Milli səhnəmizin məşhur həvəskar aktyorlarından olub. Səhnəyə ilk addımını 1897-ci ildə
oynayıb. Sürətlə səhnə uğurları qazanan aktyor artıq 1901-ci ildə onu Şuşadan tanıyan Əbdürrəhim
bəy Haqverdiyevin quruluşunda Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Fəxrəddin
Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində
doğulub. İlk təhsilini Ağdamda alıb və Bakıdakı realni məktəbdə davam etdirib. O, 1907-ci ildə
Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. 1901-ci ildən
1920-ci ilə qədər "Müsəlman dram artistləri cəmiyyəti"ndə, "Artistlər şirkəti"ndə, "Nicat" və "Səfa"
cəmiyyətlərinin truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri" dəstəsində,
Hacıbəyov qardaşlarının "Müdiriyyət"ində aktyorluq edib. Dram, komediya, opera və operetta
tamaşalarında oynayıb. 1919-cu ildən isə müəyyən fasilələrlə Akademik Milli Dram Teatrında
işləyib.
Murad Muradov 1920-1930-cu illərdə az müddət Bakı Türk Azad Tənqid və Təbliğ
Teatrında, müxtəlif təbliğat və təşviqat briqadalarında işləyib. Xarakterik və tipik səciyyələr kəsb
edən obrazlarda özünün məharət və bacarığını göstərməyə çalışıb. Bu baxımdan müxtəlif teatr
truppalarında və MDT-da oynadığı əsas rollar bunlardır: Aşıq və Pərviz ("Dəmirçi Gavə",
Şəmsəddin Sami), Koçkaryov, Bobçinski ("Evlənmə" və "Müfəttiş", Nikolay Qoqol), Çingiz,
Həmzə bəy ("Bəxtsiz cavan" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Hacı Məsud, Xəlil
yüzbaşı ("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Fəxrəddin, Kərbəlayı
Məhəmmədəli, Şahmar bəy, Cəbi ("Müsibəti-Fəxrəddin", "Adı var, özü yox", "Ev tərbiyəsinin bir
şəkli" və "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Rzaqulu xan ("Nadir şah", Nəriman Nərimanov),
Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Kassio, Keşiş ("Otello" və "On ikinci gecə", Vilyam
Şekspir), Mirzə Rzaqulu ("Vətən", Namiq Kamal), Ərəb zabiti, Şeyx Əbülyəhya ("İblis" və "Şeyx
Sənan", Hüseyn Cavid), Həmzə bəy ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Xudayar,
Qorodo-naçalnik, Birinci ziyarətçi, Medvedev ("Dönüş", "1905-ci ildə", "Od gəlini" və "Yaşar",
Cəfər Cabbarlı), Heydər ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Peterburq qaçqını ("İntervensiya",
Lev Slavin), Keşiş Anton ("Dubrovski", Aleksandr Puşkin), Böyükağa ("Yanar dərə", Cabbar
Məcnunbəyov), Əhməd kişi ("Vaqif", Səməd Vurğun), Tacir ("Qaçaq Nəbi", Süleyman Rüstəm),
Don Qusman Briduazon ("Fiqaronun toyu", Pyer Bomarşe), Alman casusu ("Vəfa", Rəsul Rza),
Şəhərli ("Tufan", Aleksandr Ostrovski), Andronio ("Rəqs müəllimi", Lope de Veqa), Həkim
("Türkiyədə", Nazim Hikmət).
Murad Muradov Azərbaycanın ilk mədəniyyət xadimlərindəndir ki, 1933-cü ildə o dövr üçün
SSRİ-nin ən şərəfli mükafatlarından sayılan Əmək Qəhrəmanı adına layiq görülüb. Zəhmətkeş
aktyor, fədakar teatr xadimi milli peşəkar teatrımızın 75 illik yubileyi münasibəti ilə 21 iyul 1949-cu
ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.
Ömrünün sonuna kimi səhnədən ayrılmayan aktyor 2 noyabr 1964-cü ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: