəlman  əsgərlərinin ("dikaya diviziya") nəfinə. "Sultan 

Əbdülhəmidin xəli", Rza Zaki Lətifbəyov. Rollarda: Əhməd Ağdamski (Təyyar bəy), Hacıağa 

Abbasov (Məhəmməd bəy), Hacıbaba Şərifzadə (Rza paşa və Qürdü bəy), Rza Darablı (Ənvər bəy), 

Mirzə Muxtar Məmmədov (Əhməd Rza bəy),  Əbülhəsən Anaplı  (Əbdül bəy),  Əhməd Qəmərli 

(Sədrəzəm), Xəlil Hüseynov (Zabit). 

2 fevral.  "İsmailiyyə" binasında. "Solğun çiçəklər", Cəfər Cabbarlı. Rollarda: Abbasmirzə 

Şərifzadə (Bəhram),  Şura Olenskaya (Sara), Rza Darablı  (Əbdül), Nataliya Lizma (Nisə), Yeva 

Olenskaya (Pəri). 

10 mart. "İsmailiyyə" zalında. "Trablis müharibəsi" ("Yulduz, yaxud Trablis müharibəsi"), 

Cəfər Cabbarlı. Rollarda: Abbasmirzə Şərifzadə (Ramiz), Şura Olenskaya (Yulduz), Xəlil Hüseynov 

(Əbdülrəhman), Rza Darablı  (Ənvər bəy),  Əhməd Qəmərli (İzzət paşa), Bağır Cabbarzadə  (Şeyx 

Şənusi), Hüseynağa Hacıbababəyov (Ərəb), İbrahim Atakişiyev (Cinner). 

Bakıdakı 1918-ci ilin mart hadisələri ilə  əlaqədar olaraq truppa mart ayının sonlarında 

Azərbaycanı  tərk etmək məcburiyyətində qalıb. Sidqi Ruhulla müstəqil və kiçik dəstə ilə Tiflisə

oradan da başqa şəhərlərə gedib. 

Truppanın müəyyən aktyorları Abbasmirzə  Şərifzadənin rəhbərliyi ilə Hacıtərxan  şəhərinə 

uzunmüddətli qastrol səfərinə çıxıblar. Şəhərin "Qış teatrı", "Volkan teatrı" və əsasən, "Araadi bağı" 

binalarında Şərifzadənin rejissorluğu ilə Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (30 may, 8, 26 

və 30 iyun. Soltan bəy - Abbasmirzə  Şərifzadə. 20 iyunda azərbaycanlı aktyorlar tamaşanı rus 

dilində oynayıblar), "Əsli və Kərəm" (7 və 30 iyun), "Leyli və Məcnun" (9 iyun), "Məşədi İbad" (14 

və 27 iyun), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (25 iyun), Abdulla Şaiqin tərcümə etdiyi "Şeyx 

Şamil" ("Qafqaz çiçəkləri") və  təbdil olunmuş "Bizim kirayənişin" (29 iyun) əsərləri tamaşaçılara 

göstərilib. 

Truppa Volqa çayı boyundakı türkdilli yaşayış məntəqələrində də bir neçə tamaşa oynayıb. 

1918-ci ilin payızında kollektiv Bakıya qayıdıb. Onun əsas yaradıcı heyəti "Müdiriyyət" truppasında 

birləşib. 

 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin