Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə56/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   470
"Tərəqqi"  

İran maarif cəmiyyətinin biri də "Tərəqqi" adlanıb.  Əsasən fəhlə klublarında tamaşalar 

oynayan bu cəmiyyət 1919-cu ildə fəaliyyət göstərib. 

"Ittıhad"  

İran cəmiyyəti idi və  əsasən, mədəni-maarif işlərı  ılə  məşğul olurdu. Cəmıyyətın 

nızamnaMəsmə görə kollektiv xeyriyyə  məqsədilə ayda bir dəfədən az olmayaraq teatr tamaşası 

oynamağı  qərarlaşdırmışdı. Bu cəmiyyətin Bakıda və Tiflisdə  məktəbləri və qiraətxanaları, hətta 

kiçik kitabxanaları da vardı. 

Tiflisdə  və Bakıda eyniadlı  cəmiyyətin və  məktəbin teatr truppası yaradılmışdı. Bakıdakı 

teatr bölməsi 1916-1919-cu illərdə mövcud olub. 

Bakıda "İttihad"ın müstəqil truppası və daimi aktyorları yox idi. Cəmiyyət, əsasən, "Nicat" 

və "Səfa" ilə  əməkdaşlıq edir, daha çox "Şərq müsamirəsi" keçirməyə üstünlük verirdi. Belə 

müsamirələrdə  yığılan vəsaiti maarifçilik işlərinə  xərcləyən cəmiyyət teatr tamaşaları hazırlamaq 

üçün şəhərin qabaqcıl sənət xadimlərini dəvət edirdi. Tamaşalar qısa müddətə hazırlanır və kirayə 

götürülmüş binalarda "İttihad"ın emblemi ilə tamaşaçılara göstərilirdi. 

"İttihad" öz tədbirlərinin bədii hissəsində daha çox məzhəkə, vodevil və musiqili məsxərə 

tamaşalarının göstərilməsinə üstünlük verirdi. Burada həm vaxt faktoru rol oynayırdı, həm də 

cəmiyyət belə kiçik həcmli tamaşaların göstərilMəsmə az vəsait xərcləyirdi. Ayda bir dəfə oynanılan 

tamaşalar içərisində Mirmahmud Kazımovskinin "Vurhavur" (Vur-ha-vur"), 

"Daşım-daşım",  Əhməd Qəmərlinin iqtibas etdiyi "Tamahkarlıq və yaxud məkrizənən" 

musiqili komediyaları, M.Əlibəyovun "Məhkəmələr qarşısında tökülən göz yaşları", Səkinə 

Axundzadənin "Elmin mənfəəti", Sultan Muradovun "Kəblə Xudu", Mehdi bəy Hacınskinin "Ac 

bəy", Mirzağa Vəlizadənin 

"Aclıq qurbanları", Sultanməcid Qənizadənn "Xor-xor", "Dursunəli və ballıbadı", təbdil 

olunmuş "Bizim kirayənişin özünü öldürdü", "Mən ölmüşəm" məzhəkələri üstünlük təşkil edirdi. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin