Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə73/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   470
"Bekkendorfun ümumi teatrı" Bakının Balaxanı qəsəbəsində yerləşib. Sonralar "Balaxanı 

klubu", "Balaxanı krujoku" da adlanıb. 



"Forrer sirki" 1883-cü ildə Teatr meydanında tikilib. Çox hissəsi taxtadan quraşdırılan bina 

sonradan sökülüb və yerində dördmərtəbəli mülk tikilib. 



"Teatr meydanı" keçmiş Tağıyev teatrının inzibati giriş qapısı ilə üzbəüz boş meydançaya 

deyilib. 




"Taurek truppası sirki" indiki Nizami muzeyinin lojası ilə üzbəüz olub. XIX əsrdə 

taxtadan tikilib. 

Bakıda "Odeon", "Rekord", "Ampir", "Ekspress" salonları da olub. Orada həm kino və həm 

də teatr tamaşaları göstərilib. 

"Mayılov teatrı" Bakıda tikilən teatr binalarının ən əzəmətlisidir. Bu bina xaricdən gətirilmiş 

layihə  əsasında çox qısa müddətdə (29 aprel 1910-27 fevral 1911) tikilib. Məhz opera teatrı üçün 

nəzərdə tutulub. Hazırda Azərbaycan Dövlət Opera və Balet Teatrı həmin binada yerləşir. Bina bir 

müddət "Rus operası" kimi tanınıb. Azərbaycan opera truppası bu binaya 1925-ci ilin avqust və 

sentyabrında köçüb. Uzun illər həmin kollektivə həftədə yalnız bircə tamaşa oynamağa icazə verilib. 

"Lalayev pasajı" hazırda "Azərbaycan" kinoteatrının sağ  tərəfindəki  əzəmətli binanın 

boyaboy birinci qatına deyilib. Uzun müddət bu bina Bakının növbətçi baqqaliyyə mağazası kimi 

fəaliyyət göstərib. Həmin binanın daxilində "Qran vio" deyilən kiçik salonda Azərbaycanın müxtəlif 

teatr dəstələri də çıxış ediblər. 

Bakıda ayrıca "Kommersiya klubu", "Dənizçilər klubu" ("Bəhriyyə klubu" və "Morskoy 

klub" kimi də yazılıb), "Zəhmət klubu" da olub və o binalarda da teatr tamaşaları oynanılıb. 

Bu binalardan heç biri 1920-ci ilə qədər Azərbaycan teatr dəstəsinə mənsub olmayıb. Hətta 

Tağıyev teatrında da Polonskinin rəhbərlik etdiyi teatr truppası binanı yalnız cümə günləri 

azərbaycanlı teatr dəstələrinə baha qiymətə kirayə verirdi. 

Adları çəkilən binaların hamısında müxtəlif teatr dəstələri çıxışlar etmişlər. Bu çıxışlar yalnız 

binanın kirayə haqqını ödəyəndən sonra mümkün olurdu. 

Hazırda Bakıda Akademik Milli Dram Teatrının, Opera və Balet Teatrının, Musiqili 

Komediya Teatrının, Dövlət Kukla Teatrının, Gənc Tamaşaçılar Teatrının, Dövlət "Yuğ" Teatrının 

öz binaları var. Dövlət Gənclər Teatrı və Dövlət Pontomima Teatrı binasızdırlar. 

1980-ci illərin sonunda istifadəyə verilən Gənc Tamaşaçılar Teatrının və 1998-ci ildə 

pərdələrini açan Musiqili Komediya Teatrının binaları bir növ çağdaş memarlıq üslubunun 

prinsiplərində tikilib. Ancaq buna baxmayaraq, səhnənin tərtibi, işıq sisteminin, səhnə 

texnologiyasının qurumundakı  bəsitlik yüksək estetik səviyyəli tamaşalar hazırlamağa imkan 

vermir. Bu binaların akustika problemi bərbad haldadır, müxtəlif texniki təchizat sistemi zamanın 

yüksək tələblərinə cavab vermir. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin