MİLLİ DRAM TEATRINDA
REJİSSOR SƏNƏTİNİN TƏKAMÜLÜ
(1920-1939)
Milli peşəkar teatrın təşəkkül tapdığı gündən 1920-ci illərin əvvələrinədək Bakıda, eləcə də
İrəvanda, Tıflisdə, Təbrizdə, Aşqabadda fəaliyyət göstərən Azərbaycan teatr truppalarında təhsil
görmüş aktyor və rejissor olmayıb. Əvvəlki dərslərdə deyildiyi kimi, tamaşaları truppanın qabaqcıl
aktyorları hazırlayıblar. Teatrın dövlət təsisatına keçdiyi ilk illərdə də rejissor kadrlarının yoxluğu
repertuar qurumunda, pyes seçimində, sənət ocağının üslub xüsusiyyətlərinin və aktyor
yaradıcılığının formalaşmasında əngəllər törədirdi.
Rus teatrından dəvət edilmiş Aleksandr İvanov, aktyorlar Abbasmirzə Şərifzadə və Sidqi
Ruhulla ciddi səy göstərsələr də, bu boşluğu tam doldura bilmirdilər. Bununla belə, onların quruluş
verdikləri tamaşaların bir qismi teatrın yaradıcılıq xüsusiyyətlərinə, romantik və realist aktyor
məktəblərinin estetik prinsiplərinə və poetika göstəricilərinə uyğun gəlirdi.
Abbasmirzə Şərifzadənin Hüseyn Cavidin "İblis" (21 dekabr 1920), "Şeyx Sənan" (11
noyabr 1921), "Afət" (14 aprel 1922), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (13 aprel 1921), Cəfər
Cabbarlının "Yulduz, yaxud Trablis müharibəsi" (10 aprel 1922), "Aydın" (9 may 1922), "Oqtay
Eloğlu" (16 fevral 1923), Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (8 mart
1922), "Dağılan tifaq" (26 oktyabr 1922), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (6 mart
1922), Cəlil Məmmədquluzadənin "Ölülər" (19 fevral 1922), "Anamın kitabı" (11 may 1922),
Nəriman Nərimanovun "Nadir şah" (6 fevral 1923) əsərlərinə verdiyi quruluşlarda rejissura
baxımından nailiyyətlər vardı.
Aleksandr Tuqanov MDT-ya baş rejissor təyin olunandan sonra əsas diqqətini və səyini
aktyorluğa sərf edən Abbasmirzə Şərifzadə teatrda Jan Batist Molyerin "Don Juan" (18 yanvar
1926) komediyasma və Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (21 fevral 1935) faciəsinə
quruluş verməklə kifayətlənib.
Aleksandr İvanovun rejissurası daha peşəkar görünürdü. Onda çatışmayan əsas cəhət
Azərbaycan adət-ənənələrinə və psixologiyasma yaxından bələd olmaması idi. Bu qüsur milli
dramaturgiyamızın nümunələrinin səhnə təcəssümündə qabarıq görünürdü. Rejissor quruluş verdiyi
tamaşalarda kompozisiya bütövlüyünə, aktyorların ansamblının bitkinliyinə, dünya mədəniyyəti
incilərinin mahiyyətini mənimsəmələrinə, ifaçıların səhnə ünsiyyətinə və ifadə vasitələri
axtarışlarına nail olmağa çalışırdı. Bu baxımdan onun Vilyam Şekspirin "Otello" (12 noyabr 1920),
Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (9 mart 1922), Hüseyn Cavidin "Uçurum" (2 iyun 1922),
"Şeyda" (15 dekabr 1922), "İblis" (19 yanvar 1923), "Şeyx Sənan" (5 Oktyabr 1923), Cəfər
Cabbarlının "Aydın" (12 yanvar 1923), Fridrix Şillerin "Qaçaqlar" (9 noyabr 1923), Herhart
Hauptmanın "Dəhşətli röya" ("Elqa". 16 noyabr 1923), Jan Batist Molyerin "Jorj Danden" (14
dekabr 1923), Karl Qutskovun "Uriel Akosta" (11 yanvar 1924) pyeslərinin tamaşalarına verdiyi
quruluşlarda müəyyən yeniliklər nəzərə çarpırdı.
Teatrın aparıcı aktyorlarından olan Sidqi Ruhulla müəyyən tamaşalarda ikinci rejissor kimi
çalışmaqla yanaşı, Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (17 yanvar 1921), Cəlil
Məmmədquluzadənin "Ölülər" (1 fevral 1921), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (5 may 1921)
əsərlərinin hazırlanmasında müstəqil rejissor kimi çalışıb.
Tiflisdə aktyorluq vərdişlərinə yiyələnmiş gürcü teatrı studiyasında təcrübə toplamış
Mirseyfəddin Kirmanşahlı Moskvada iki illik aktyor təhsili alandan sonra 1924-cü ildə Bakıya
gələrək Milli Dram Teatrının truppasına üzv oldu. Savadlı və təcrübəli aktyor rejissorluğa da meyl
göstərirdi, bəzi tamaşalarda rejissor yardımçısı kimi çıxış edirdi. Truppaya qəbul olunandan bir neçə
ay sonra ona müstəqil quruluşlar tapşırıldı. Kirmanşahlı Böyükağa Talıblının "Kef içində" (3 aprel
1925), Karlo Haldoninin "Köhnə fikirlər, yaxud savadsız müəllim" (9 noyabr 1925), Hüseyn
Cavidin "Şeyx Sənan" (19 noyabr 1925), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (22 dekabr 1925)
dramlarına maraqlı quruluşlar verib.
Peterburq Səhnə Sənəti İnstitutunda rejissor təhsili almış Yusif Yulduz 1927-ci ildə Bakıya
gələrək teatra qəbul olundu. O, Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" (20 oktyabr 1927)
pyesinə verdiyi quruluşla teatra yeni nəfəs gətirdi və özünü istedadlı rejissor kimi tanıtdı. Bundan
sonra Yusif Yulduza Maksim Qorkinin "Yurdsuz insanlar" ("Həyatın dibində". 21 noyabr 1927),
Əbdürrəhim bəy Haqverdiyevin "Baba yurdunda" (2 mart 1928), Jan Batist Molyerin "Bağa qınını
bəyənməz" ("Meşşan dvoryanlıqda". 9 aprel 1928), Valentin Katayevin "Dairənin mürəbbələşməsi"
(12 noyabr 1928), Viktor Lyubomirovun "Talış qızı" (15 aprel 1929), Konstantin Trenyovun
"Düşmənlər" ("Lyubov Yarovaya". 3 noyabr 1930), Hüseyn Cavidin "Knyaz" (18 may 1931),
Aleksandr Korneyçukun "31 -43" ("Eskadranın məhvi". 5 noyabr 1934) quruluşları tapşırıldı.
1931-ci ildə Aleksandr Tuqanov baş rejissorluqdan gedəndə bir müddət tamaşaları kollektiv
rejissorlar hazırlayırdılar. Məsələn, Hüseyn Cavidin "Şeyx Sənan" məhəbbət faciəsini 28 oktyabr
1932-ci ildə Rza Darablı, İsmayıl Hidayətzadə, Rza Təhmasib və Ələsgər Şərifov, Cəlil
Məmmədquluzadənin "Ölülər" traglkomediyasını 1933-cü il fevralın 16-da Rza Darablı, İsmayıl
Hidayətzadə və Cəfər Cabbarlı tamaşaya hazırlamışdılar. Hər pərdəni bir rejissor işlədiyinə görə
tamaşalarda ciddi üslub qarışıqlığı vardı.
Bu dövrdə gənc rejissor Əlihüseyn Rzayev Hüseyn Cavidin "Şeyx Sənan" (14 yanvar 1929),
Cəlil Məmmədquluzadənin "Ölülər" (1 mart 1929), Cəfər Cabbarlının "Aydın" (1 aprel 1929),
Şəmsəddin Saminin "Dəmirçi Gavə" (28 noyabr 1929), Aleksandr Şirvanzadənin "Namus" (16
dekabr 1929), Nikolay Qoqolun "Müfəttiş" (3 mart 1930), Fridrix Şillerin "Qaçaqlar" (8 aprel.
1930), Şəmsəddin Abbasovun "Qələbə" (12 mart 1931), Mirzə Fətəli Axundzadənin "Hacı Qara"
(18 yanvar 1932), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (3 may 1932) pyeslərinə quruluşlar
verib.
Digər istedadlı yeniyetmə rejissor Əliağa Ağayev Aleksandr Tuqanovla birgə Əs Həbib
Vəfanın "Bombey" və Cəfər Cabbarlının "Od gəlini" dramlarını tamaşaya hazırlayandan sonra özü
M.Danilovun "Qara su" (19 fevral 1931) və Əsəd Tahirlə Abbasmirzə Şərifzadənin "Axirəzzaman"
(15 oktyabr 1931) əsərlərinin quruluşçu rejissoru olub.
Dramaturq Cəfər Cabbarlı əvvəllər ikinci rejissor və rejissor assistenti kimi fəaliyyət
göstərdikdən sonra qüvvəsini müstəqil quruluşda da sınadı. O, Aleksandr Tuqanovla özünün
"Almaz" (13 aprel 1931), Leninqraddan dəvət olunmuş Vladimir Lütse ilə birgə "1905-ci ildə"
dramlarını tamaşaya hazırlayıb. Sonra isə "Sevil" (10 dekabr 1931), Aleksandr Afinogenovun
"Qorxu" (18 fevral 1932), yenidən "1905-ci ildə" (20 oktyabr 1932) pyeslərinin quruluşçu rejissoru
kimi çalışıb.
Lakin nədənsə bunların heç biri baş rejissor Kürsüsünə layiq bilınmədilər. Hətta bu ərəfədə
Rus Dram Teatrının baş rejissoru Sergey Mayorov "Otello" (15 aprel 1932), "Hamlet" (17 aprel
1933), "Od gəlini" (2 dekabr 1933) faciələrini hazırlamaq üçün teatra dəvət edilib. Bundan sonra isə
Yakov Varşavski (1933-cü ilin sonlarından 1934-cü ilin birinci yarısınadək) MDT-na baş rejissor
təyin edilib. O, kollektivdə bir il əvvəl Cəfər Cabbarlının "Yaşar" (22 dekabr 1932) tamaşasma
quruluş vermişdi. Baş reşissor kimi isə Lev Slavinin "İntervensiya" (27 sentyabr 1933) dramını
tamaşaya hazırlayıb. Bundan az sonra isə vəzifəsindən istefa verib.
1934-1936-cı ildə rejissura sayəsində ciddi sənət nailiyyətləri qazanıldı. Bunun bir qolu
İsmayıl Hidayətzadə ilə bağlı idi. Teatr onun monumental-romantik quruluşlarında Hüseyn Cavidin
"Səyavuş" (1 mart 1934) və Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povesti əsasında
Cananın işlədiyi "Şahnamə" (28 may 1936) pyeslərinin tamaşalarını öz repertuarına daxil etdi.
Sonralar bu istedadlı rejissor Opera və Balet Teatrında işləyə-işləyə MDT-da "1905-ci ildə" (3
noyabr 1937), "Od gəlini" (29 sentyabr 1939) və Süleyman Rüstəmin "Qaçaq Nəbi" (26 sentyabr
1940) əsərlərini uğurla tamaşaya hazırlayıb.
Məşhur aktyor Rza Təhmasib istedadını müstəqil rejissurada sınaqdan çıxararaq Vasili
Şkvarkinin "Özgə uşağı" (27 mart 1934) pyesinə səhnə təfsiri verib. İkinci dəfə isə 1939-cu il
noyabrın 29-da Mirzə İbrahimovun "Madrid" dramını hazırlayıb və bundan sonra yaradıcılıq
fəaliyyətini kino sənətində davam etdirib. İsmayıl Hüseynov Valentin Katayevin "Çiçəklər yolu" (20
oktyabr 1934) pyesini tamaşaya hazırladıqdan sonra Tiflis Dövlət Azərbaycan Teatrında işləməyə
gedib. Dəvət edilmiş Daşkovski Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (28 yanvar 1935)
dramını tamaşaya hazırlayandan sonra bir daha bu teatrda quruluş verməyib.
Həm faciə, həm də komediya aktyoru olan Rza Darablı Moskvada rejissorluq kursu
keçəndən sonra MDT-da ona "1905-ci ildə" (23 aprel 1935), "Hacı Qara" (2 oktyabr 1935), Jan
Batist Molyerin "Skapenin kələkləri " (5 dekabr 1936) əsərlərinin müstəqil quruluşları tapşırılıb.
Moskvada ali rejissor təhsili almış Ələsgər Şərifov və Ədil İsgəndərov 1935-ci ildən
müstəqil quruluşlar verməyə başlayıblar.
Ağəli Dadaşov "Almaz" (5 oktyabr 1936) və Georgi Mdivaninin "Vətən namusu" ("Vətən
oğlu". 28 aprel 1938) pyeslərini tamaşaya hazırlayandan sonra yaradıcılığını əsasən Gənc
Tamaşaçılar Teatrı ilə bağlayıb.
Ali təhsilli rejissor Məcid Zeynalov Şəmsi Bədəlbəyli ilə Mirzə Fətəli Axundzadənin
"Müsyö Jordan və dərviş Məstəli şah" (15 oktyabr 1938) komediyasını və tək quruluşda Pyer
Bomarşenin "Fiqaronun toyu" məzhəkəsini hazırlayıb və Bakını tərk edərək Qazax kolxoz-sovxoz
Teatrında işləməyə gedib.
Moskvada təhsil almış və GTT-də böyük sənət uğurları qazanan Məhərrəm Haşımov
dramaturq Sabit Rəhmanın mövzusu o dövrün müasir kənd həyatından alınmış "Toy" (28 aprel
1939) komediyasma orijinal səhnə təfsiri verib. Bu tamaşa teatrın həyatında sənət hadisələrindən biri
kimi tarixiləşib.
Ədil İsgəndərovun 1938-ci ildə Milli Dram Teatrına baş rejissor təyin olunması ilə sənət
ocağının yaradıcılıq üslubunda, janr axtarışlarında və aktyorlarla iş prinsipində ciddi reformalar
başlandı. Tədricən monumental-romantik üslublu tamaşalar hazırlamağa meyil göstərən rejissorlar
üçün geniş yaradıcılıq imkanları açıldı.
|